Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ser Tom Cons (ing. Tom Jones; əsl adı ser Tomas Con Vudvord; ing. Thomas John Woodward; 7 iyun 1940[…]) — əslən Uelsdən olan Britaniya estrada müğənnisi. Onun r

Tom Cons

  • Ana Səhifə
  • Vikipediya
  • Tom Cons

Ser Tom Cons (ing. Tom Jones; əsl adı ser Tomas Con Vudvord; ing. Thomas John Woodward; 7 iyun 1940[…]) — əslən Uelsdən olan Britaniya estrada müğənnisi. Onun rəngarəng şouları və emosional mahnıları 1960-cı illərin ortalarından ona dünya şöhrəti gətirmişdir.

Tom Cons
ing. Sir Thomas John Woodward
Ümumi məlumatlar
Doğum adı Thomas John Woodward
Ləqəbi Tom Jones
Doğum tarixi 7 iyun 1940(1940-06-07)[…] (85 yaş)
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1964-cü ildən
Janrlar pop musiqisi, ritm-n-blyuz, blüz, mavi göz soul[d], kantri
Səs tembri bariton
Albom şirkətləri Columbia Records, Decca Records[d], Epic Records, Island Records
Mükafatları "Britaniya imperiyası" ordeni zabiti Cəngavər bakalavrı
tomjones.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Müğənni 7 iyun 1940-cı ildə Uelsin Pontiprid qəsəbəsində, fəhlə ailəsində anadan olmuşdur. Hazırda ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles şəhərində yaşayır. 17 yaşından Melinda Trençard (Melinda Trenchard) ilə evli olmuşdur (10.04.2016-da vəfat edib). Mark adlı oğlu və övladlığa götürülmüş Donna adlı qızı var.

O, özünə Tom Cons ləqəbini XVIII əsr ingilis yazıçısı Henri Fildinqin romanının məşhur personajının adından götürmüşdür. Belə ki, romanın 1963-cü ildəki ekranizasiyası o dövrdə çox populyar idi. Gənc müğənni özünün gur səsi, əla fiziki forması və səhnədəki həddindən artıq sərbəst hərəkətləri ilə insanların diqqətini cəlb edə bildi.

1965-ci ildə Cons "It’s Not Unusual" mahnısı ilə Britaniya çartlarında birinci oldu. Növbəti il ifa etdiyi Ceyms Bond haqqındakı "Thunderball" filminin eyniadlı mahnısına görə böyük gələcək vəd edən debütant kimi "Qremmi" mükafatına layiq görüldü.

1966-cı ildə onun oxuduğu "Green Green Grass of Home" klassik kompozisiyası Böyük Britaniyanın ən çox satılan sinqlına çevrildi. 1968-ci ildə çıxan "Delilah" mahnısı Sovet İttifaqında, 1971-ci ildə çıxan rəqs üslubundakı "She’s a Lady" mahnısı isə ABŞ-də böyük populyarlıq qazandı.

1970–80-ci illərdə Consun nəzərə çarpacaq dərəcədə məşhur hitləri olmadı. Bu dövrdə o, əsasən yaşlı dinləyicilər üçün ifa edirdi. 1988-ci ildən başlayaraq o öz repertuarını müasir mahnılarla genişləndirməyə başladı. 1990-cı illərin sonlarında isə gənc ifaçılarla — The Cardigans ("Burning Down The House", 1999), The Pretenders ("Lust for Life", 1999), Stereophonics ("Mama Told Me Not to Come", 2000) ilə birlikdə albomlar yazdırdı.

1999-cu ildə Tom Cons kaver-versiyalardan ibarət olan "Reload" albomunu yazdırdı və 2000-ci ildə bu albom onun karyerasındakı ən çox satılan albom oldu. Bu albomdakı "Sex Bomb" sinqlı isə həmin ilin ən populyar rəqs hitinə çevrildi və Britaniya satış çartlarında üçüncü yeri tutdu.

21 oktyabr 2008-ci ildə ABŞ-də, 17 noyabrda isə Avropada "24 Hours" adlı yeni diski satışa buraxıldı. U2 qrupunun üzvləri Bono və Edc bu albomdakı "Sugar Daddy" mahnısının yazılmasında iştirak etdilər.

Diskoqrafiya

Year Title DE AT CH UK US
1965 Along Came Jones (US Title: It's Not Unusual*) − − − 11 54
1965 What's New, Pussycat? − − − − 114
1966 From the Heart − − − 23 −
1966 A-tom-ic Jones − − − − −
1967 Green, Green Grass of Home 35 − − 3 65
1967 13 Smash Hits 6 − − 5 −
1968 Delilah 2 − − 1 −
1968 Help Yourself 7 − − 4 5
1969 This Is Tom Jones 9 − − 2 4
1969 The Tom Jones Fever Zone − − − − 14
1970 Tom − − − 4 6
1970 I Who Have Nothing − − − 10 23
1971 She's a Lady 34 − − 9 17
1972 Close Up − − − 17 64
1973 The Body and Soul of Tom Jones − − − 31 93
1977 Say You'll Stay Until Tomorrow − − − − 76
1978 I'm Coming Home − − − 12 −
1981 Darlin' − − − − 179
1989 At This Moment − − − 34 −
1989 After Dark − − − 46 −
1991 Carrying a Torch − − − 44 −
1994 The Lead and How to Swing It 81 35 − 55 −
1999 Reload 3 3 5 1 −
2002 Mr. Jones 78 58 62 36 −
2008 24 Hours 70 61 94 32 105
2010 Praise & Blame 38 9 51 2 79
2012 Spirit in the Room
2015 Long Lost Suitcase
2021 Surrounded by Time

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tom Cons haqqında məlumat. Tom Cons nədir? Tom Cons nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zingiberaceae

  • Fevral 24, 2026

    Manitoba

  • Fevral 27, 2026

    Nikolay Şengelaya

  • Fevral 27, 2026

    Döş qəfəsi

  • Fevral 23, 2026

    Xınalıq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst