Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Topxana meşəsi — Şuşa şəhəri yaxınlığında yerləşən meşə və dövlət qoruğu. 1988-ci ildə dağıdılması Dağlıq Qarabağın siyasi gələcəyi ilə bağlı gərginliyə səbəb o

Topxana meşəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Topxana meşəsi

Topxana meşəsi — Şuşa şəhəri yaxınlığında yerləşən meşə və dövlət qoruğu. 1988-ci ildə dağıdılması Dağlıq Qarabağın siyasi gələcəyi ilə bağlı gərginliyə səbəb oldu, Dağlıq Qarabağ müharibəsi ilə nəticələnən sivil və inter-etnik iğtişaşlara gətirib çıxardı.

Topxana meşəsi
Yerləşməsi
39°45′ şm. e. 46°45′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region
  • Dağlıq Qarabağ
Yerləşməsi Topxana Meşəsi Dövlət Qoruğu
Yaxın şəhər Şuşa
Topxana meşəsi xəritədə
Topxana meşəsi
Topxana meşəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Topxananın adı 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşanı mühasirə etdiyi zaman topların yerləşdirildiyi yer olması ilə bağlıdır. Meşənin adı yazıçı Anarın 1970-ci ildə çap edilmiş "Keçən ilin son gecəsi" əsərində çəkilir. SSRİ İdman Ustası və atletik turizm üzrə mütəxəssis Yevgeni Kotlyarov Qarabağda dağ turizmi ilə bağlı 1978-ci il nəşrində "Şuşada Topxana yaylasının meşəli yaylası"nı təsvir edir. Gənclik dövrünü Şuşada keçirmiş yazıçı Elçin Əfəndiyev 1985-ci ildə nəşr edilən Sovet ədəbiyyatının tənqidi rəyi ilə bağlı kitabında gəncliyində Topxana meşəsinin tünd göy dərinliyinə baxıb ilk hekayəsinin çap edilməsini arzuladığını bildirir.

Dağıdılması

Qarabağda Topxana meşəsinin qırılması 1988-ci ilin anti-sovet mitinqlərinin alovlanmasına səbəb oldu və beləliklə, 17 noyabr 1988-ci ildə Meydan hərəkatı başladı.

Haqqında

Daşaltı dərəsi və Topxana meşəsi, Cıdır düzündən görünüş.

Qədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Şuşa ətrafındakı torpaqların 20 faizini əhatə edən meşədə palıd, fıstıq, qarağac kimi ağaclar vardı. Topxana əsl təbiət möcüzəsi idi. Topxananın heyvanat aləmi ayı, canavar, tülkü, dovşan, cüyür və digər heyvanlardan, kəklik, turac, göyərçin kimi gözəl quşlardan ibarət idi. Topxana meşəsində subalp və alp çəmənləri, dərin dərələrində bulaqlar olub.

İşğalçı ermənilər sərvətlərimizi talan edir, meşələrimizi qırıb daşıyırlar. Təxmini məlumatlara görə, Topxanadan 2000 ədəddən çox palıd və digər qiymətli ağaclar kəsilərək Ermənistana daşınıb. Şuşanın Cıdır düzündə, "Ağzı yastı" kaha adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb, orada müxtəlif adda qiymətli ağaclar qırılaraq tikinti işlərində istifadə edilib.

28 il 7 ay ərzində işğal altında qalmış Topxana meşəsi demək olar ki, dağıdılmış, bitki örtüyü, heyvanat aləmi məhv edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Topxana meşəsi haqqında məlumat. Topxana meşəsi nədir? Topxana meşəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aşağı Bucaq

  • Fevral 27, 2026

    Fessaliya (periferiya)

  • Fevral 27, 2026

    Orxan Qazi

  • Fevral 23, 2026

    Benqal təqvimi

  • Fevral 26, 2026

    Nevşəhər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst