Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Trumen doktrinası (ing. Truman Doctrine) — ABŞ Prezidenti Harri Trumen tərəfindən İkinci Dünya müharibəsindən sonra irəli sürülmüş xarici siyasət proqramı. İlk

Trumen doktrinası

  • Ana Səhifə
  • Vikipediya
  • Trumen doktrinası

Trumen doktrinası (ing. Truman Doctrine) — ABŞ Prezidenti Harri Trumen tərəfindən İkinci Dünya müharibəsindən sonra irəli sürülmüş xarici siyasət proqramı. İlk dəfə 12 mart 1947-ci ildə bəyan edilib. Əsas mahiyyəti Sovet İttifaqının dünya üzrə fəallığının dayandırılmasıdır. Doktrina dünyanın siyasi-iqtisadi birliyinin təmin edilməsi vəzifəsini qarşıya qoyur. ABŞ prezidenti Trumenin müşayiəti ilə Çörçil 1946-cl il martın 5-də Fulton şəhərində Vestminster kollecində nitq söylədi. O, dünya dövlətlərini yeni dünya müharibəsi təhlükəsi gözlədiyini və bu təhlükənin əsas səbəbkarının SSRİ olduğunu bəyan etdi. Çörçil SSRİ-yə qarşı ən qəddar siyasətin yeridilməsinə çağırdı, SSRİ-yə qarşı böyük dövlətlərindən ibarət ittifaqın yaradılmasını təklif etdi.

Harri Trumenin prezident portreti.

Çörçilin Fultondakı nitqinin nəticələri dərin idi. 1946-cı ilin ikinci yarısından ingilis-amerikan danışıqları başladı. Bu danışıqlar, əsasən, Yunanıstan və Türkiyənin taleyi məsələlərinin müzakirəsinə yönəldi. Trumen 1946-cı il martın 12-də Yunanıstan və Türkiyəyə yardım edilməsi müraciəti ilə çıxış etdi. Trumenin müraciətində Yunanıstan və Türkiyə kommunist təhlükəsi altında olan dövlətlər hesab edildi. Bunu aradan qaldırmaq üçün 400 mln. dollar həcmində amerikan yardımı ayrıldı. Bu vəsait Yunanıstan və Türkiyənin ABŞ-nin müttəfiqinə çevrilməsi məqsədini güdürdü.

Konqres prezidentin təklifini qəbul etdi. Türkiyə və Yunanıstana ABŞ-nin hərbi ehtiyatlarından göndərildi. SSRİ-nin Türkiyəyə böhtanlar atması və ərazi iddiaları irəli sürməsi Türkiyəni ABŞ-la daha da yaxınlaşdırdı. Amerikan hərbçiləri Yunanıstan və Türkiyədə hərbi bazalar yaratdı. Bu bazalar Yaxın və Orta Şərqdə kommunist təhlükəsinin yayılmasının qarşısını alaraq bu regiondakı dövlətlərin təhlükəsizliyini qorudu. Trumen doktrinası Qafqaza qədərki ərazini də əhatə edirdi. Bu doktrina regionda ABŞ maraqlarını qorudu.

Trumen doktrinası diplomatiya və beynəlxalq münasibətlər tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu mərhələ tezliklə — "soyuq müharibə" adlandırıldı..

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Trumen doktrinası haqqında məlumat. Trumen doktrinası nədir? Trumen doktrinası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Vəhdət Partiyası

  • Fevral 26, 2026

    Karbohidrat

  • Fevral 27, 2026

    Xuan Peron

  • Fevral 28, 2026

    Böyük orda

  • Fevral 27, 2026

    İnkişaf iqtisadiyyatı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst