Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sionizmin növləri — ilkin hədəfi yəhudi xalqı üçün vətən qurmaq olan sionizmin növləri. Sionizm bu məqsədi yerinə yetirməklə bağlı fərqli-fərqli düşüncələrə mal

Sionizmin növləri

  • Ana Səhifə
  • Vikipediya
  • Sionizmin növləri

Sionizmin növləri — ilkin hədəfi yəhudi xalqı üçün vətən qurmaq olan sionizmin növləri. Sionizm bu məqsədi yerinə yetirməklə bağlı fərqli-fərqli düşüncələrə malik fəlsəfəçilər tərəfindən yaradılmışdır bir ideologiyadır.

Teodor Hertsl sionist hərəkatının qurucusu hesab edilir. 1896-cı ildə nəşr etdirdiyi Yəhudi dövləti adlı kitabında XX əsrdə müstəqil bir yəhudi dövlətinin qurulmasını təsəvvür etmişdir.

Mündəricat

Siyasi sionizm

Tətbiqi sionizmin banisi – Leon Pinsker

Siyasi sionizmə Rusiyada Teodor Hertsl və Maks Nordau tərəfindən yaradılmışdır. Bu sionist fikir ilk dəfə Birinci Sionist Konqresində müdafiə edilmişdir.

Tətbiqi sionizm

İvrit dilində Tsionut Ma-asit (ivr. ‏ציונות מעשית‏‎) olaraq bilinən tətbiqi sionizmə Moyşe Leyb Liliyenblyum və Leon Pinsker tərəfindən yaradılmış və Hovevey Sion tərəfindən həyata keçirilmişdir. Bu fikir yəhudilərin İsrail Torpağına immiqrasiyasının tətbiqi yollarının olmasını – Aliyanı və yəhudilərin həmin torpaqda tezliklə məskən salmasını fərz edir.

Sintetik sionizm

Haym Veysman, Leo Motskin və Nahum Sokolov tərəfindən yaradılmışdır və iki və ya daha çox fikrin kombinasiyasını təbliğ edir.

Dov Ber Boroxov – sosialist sionizmin qurucularından biri.

Sosialist sionizm

Sionizmi bölən bu növlərin bəzilərinin sionizmlə heç bir əlaqəsi yoxdur. Bu cür növlər yəhudi dövlətinin xarakterini müəyyənləşdirəcək mürəkkəb ideologiyalara əsaslanır. Onlardan biri sosialist sionizm. Bu fikir Naxman Sırkin, Ber Boroxov, Haym Arlozorov və Berl Katsnelson tərəfindən yaradılmışdır. Siyasi və tətbiqi sionizmdən fərqli olaraq, sosialist sionizm yəhudi dövlətində özəl-burjuaziya cəmiyyət yerinə mənəvi bərabərlik ideyasının əsasında aqronom cəmiyyət təsis etməyi fərz edir.

Vladimir Jabotinski – revisionist sionizmin banisi.

Revisionist sionizm

Vladimir Jabotinski tərəfindən yaradılan və sonralar Menaxem Begin (1977–1983-cü illərdə İsrailin Baş Naziri) rəhbərliyində olan revisionist sionizm yəhudi dövlətinin yəhudi milliyətçiliyinin və İsrail Torpağında yaşayan yəhudilərin tarixi irsinin vurğulanmasıyla yaradılmasını dəstəkləyən bir ideologiyadır. Onlar liberalizmi, xüsusən də iqtisadi liberalizmi dəstəkləyir və sosialist sionizmə, eləcə də İsrail Torpağında kommunist bir cəmiyyətin təsis edilməsinə qarşı çıxırlar. Revisionist sionizmi radikal islamçı və ərəb milliyətçi qruplarına qarşı sərt hərbi tədbirin görülməsini dəstəkləyir. Bu mövqelərinə görə bəzi revisionist sionizm rəhbərləri həmin hərəkatdan ayrılaraq İrqun təşkilatını yaratmışdır. Bu ideologiyaya inanan şəxslər Böyük İsrail düşüncəsini də dəstəkləyir.

Mədəni sionizm

Ahad-ha-Am (Uşer Ginsberq) – mədəni sionizmin banisi.

Ahad-ha-Am (Uşer Hirş Ginsberq) tərəfindən yaradılan mədəni sionizm yəhudi xalqının milli dirçəlişini, eləcə də İsrail Torpağının yəhudi diasporu üçün mədəniyyət və təhsil mərkəzinə çevrilməsini, beləliklə "yəhudi xalqının assimilasiyaya uğraması təhlükəsi"nin aradan qaldırılmasını dəstəkləyir.

İnqilabi sionizm

Avraam Şteri, İsrael Eldad və Uri Tsvi Qinberq tərəfindən yaradılan inqilabi sionizm sionizmi yəhudiləri bir-araya gətirmək, ivrit dilini yenidən canlandırmaq və İsrail Torpağında yəhudi dövləti qurmaq üçün inqilabi bir mübarizə hesab edir. 1940-cı illərdə Lehi hərbi qrupunun üzvləri olan inqilabi sionistlər Fələstində Britaniya mandatını devirmək və yəhudi müstəqilliyi üçün yol çəkmək uğrunda Böyük Britaniya hakimiyyətinə qarşı partizan müharibə aparmışdır. İsrail Dövlətinin qurulmasından sonra bu ideologiyanın rəhbər xadimləri sionizmin İsrail Dövlətini qurmaq barədə olduğunu yox, ivrit dilində Malxut Yisrael (azərb. İsrail Krallığı‎) adlanan bir dövlətin qurulmasında istifadə edilən bir vasitə olduğunu irəli sürürdülər. İnqilabi sionistlər bəzən revisionist sionistlərlə səhv salınır, ancaq onlar arasında mühüm fərqlər var. Revisionist sionistlər Britaniya İmperiyasının Millətlər Birliyi daxilində bir olan yəhudi dövləti qurmaq istəyən sekulyar milliyətçilər idilər, inqilabi sionistlər isə Yərusəlim məbədinin yenidən inşa edilməsi və İsrail Krallığının yenidən qurulmasını milli məsihçiliyin bir formasının təsis edilməsini arzulayırdılar. İnqilabi sionizm anti-imperialist fikirləri dəstəkləmiş, həm sağçı, həm də solçu milliyətçiləri öz üzvləri arasına daxil etmişdir.

Dini sionizm

Mizrahi hərəkatının qurucusu İtshak Yakov Reynes və Avraam İtsk Kuk tərəfindən yaradılan dini sionizm yəhudi milliyətinin qorunub-saxlanılması və İsrail Dövlətinin qurulmasının Tövratdan törəyən dini bir vəzifə olduğuna inanır. İsrail Torpağının geri alınmasının yalnız məsihin ikinci dəfə qayıtmasından sonra baş verəcəyinə inanan qeyri-sekulyar yəhudi icmasından fərqli olaraq, dini sionistlər torpağın xalq tərəfindən geri qaytarılmasının məsihin bir əmri olduğuna inanırlar. Şüarları – İsrail Tövratına görə İsrail Torpağı İsrail xalqınındır (ivr. ‏ארץ ישראל לעם ישראל לפי תורת ישראל‏‎). İndiki dövrdə onlar "dindar milliyətçilər" və "mühacir" adlandırılırlar.

İslahatçı sionizm

İslahatçı sionizm və ya Tərəqqipərvər sionizm iudaizmin və sionizmin tərəqqipərvər qoludur. Onların hədəfi "İsraili müqəddəs canlar və islahatçı yəhudilər üçün fundamental etməyə cəhd göstərmək"dir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sionizmin növləri haqqında məlumat. Sionizmin növləri nədir? Sionizmin növləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    15 yanvar

  • Fevral 26, 2026

    Vulkan krateri

  • Fevral 26, 2026

    Bəəs

  • Fevral 27, 2026

    Sübh (roman)

  • Fevral 27, 2026

    Enzimologiya

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst