Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Trafalqar meydanı (ing. Trafálgar Squáre) — Londonun mərkəzində yerləşən meydan. Şəhərin mərkəzində yerləşdiyi üçün turistlərin sevimli məkanlarından və Böyük B

Trafalqar meydanı

  • Ana Səhifə
  • Vikipediya
  • Trafalqar meydanı

Trafalqar meydanı (ing. Trafálgar Squáre) — Londonun mərkəzində yerləşən meydan. Şəhərin mərkəzində yerləşdiyi üçün turistlərin sevimli məkanlarından və Böyük Britaniyanın, həmçinin dünyanın ən məşhur meydanlarından biridir.

Trafalqar meydanı
Trafalgar Square
Ümumi məlumatlar
Ölkə
  •  Birləşmiş Krallıq
Şəhər Vestminster borosu
metro Çerinq Kross
Şərəfinə adlandırılıb Trafalqar döyüşü

Mündəricat

Adı

Meydan öz indiki adını 1805-ci ildə Britaniya və Fransa donanmaları arasında baş verən və ingilislərin zəfəri ilə başa çatan Trafalqar döyüşünün şərəfinə almışdır. Əvvəlki adı "Kral IV Vilyam Meydanı" olsa da, memar Corc Ledvel Teylorun təklifinə əsasən Trafalqar meydanı adlandırılmışdır.

Xüsusiyyətləri

Meydanın mərkəzində aşağıdan dörd aslan heykəli ilə əhatələnmiş və yuxarısında admiral Horatsio Nelsonun heykəli olan 51 metr hündürlüyündəki Nelson sütunu yerləşir. Sütunun ətrafında iki böyük fəvvarə vardır.

Dördüncü postament

1841-ci ildə meydanın künclərində 4 postament yerləşdirildi. Onlardan üçü Britaniya dövlət xadimlərinin heykəlləri ilə bəzədildi. Dördüncü postamentdə kral IV Vilyamın atlı heykəlini yerləşdirmək nəzərdə tutulsa da vəsait çatışmazlığı səbəbindən bu baş tutmadı. 1858-ci ildə postamentə vaksinasiyanı kəşf edən alim Edvard Yennerin əsasən ictimai ianələr hesabına yaradılan heykəli yerləşdirildi.

Lakin o dövrdə çoxluq təşkil edən vaksinasiya əleyhdarlarının etirazları nəticəsində 4 ildən sonra heykəl buradan götürülərək Kensinqton bağlarına köçürüldü. Boş qalan postamentdə kimin heykəlini yerləşdirmək barəsində ortaq razılıq əldə olunmadığı üçün o bu yaxınlaradək boş qalırdı. 1999-cu ildən başlayaraq Kral İncəsənət Cəmiyyətinin təşəbbüsü ilə postamentdə müasir incəsənət ustalarının işləri sərgilənməyə başladı.

İstifadə

Trafalqar meydanı həm də siyasi nümayişlər və ictimai toplantılar üçün istifadə edilir. Hər il Milad bayramı münasibətilə qurulan ölkənin əsas şam ağacı da burada yerləşdirilir. 8 may 1945-ci ildə məhz bu meydanda Vinston Çörçil müttəfiqlərin İkinci dünya müharibəsində Almaniya üzərində qələbə çalması barədə xəbər vermişdir.

Qalereya

  • Cənubi Afrika Evi
    Cənubi Afrika Evi
  • Kanada Evi
    Kanada Evi
  • Trafalqar meydanı, iyul 2006
    Trafalqar meydanı, iyul 2006
  • Trafalqar meydanı, iyul 2006
    Trafalqar meydanı, iyul 2006
  • Trafalqar meydanının mərkəzdən görünüşü.
    Trafalqar meydanının mərkəzdən görünüşü.

Başqa Trafalqar meydanları

  • 1810-cu ildə nəşr olunmuş Lokinin "London tipoqrafiyası"nda Stepnidə Trafalqar meydanı haqda məlumat verilir;
  • Skarboroda (Şimali Yorkşir) Trafalqar meydanı;
  • Londonun Çelsi rayonundakı, Vensminster meydanından da əvvəl mövcud olmuş bu gün Çelsi-skver kimi məlum olan meydanı əvvəllər Trafalqar meydanı kimi tanınırdı;
  • Brictaunun (Barbados) Milli qəhrəmanlar meydanı öz məşhur adaşı olan London meydanından da əvvəl, 1813-cü ildə Trafalqar meydanı adlandırılmışdır. 1999-cu ildə meydanın adı Milli qəhrəmanlar olaraq dəyişdirilmişdir;
  • Bahriya (Lahor, Pakistan) şəhərində London Trafalqar meydanının tam miqyaslı sürəti var. Bu meydan turistik məkan və yerli əhali üçün bir mərkəzdir.
Sanderlenddə (İngiltərə) Trafalqar meydanı, 1840-cı illərdə ticarət donanması üçün tikilmiş yataqxanalar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Trafalqar meydanı haqqında məlumat. Trafalqar meydanı nədir? Trafalqar meydanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Fiziologiya

  • Fevral 17, 2026

    Server

  • Fevral 23, 2026

    Gen

  • Fevral 25, 2026

    E.ə. 4

  • Fevral 24, 2026

    Turan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst