Tomarlı — Qars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd.
| Kənd | |
| Tomarlı | |
|---|---|
| azərb. Vanaza türk. Tomarlı | |
| |
| 40°50′52″ şm. e. 43°24′20″ ş. u.HGYO | |
| Ölkə | |
| İl | [[Qars]] |
| İlçə | [[Arpaçay]] |
| Muxtar | Ferut İlqar |
| Tarixi və coğrafiyası | |
| Əvvəlki adı | Vanaza |
| Mərkəzin hündürlüyü | 1 750 m |
| Saat qurşağı | UTC+3 |
| Əhalisi | |
| Əhalisi | 721 nəfər (2016) |
| Milli tərkibi | Azərbaycanlılar |
| Dini tərkibi | İslam |
| Rəsmi dili | Türk dili |
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +90 474 |
| Poçt indeksi | 36732 |
| Nəqliyyat kodu | 36 |
| Digər | |
| kars.tomarli.koyu.com.tr (türk.) | |
![]() Tomarlı | |
Tarixi
Kəndin keçmiş adı Vanazadır (erm. Վանազա). 1965-ci ildə Vanaza adı dəyişdirilərək kənd Tomarlı adlandırılmışdır. Arxeoloji qazıntılara əsaslanaraq kəndin ərazisinin qədim yaşayış yeri olması fikrini söyləmək münkündür. Vanaza kəndində XVIII əsrin 40-cı illərinə qədər ermənilər yaşamışdır. Kənd 1744-cü ildə Nadir şah Əfşarın bölgəyə hücumu zamanı dağıdılmış və XIX əsrin əvvəllərinə qədər təxminən 55 il boş qalmışdır. XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazın işğalına başlaması ilə 1801-1804-cü illərdə Borçalı mahalından və Naxçıvan qəzasından sıxışdırılaraq qovulan azərbaycanlılar bu kənddə məskunlaşmışdır.
Coğrafiyası
Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 47 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 8 km uzaqlıqda yerləşir.
Əhalisi
31 dekabr 2016-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 721 nəfər əhali yaşayır.
| İllərə görə əhalinin sayı | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| 1886 | 1914 | 1965 | 1970 | 1975 | 1980 | 1985 | 1990 | 2000 | |
| 383 | ▲450 | ▲1.415 | ▲1.499 | ▲1.538 | ▲1.700 | ▲1.788 | ▼1.471 | ▼1.220 | |
| 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | |
| ▼872 | ▼860 | ▲886 | ▼871 | ▼836 | ▼813 | ▼781 | ▼756 | ▼743 | |
| 2016 | |||||||||
| ▼721 | |||||||||
Etnik tərkibi
1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Zərişad şöbəsinin Vanaza kəndində 383 nəfər əhali yaşayırdı, onlardan 342 nəfərini və ya 89.3 %-ni türklər, 41 nəfərini və ya 10.7 %-ni isə kürdlər təşkil edirdi. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik qarapapaqlardan ibarət hər iki cinsdən toplam 450 nəfər əhali yaşayırdı. Qeyri-rəsmi məlumatlara əsasən hazırda kəndin əhalisi azərbaycanlıların subetnik qrupu olan qarapapaqlardan ibarətdir.
Nəsillər
- İlqarlı — Gürcüstanın Aşağı Kartli mxaresinin Qardabani bələdiyyəsinin Kosalı kəndindən köçüb bura yerləşmişdirlər.
- Oruclu — Gürcüstanın Aşağı Kartli mxaresinin Qardabani bələdiyyəsinin Aşağı Kəpənəkçi kəndindən köçüb bura yerləşmişdirlər.
- Gülər — Gürcüstanın Aşağı Kartli mxaresinin Bolnisi bələdiyyəsinin Faxralı kəndindən köçüb bura yerləşmişdirlər.
- Qazaxlı — Gürcüstanın Aşağı Kartli mxaresinin Dmanisi bələdiyyəsinin Gəyliyən kəndindən köçüb bura yerləşmişdirlər.
- Bəkdaşlı — tarixi Naxçıvan qəzasından köçüb burada məskunlaşmışdırlar.
- Həşimli — Gürcüstanın Aşağı Kartli mxaresinin Qardabani bələdiyyəsinin Qaracalar kəndindən köçüb bura yerləşmişdirlər.
- Qızılqaya
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tomarlı sözünün mənası, tomarlı haqqında məlumat. tomarlı nədir? tomarlı nə deməkdir?

