Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tofiq İsa oğlu Qazıyev (20 may 1920, Aşağı Qarasaqqal, Gəncə qəzası – 4 yanvar 1999, Gəncə) — azərbaycanlı alim, bitki fizioloqu, biologiya elmləri doktoru, pro

Tofiq Qazıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Tofiq Qazıyev

Tofiq İsa oğlu Qazıyev (20 may 1920, Aşağı Qarasaqqal, Gəncə qəzası – 4 yanvar 1999, Gəncə) — azərbaycanlı alim, bitki fizioloqu, biologiya elmləri doktoru, professor.

Tofiq Qazıyev
Doğum tarixi 20 may 1920(1920-05-20)
Doğum yeri
  • Aşağı Qarasaqqal, Gəncə qəzası, Azərbaycan SSR
Vəfat tarixi 4 yanvar 1999(1999-01-04) (78 yaşında)
Vəfat yeri
  • Gəncə, Azərbaycan
Elm sahəsi bitki fiziologiyası[d]
Elmi dərəcəsi
  • biologiya elmləri doktoru
Təhsili
  • Gəncə Dövlət Universiteti
Mükafatları 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Şərəf nişanı" ordeni

Həyatı

Tofiq Qazıyev 1920-ci il may ayının 20-də Samux rayonunda anadan olub. Şübhəli Qazıyev soyadı, atasının savadlı olması, üstəlik bəy nəslindən olan Mina xanım Zülqədərova ilə ailə həyatı qurması bu ailəni çətin sınaqlar qarşısında qoyub. 1938-ci ildə Gəncə Dövlət Pedaqoji institutuna daxil olan gənc Tofiq Qazıyev tələbə ikən Sovet-Fin müharibəsinə yollanır. 1937-ci ilin siyasi repressiyalarının mənəvi və fiziki ağrıları çəkilməmiş Böyük Vətən müharibəsi başlayır. Beş il müharibədə şərəfli döyüş yolu keçən, göstərdiyi şucaətə görə Böyük Vətən müharibəsinin I və II dərəcəli ordenləri, çoxlu sayda medallarla təltif olunan, baş leytenant rütbəsinə yüksələn Tofiq Qazıyev Vitebskin düşməndən azad olunmasında qəhrəmancasına vuruşur, lakin ağır güllə yarası aldığı üçün 1944-cü ilin yayında II qrup müharibə əlili kimi ordudan tərxis olunaraq Gəncəyə qayıdır.

Tofiq Qazıyev müharibədən sonra ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq institutun biologiya fakültəsində dərs deməyə başlayıb. Yüksək mənəvi keyfiyyətllərinə və işgüzarlığına görə gənc müəllim Tofiq Qazıyev qısa müddətdə institutun rəhbərliyinin, pedaqoji kollektivin və tələbələrin böyük hörmətini qazanıb. Elmə hədsiz həvəsi və bağlığı onu pedaqoji fəaliyyətlə yanaşı, elmi-tədqiqat sahəsində də yorulmadan çalışmağa sövq edib.

Tofiq müəllim 1956-cı ildə namizədlik, 1965-ci ildə isə doktorluq dissertasiyalarının müvəffəqiyyətlə müdafiə edir. Böyük elmdə yeni cığırın açılmasına nail olur.

Tofiq Qazıyev 130-dan çox elmi əsərin, "Bitkilərin həyatı", "Biti fiziologiyası" adlı dərs vəsaitlərinin, ümumilikdə 14 kitabın müəllifidir. Onun elmə göstərdiyi yeni və müasir ideyalar, səmərəli və maraqlı təkliflər beynəlxalq elmi təşkilatların və elmi ictimayyətin diqqətini cəlb edib. Məsələn, "Pambığın nektarlıq problemləri və bal arılarının pambığın məhsuldarlığının artırılmasında rolu" monoqrafiyası dünyanın görkəmli alimləri tərəfindən elm aləmində böyük nailiyyət kimi dəyəndirilib və 1968-ci ildə Böyük Britaniyada çap olunub. Daha çox elmin qlobal əhəmiyyətli məsələləri ilə məşğul olan görkəmli alimin 17 əsəri dünyanın müxtəlif ölkələrində tərcümə edilib və bu elmi nəticələrdən bəhrələnib.

SSRİ Dövlət mükafatı laureatı, novatorçu professor İ. Xalifmanın 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasına göndərdiyi məktub biologiya elmləri doktoru, professor Tofiq Qazıyevin dünyamiqyaslı görkəmli alim kimi tanındığının təsdiqidir. "Akademik Press" London- Nyu-York nəşriyyatının 1970-ci ildə buraxdığı Mak Qreqorun "Bitkilərin həşaratla tozlanması" adlı böyük kitabında Tofiq Qazıyevin nəşr olunmuş əsərlərinə dəfələrlə müraciət edilir. Alimin apardığı tədqiqat işlərinin nəticələrinin praktiki tətbiqini dünya pambıqçılıq elmi gözləyir. Belə bir monoqrafiya nəinki bizim ittifaqda, hətta dünyanın heç bir ölkəsində buna qədər nəşr olunmamışdır. Təsadüfi deyil ki, görkəmli Azərbaycan aliminin dünyanın bir çox ölkələrində ABŞ, İspaniya, Rumıniya və s. keçirilən beynəlxalq konfranslardan məruzələri həmişə diqqətlə öyrənilib.

40 ilə yaxın institutun botanika kafedrasına rəhbərlik etmiş professor Tofiq Qazıyev Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının yaradıcılarından biri olmuşdur. Tofiq Qazıyev "Şərəf nişanı" ordeni, çoxlu sayda fəxri fərmanlarla təltif olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tofiq qazıyev sözünün mənası, tofiq qazıyev haqqında məlumat. tofiq qazıyev nədir? tofiq qazıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Terebint püstəsi

  • Fevral 27, 2026

    Əl-Əzhər Universiteti

  • Fevral 27, 2026

    Mahmud Xalxali

  • Fevral 27, 2026

    Potentilla aperta

  • Fevral 27, 2026

    Biopsiya

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst