Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tikanlı kəvər (lat. Capparis spinosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kəvərkimilər fəsiləsinin kəvər cinsinə aid bitki növü.

Tikanlı kəvər

  • Ana Səhifə
  • Vikipediya
  • Tikanlı kəvər

Tikanlı kəvər (lat. Capparis spinosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kəvərkimilər fəsiləsinin kəvər cinsinə aid bitki növü.

Tikanlı kəvər
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Malvidlər
Dəstə:
Kələmçiçəklilər
Fəsilə:
Kəvərkimilər
Cins:
Kəvər
Növ:
Tikanlı kəvər
Beynəlxalq elmi adı
  • Capparis spinosa L., 1753
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  505885
NCBI  65558
EOL  590839

Yarımkol bitki olub, 2 m-ə qədər uzunluqda budaqları var. Yarpağı girdə-yumurtavarı, yaxud ellipsvarı olub, saplaqlıdır. Çiçəkləri iri, rəngli ağ olub, tək-tək halda yarpaqların qultuğunda yerləşir. Meyvəsi giləmeyvəyə bənzəyən qutucuqdan ibarətdir. Toxumları kürəvarıdır, tünd-qonur rənglidir, təqribən qaraya çalır. Bitki may-iyul aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Azərbaycanda kəvər Samur-Dəvəçi ovalıqlarında, Abşeronda, Kür-Araz çayları ovalıqlarında, Lənkəran və Naxçıvanın dağ ətəyi sahələrində yayılmışdır. Xüsusən, qeyd edilən rayonların ovalıqlarında, aşağı dağ qurşağında, yarımsəhralıq yerlərdə ehtiyatı daha çoxdur.

Kəvərin çiçəklərinin qönçə dövründə onda 100-150 mq % C vitamini, 0,32 % rutin, 21-28 % azotlu maddələr, 4-5 % piyli maddələr olur. Toxumlarında 25-30 % piyli yağ vardır ki, bu da tərkib etibarilə 12-13 % doymuş yağ turşularından, 22-24 % olein, 33-51 % linol turşularının qliseridlərindən ibarətdir.

Mündəricat

Təbii yayılması

Yabanı halda Aralıq dənizi sahillərində, Cənubi Avropada, Qafqazda, Orta Asiyada, Pakistanda və Hindistanda yayılmışdır.

Botaniki təsviri

Çoxillik yarımkol bitkidir. Oduncaqlı əsas gövdədən hər tərəfə sürünən, uzunluğu 2 m-dək olan budaqları çıxır. Çoxsaylı kiçik yarpaqlarıyumru və ya ellipsvari formalı, ucu biz, qısa saplaqda yerləşir, saplaqların bünövrəsində iynə kimi yalançı zoğları vardır. Çiçəkləri tək, iri (diametri 5-8 sm), ağ bəzən sarımtıl və ya çəhrayı çalarlıdır. May-iyunda, bəzən iki dəfə (sentyabr-oktyabrda)çiçəkləyir. Meyvələri uzunsov-oval, ətli, giləmeyvə şəkilli, uzunluğu 2 sm-dək, yaşıl rənglidir. Yetişdikdə içəri tərəfdən çoxsaylı, qonur toxumları, burulan dörd laylarla açılır. Kökü qalın, güclüdür.

Ekologiyası

Yaxşı drenajlı, günəşli yerdə, pH 6, 3-8, 3 olan quru torpaqlarda bitir. Qışda temperaturu +10 °C-dən aşaği olmayan rayonlarda becərilməsi məsləhətdir.

Azərbaycanda yayılması

Azərbaycanda tikanlı kəvər ancaq yabanı növü halda yayılmışdır. Böyük və Kiçik Qafqazda, Abşeronda, Şamaxıda, Naxçıvanda, Sumqayıtda, Xızıda və s. rayonlarda bitir.

İstifadəsi

Qabığının həlimi iştaha artıran və mədənin fəaliyyətini yaxşılaşdıran ədviyyat kimi istifadə edilir. Köklərin hər qabığı diş ağrısında çeynənir və irinli yaralarda istifadə olunur. Kaperslərin meyvələrində steroid saponinlər, alkaloidlər, karbohidratlar (32,9%), askorbin turşusu (150 mq %-dək) və yağ (3,75%);küklərin qabığında-staxidrin alkaloidi vardır.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tikanlı kəvər haqqında məlumat. Tikanlı kəvər nədir? Tikanlı kəvər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ülufə divanı

  • Fevral 27, 2026

    Zəhiriyyə Kitabxanası

  • Fevral 27, 2026

    Saxa dili

  • Fevral 27, 2026

    Hücum təyyarəsi

  • Fevral 23, 2026

    Ağ amerikalılar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst