Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bu abidə Qanıxçayın sol sahilində, eyniadlı təpənin üstündə, indiki Qax şəhərindən 25 km cənub–qərbdə yerləşir. Uzunsov planda olan təpənin şimal–şərq və cənub–

Torpaqqala

  • Ana Səhifə
  • Vikipediya
  • Torpaqqala

Torpaqqala — Azərbaycanda erkən orta əsrlər dövrünə aid şəhər yeri.

Torpaqqala
Ölkə  Azərbaycan
Şəhər Qax
Yerləşir Almalı kəndindən 2 km qərbdə, Qanıxçayın sol sahilində
Üslubu Alban memarlığı
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.5854
KateqoriyaYaşayış yeri
ƏhəmiyyətiYerli əhəmiyyətli
41°14′ şm. e. 46°44′ ş. u.HGYO
Xəritə
Torpaqqala (Azərbaycan)
Nöqtə
Torpaqqala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu abidə Qanıxçayın sol sahilində, eyniadlı təpənin üstündə, indiki Qax şəhərindən 25 km cənub–qərbdə yerləşir. Uzunsov planda olan təpənin şimal–şərq və cənub–qərb istiqamətində uzunluğu 500–510, eni isə 150–160 m-dir. Ümumi sahəsi 1,5 hektardır.

Torpaqqalada bina qalıqları, təndir və ocaq yerləri, istehsalat ocaqları, təsərrüfat küpləri, dulusçuluq və şüşə məmulatlarının müxtəlif nümunələri və sümük qalıqları aşkar edilmişdir.

Torpaqqalanın VII qazıntı sahəsindən aşkar olunmuş beş otağın (otaqların hamısı yanmışdır) divarları çiy kərpicdən hörülmüş, tavanında isə ağac materialından istifadə olunmuşdur. Maraqlıdır ki, ocaq yerlərindən çoxlu qarğaduzu tapılmışdır. Rəşid Göyüşov qeyd edir ki, görünür qarğaduzundan gön-dəri aşılamaqda və evlərin divarının ağardılmasında istifadə edilmişdir.

Tədqiqatlar göstərmişdir ki, Torpaqqalada xüsusi sənətkarlıq məhəlləsi mövcud olmuşdur. Burada iki ədəd dulus və kərpic kürəsi, həmçinin şüşə istehsalı ocağı aşkar olunmuşdur. Dulus kürələri ellipsvari olub, iki yarusludur. Hər iki kürədə şirsiz saxsı qablar istehsal edilmişdir. Kərpic bişirilən kürə isə Zaqafqaziya arxeoloji qazıntılarından tapılmış yeganə inşaat materialı ocağıdır.

Torpaqqalada ən nadir qalıq şüşə istehsalı ocağının aşkar olunmasıdır. Dördkünc formada, olduqca səliqəli hörülmüş bu ocağın içərisindən çoxlu şüşə qalıqları tapılmışdır.

Yaşayış yerinin altında küp və torpaq qəbirləri, yaxınlıqdakı Saqqızlıq deyilən ərazidən isə xristian qəbirləri üzə çıxarılmışdır. Həmin qəbirlərin Qafqaz albanlarına məxsus olması şübhə doğurmur.

Torpaqqalada III–XV əsrləri əhatə edən 2–4 metr qalınlığında mədəni təbəqə var. Təpənin ətrafındakı 1,5–2 metr hündürlüyündəki müdəfiə səddi, mədəni təbəqədən məişət əşyaları ilə yanaşı dulus kürələri və şüşə istehsalı ocağının aşkarlanması alimlərin buranı şəhərtipli yaşayış yeri adlandırmalarına imkan vermişdir. Torpaqqala ərazisində Qafqaz albanlarına məxsus hansısa erkən orta əsrlər şəhərinin olması güman edilir.

Həmçinin bax

  • Qax abidələri (film, 2001)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Torpaqqala haqqında məlumat. Torpaqqala nədir? Torpaqqala nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Dağ keçisi

  • Fevral 25, 2026

    Macar

  • Fevral 27, 2026

    Taybad şəhristanı

  • Fevral 27, 2026

    Anubis

  • Fevral 27, 2026

    Məlik

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst