Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Taun həkimi (ing. Plague doctor) — taun xəstəliyindən əziyyət çəkən insanların müalicə edilməsi üçün fəaliyyət göstərən həkim. Taun həkimləri xüsusi ilə kənd və

Taun həkimi

  • Ana Səhifə
  • Vikipediya
  • Taun həkimi

Taun həkimi (ing. Plague doctor) — taun xəstəliyindən əziyyət çəkən insanların müalicə edilməsi üçün fəaliyyət göstərən həkim. Taun həkimləri xüsusi ilə kənd və şəhərlərdə epidemiyaların yayılmağa başlamasından sonra müqavilə ilə müalicə üçün ərazilərə gətirilirdi. Bəzi taun həkimləri, daha çox gəlir əldə etmək məqsədi ilə insanlara saxta xüsusi müalicə üsulları təklif etməkləri ilə tanınmışdır. Bu həkimlər tibb təhsili almış peşəkar həkimlər deyildilər, əsasən bu işi sonradan öyrənib, əldə etdikləri təcrübələr əsasında insanlara yardım etməyə çalışırdılar. Taun həkimlərinin nadir hallarda olsa da, bəzi xəstələrə köməklik etdiyi məlumdur. Əsas məsələlərdən biri işini bilən həkimlərin çox az olması idi.

Taun həkimləri özlərinə məxsus geyimləri ilə diqqəti cəlb etməkdə idi. Rəsmdə 1656-cı ildə Romada çalışan taun həkimi təsvir edilmişdir.

Taun həkimləri xəstələri özləri tərəfindən hazırlanmış müqaviləyə uyğun formada müalicə etməyə üstünlük verirdilər. Bu müqavilə taun həkimi müqaviləsi adlanır və xidməti göstərən şəxs ilə şəhər və ya kənd şurası arasında imzalanırdı. Avropanın bir şəhərində eyni vaxtda iki və daha çox taun həkiminin işlədiyi hallar da mövcud idi. Fransa və Hollandiyada taun həkimi kimi fəaliyyət göstərən şəxslərin mütləq əksəriyyəti tibb təhsili olmadığından çox vaxt müşahidəçi kimi öz işlərinə davam edirdilər. Tarixi mənbələrdə Fransada taun həkimi kimi işləyən bir nəfərin öncədən meyvə satıcısı olduğu yazılmışdır.

XVII və XVIII əsrlərdə etibarən taun həkimləri geyindikləri kostyumlarla diqqəti cəlb etməyə başladılar. Uzun burnu olan kostyum müxtəlif aromatik qoxuları bir yerdə cəmləyərək qoxumuş havanın içəri daxil olmasının qarşısını alırdı. Həmin dövrlərdə qoxunun taunun yoluxmasında əsas şərtlərdən biri olduğuna inanılırdı. Kostyum Fransa kralı XIII Lüdovikin baş həkimi olmuş Çarlz de Lormedən ilhamlanaraq hazırlanmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Taun həkimi haqqında məlumat. Taun həkimi nədir? Taun həkimi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Suncinka

  • Fevral 25, 2026

    Pambıq

  • Fevral 27, 2026

    Sabit cərəyan

  • Fevral 27, 2026

    Armud

  • Fevral 27, 2026

    Xırmandalı tayfası

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst