Toni Şey (ing. Tony Hsieh; d. 12 dekabr 1973) — Amerikalı milyarder. "Zappos" korporasiyasının banisi.
| Toni Şey | |
|---|---|
| ing. Tony Hsieh | |
| |
| Doğum tarixi | 12 dekabr 1973 |
| Vəfat tarixi | 27 noyabr 2020 (46 yaşında) |
| Təhsili | |
| Fəaliyyəti | sahibkar, iş adamı, informatik, menecer |
Toni Şey banisi olduğu "Zappos" korporasiyasını 1,2 milyard dollara "Amazon.com"a satmışdır.
Toni Şey hazırda ABŞ-nin Las-Veqas şəhərindəki "Airstream Village" treylerlər parkında "Llamapolis" adlı avtokaravanda yaşayır. O, 2014-cü ildə Nyu-Yorkdakı elitar çoxmərtəbəli yaşayış kompleksinin 23-cü mərtəbəsindəki lüks mənzilini tərk etmiş və həmin vaxtdan bəri treylerdə yaşamağa başlamışdır. Milyarder 2013-cü ildə buraxılmış treyleri cəmisi 48 min dollara alıb.
Toni Şey treylerində "Marli" adlı alpakası ilə birlikdə yaşayır. Treylerdə iki televizor, internet də var. Toni Şey deyir:
"Pul mənimçün həyatda ən önəmli nəsnə deyil. Şirkətimi sataraq əldə etdiyim vəsaiti yeni layihələrə yatırmışam. Əminəm ki, bu layihələr vasitəsilə milyardlarla dollar dəyərində yeni şirkətlər yaradacağam."
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Toni Şey haqqında məlumat. Toni Şey nədir? Toni Şey nə deməkdir?
