Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sin Mancur sülaləsi (çin 清朝, pinyin Qīng Cháo, pall. Sin çao, az.-əski. چین ماچین‎ Çinimaçin) — 1644–1911-ci illərdə Çində iqtidarda olmuş xanədan.

Tsin sülaləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Tsin sülaləsi

Sin Mancur sülaləsi (çin 清朝, pinyin Qīng Cháo, pall. Sin çao, az.-əski. چین ماچین‎ Çinimaçin) — 1644–1911-ci illərdə Çində iqtidarda olmuş xanədan.

Tarixi dövlət
Sin sülaləsi
Bayraq
Bayraq
1636 — 1912
Paytaxt Şuntian-Fu[d]
Dil Monqol dili, Mancur dili, klassik Çin dili
Ərazisi
  • 14.700.000 km² (1790)
Əhalisi
  • 383.100.000 nəf. (1912)
İdarəetmə forması mütləq monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Pekini 1644-cü ildə tutmalarına baxmayaraq mancurlar bütün Çinə nəzarət etməyə yalnız 1683-cü ildə nail oldular. Mancurlar da monqollar kimi əcnəbi idilər. Lakin monqollardan fərqli olaraq mancurlar imperiyaya nəzarəti ələ almamışdan öncə Çin mədəniyyətinin bir çox elementlərini götürmüşdülər. Mancurlar neokonfutsiçiliyi dəstəklədilər və Min siyasi sistemini modelləşdirdilər. Mancurların hakimiyyəti çinlilər üçün XIII əsrdə monqolların hakimiyyətindən daha məqbul idi. Buna görə də onların hakimiyyəti birinci halda olduğu kimi 89 il yox, 267 il davam etmişdir.

Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar Tsyanlun ali hakimiyyəti mancurlarda saxlamqala Min dövrünün idarəetmə prinsiplərini qəbul etmişdi. Tsyanlun Çini çinli qubernatorların rəhbərlik etdiyi 18 vilayətə bölmüşdü. Yerli adminstrasiya loyallıq göstərsə də, onlara mancurlar tərəfindən nəzarət olunmurdu. İmperatorlar Kansi və Tsyanlunun hakimiyyəti dövründə təhsildə bir sıra inkişaf nəzərə çarpırdı. Mancur hökmdarları buna müvafiq hər şeyin möhkəmləndirilməsinə və qorunmasına çalışırdılar. Buna görə də klassik ədəbiyyata üstünlük verilirdi, yenilik yaxşı qarşılanmırdı. İctimai məktəb sistemi varlı ailələrdən olan oğlanlar üçün məktəblərdən və milli və əyalət məktəblərindən ibarət idi. Mancurlar üçün xüsusi məktəblər mövcud idi, Çin kitabları Mancur dilinə tərcümə olunurdu.

XVIII əsrin sonlarında əhalinin sürətli artımı torpaq çatışmazlığına gətirib çıxardı. Hərbi sistem korlandı və sarayda korrupsiya artdı. 1796-cı ildən 1804-cü ilədək buddist ideyalarına əsaslanan "Ağ lotos cəmiyyəti" üsyanı baş verdi. 1813–1814-cü illərdə Şimali Çində "Səmavi idrak cəmiyyəti" üzvləri qiyam qaldırdı.

Ticarət

Şəhərlər sənətkarlıq və ticarət mərkəzləri olmaqla yanaşı, həm də mancurların dayaq nöqtələri, inzibati mərkəzləri sayılırdı. Şəhərlərin əksəriyyətində ipək və çini qablar istehsal edilirdi.

Sin sülaləsi və müsəlmanlar

Sin sülaləsinin (1644–1911) hakimiyyətə gəlməsindən sonra müsəlmanların sakit yaşam tərzi başa çatdı. Bu illər ərzində onlar öz azadlıqları uğrunda bir neçə üsyan qaldırdılar. Müsəlmanların 1862–1872-ci illərdə qalib gələn üsyanına rəhbərlik edən müsəlmanların xarizmatik lideri Du Vensiyu, eyni zamanda özünü Şançşi və Qansu sultanlıqlarının hakimi elan etdi. 1867–1877-ci illərdə Sinszyanda Yaqub Bəy tərəfindən daha bir müstəqil hökumət yaranır. Bu, çox uzun sürməyən hakimiyyətlər Çin rejiminin ardıcılları tərəfindən sərt şəkildə çökdürülmüşdür. Repressiyalar elə sərt olmuşdur ki, nəticədə hueylərin sayı kifayət qədər azalmışdır. Vaxtaşırı olaraq onlar tamamilə məhv həddinə çatdırılmışlar. Sin sülaləsi hakimiyyətə gəlsə də, müsəlmanlar İslam dinindən əl çəkmirdilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tsin sülaləsi haqqında məlumat. Tsin sülaləsi nədir? Tsin sülaləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    İudaizm

  • Fevral 23, 2026

    UTC−06:00

  • Fevral 23, 2026

    Aİ

  • Fevral 23, 2026

    Hava

  • Fevral 20, 2026

    Viktoriya Torpağı

Trend Mahnılar
  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst