Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Termodinamik sistem — tarazlıq vəziyyətində konsentrasiya, temperatur, təzyiq və b. hal parametrlərinin müəyyən qiymətlərilə səciyyələnən və çoxsaylı hissəciklə

Termodinamik sistem

  • Ana Səhifə
  • Vikipediya
  • Termodinamik sistem

Termodinamik sistem — tarazlıq vəziyyətində konsentrasiya, temperatur, təzyiq və b. hal parametrlərinin müəyyən qiymətlərilə səciyyələnən və çoxsaylı hissəcikləri (atomlar, molekullar və b.) olan fiziki sistem (cism); termodinamikada "sistem" adı altında onu xəyalən bütün ətraf mühitdən ayıran cismlər (məsələn: süxurlar, minerallar və b.) nəzərdə tutulur. Termodinamik sistem hüdudlarından kənardakı cismlər xarici mühitə aid edilir. Sistemə öz fiziki xüsusiyyətlərini dəyişən və (yaxud) öz aralarında və ətraf cismlərlə (mühitlə) qarşılıqlı əlaqəyə girərək köhnələrin yeniləşməsi, ya da tamamilə itməsi və yeni fazaların yaranmasına səbəb olan yekcins cismlər (fazalar) aiddir. Faza məfhumunu təmin edən yekcinslilik əlaməti ona əsaslanır ki, həmin cism (faza) özünün bütün hissələrində tamamilə eyni fiziki xüsusiyyətlərə və eyni kimyəvi tərkibə malik olur. Birfazalı sistemlər homogen, iki və daha artıq fazalılar isə heterogen adlanır. Bir mineralın digərindəki möhtəvisi mineralların iki bərk fazalı heterogen, qaz və maye möhtəviləri isə üç fazanın (bərk, maye və qazın) heterogen sistemini əmələ gətirir. Müxtəlif sərbəstlik dərəcəsinə görə divariantlı, monovariantlı, nonvariantlı, polivariantlı; komponentlərin sayına görə birfazalı, ikifazalı, üçfazalı, çoxfazalı; ətraf mühitə münasibətinə görə qapalı, təcrid olunmuş, açıq; fiziki-kimyəvi amillərə görə izobar-izoentropik, izotermik-izobarik, izoxor-izotermik termodinamik sistemlərə ayrılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, termodinamik sistem sözünün mənası, termodinamik sistem haqqında məlumat. termodinamik sistem nədir? termodinamik sistem nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Ərəb qəhvəsi

  • Fevral 27, 2026

    Nikolay Karamzin

  • Mart 01, 2026

    II Vasili

  • Fevral 23, 2026

    Müqəddəs Ruh

  • Mart 01, 2026

    Surikat

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst