Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tağı Əzizağa oğlu Tağıyev 1917-ci il noyabr ayının 7-də Bakı şəhərində anadan olmuşdur. Tağı Tağıyev 1931–1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumun

Tağı Tağıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Tağı Tağıyev

Tağı Əzizağa oğlu Tağıyev (7 noyabr 1917, Bakı – 27 iyun 1993, Bakı) — Azərbaycan SSR xalq rəssamı.

Tağı Tağıyev
Doğum tarixi 7 noyabr 1917(1917-11-07)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Bakı quberniyası
Vəfat tarixi 27 iyun 1993(1993-06-27) (75 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili
  • Azərbaycan Rəssamlıq Pedaqoji Texnikumu (1931–1935),
  • Moskva Dövlət Rəssamlıq İnstitutu[d] (1940–1941)
Janr portret
Mükafatları "Şərəf nişanı" ordeni — 1959
Azərbaycan SSR xalq rəssamı — 1982 Azərbaycan SSR əməkdar incəsənət xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Tağı Əzizağa oğlu Tağıyev 1917-ci il noyabr ayının 7-də Bakı şəhərində anadan olmuşdur. Tağı Tağıyev 1931–1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə 1940–1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda oxumuşdur. O, əsasən tematik tablolar, natürmort, portret, mənzərə və məişət səhnələrinin müəllifidir. Azərbaycanda realist boyakarlığının yaradıcılarından olan Tağıyev portret ustası kimi daha məşhurdur. Yaradıcılığında tarixi mövzular və tarixi şəxsiyyətlərin təsviri, əmək adamlarının obrazı və əməyin tərənnümü, doğma təbiətin təsviri mühüm yer tutur. Misal olaraq "Koroğlu dəsgahı", "Poladəridən", "Qaynaqçı", "Göy-göl", "Qarlı yollar"ı qeyd etmək olar. Tağı Tağıyev bir çox xarici – Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İspaniya və s. ölkələrdə olmuş və onların həyatına dair tablolar çəkmişdir. Rəssamın ən yaxşı əsərləri "Uşaqlıq xatirələri", "Abşeron silsiləsi", "El gözəli", "Qarayanız qız" və bir çox rəsm əsərləri Praqa, Pekin, Dakar, Bağdad və s. şəhərlərdə nümayiş etdirilmişdir. T.Tağıyevin yaratdığı "Qara Qarayev" və "Səttar Bəhlulzadə" tabloları dünyanın bütün sərgi salonlarında uğurla nümayiş olunub. O, 1954-cü ildə Avropa, Afrika ölkələrinə səyahətə getmiş, dinindən, dilindən asılı olmayaraq insanları, onların ideyalarını, arzularını bədii boyalarla təsvir etmişdi. Həmin səfərdən sonra yaratdığı "Afrikalı qız" və "Salam, yeni dünya" əsərlərinə bu gün də maraqla baxılır. Bu əsərlərdə zülmə, tabeçiliyə, əsarətə dözməyənlərin duyğuları ustalıqla təsvir olunub. Tağı Tağıyevin əsərləri Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə saxlanılır. Yaradıcılıq xidmətlərinə görə onun əməyi yüksək qiymətləndirilmişdir. Əməkdar incəsənət xadimi, respublikanın Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür.

Tağı Tağıyev 27 iyun 1993-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Mükafatları

  • "Şərəf nişanı" ordeni — 9 iyun 1959
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 6 oktyabr 1961
  • "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1 dekabr 1982

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tağı tağıyev sözünün mənası, tağı tağıyev haqqında məlumat. tağı tağıyev nədir? tağı tağıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Damğa

  • Mart 01, 2026

    Hənəfi

  • Mart 01, 2026

    Pavel Naximov

  • Mart 01, 2026

    Piaui

  • Fevral 27, 2026

    Yəzd ostanı

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst