Tisa çayı (ukr. Тиса, mac. Tisza, slovak. Tisa, serb. Тиса) — Dunay çayının ən uzun qolu olub, Mərkəzi Avropadan axır.
Coğrafi mövqeyi
Bu çay başlanğıcını Ukraynanın qərb əyalətindən götürür. Onu demək olar ki, Raxova şəhəri yaxınlığında Qara Tisa və Ağ Tisanın birləşməsi əmələ gətirir. Qara Tisanın mənbəyi dəniz səviyyəsindən 1400 m-də olub, şimal-şərq Svidov qalxmasından başlanğıc götürür. Ağ Tisa isə öz başlanğıcını cənub-qərbi Çernoqoriya massivindən 1650 m hündürlüyündən başlanğıcını götürür. Ukrayna daxilində Tisa çayı 201 km məsafədə uzanır. Tisa əvvəlcə Ukrayna və Rumiya sərhəddi ilə, sonra isə Ukrayna və Macarıstana sərhəddindən axır. Serbiya ərazisində Dunay çayına tökülür. 1973-cü ildə çayın üzərində Tisa su anbarı tikilmişdir.
Bu növdən olan pərvanələr əvvəllər Avropanın bir çox çaylarında geniş yayılmışdı. Lakin antropogen amillərin təsiri nəticəsində suyun keyfiyyətinin pisləşməsi ona gətirib çıxarmışdır ki, indi belə kütləvi uçuşlar yalnız Macarıstanda və Serbiyada müşahidə olunur.
Sahillərindəki şəhərlər
Ukraynada olanlar
- Raxov
- Tyaçev
- Xust
- Çop
Ruminiyada olanlar
- Siqetu-Marmaçiyey
Macarıstanda olanlar
- Dombrad
- Tokay
- Solnok
- Seqed
Çayın qolları
- Sağ qolları: Kosova (41 km), Teresva (56 km), Tereblya (91 km), Rika (92 km), Borjava (106 km), Bodroq (188 km), Eqer (291 km), Zadva, Eqricka, Kereş.
- Sol qolları: Viseul, İza, Someş, Kereş, Mureş, Beqa, Batar, Krasna, Moskva
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tisa çayı haqqında məlumat. Tisa çayı nədir? Tisa çayı nə deməkdir?

