Tarixu Bağdad (ərəb. تاريخ البغداد) — Xətib əl-Bağdadinin Bağdadın görkəmli şəxsləri haqqındakı əsəri.
| Tarixu Bağdad | |
|---|---|
| ərəb. تَارِيخُ بَغْدَاد | |
| Müəllif | Xətib əl-Bağdadi |
| Janrlar | tarix, bioqrafiya |
| Orijinalın dili | ərəb dili |
Müəllif
Kitabın müəllifi hədis hafizi və tarixçi Xətib əl-Bağdadidir.
Əsər
Əsərin əsl adı "Tarixu Bağdad və Mədinətis-səlam"dır. Xətib bu əsəri 20 ilə ərsəyə gətirmişdir. Əsər iki hissədən ibarətdir. əsərin birinci hissəsi İraqın fəthindən və Bağdadın salınması ilə bağlı (topoqrafiya, rəvayətlər və s.) mövzulardan bəhs edir. Əsərin ikinci hissəsi isə Bağdadda yaşayan və ya buraya gəlmiş 7831 şəxsin bioqrafiyasından bəhs edir. Bu şəxslərə xəlifə və sultanlar, əmirlər, komandanlar, vəzirlər, ərəb dili və bəlağət alimləri, qiraət alimləri, müfəssirlər, mühəddislər, kəlam alimləri, fəqihlər, müctəhidlər, qazılar, zahidlər, sufilər, vaizlər, riyaziyyatçılar, astronomiya, məntiq, tibb və musiqi alimləri, katiblər, xəttatlar, ədiblər, şairlər, tarixçilər, oxçular, süvarilər, sənətkarlar və başqaları aiddir. Bu bölmədə həmçinin Bağdad yaxınlığındakı yaşayış məntəqələrindən də (Mədain, Nəhrəvan, Səmərra və s.) bəhs olunmuşdur. Əsərdə bir neçə sətirlik bioqrafiyalar olduğu kimi bir neçə səhifəlik bioqrafiyalar da vardır. Ən geniş bioqrafiya Əbu Hənifə haqqındadır.
Tənqidlər
Müəllifin Əbu Hənifə əleyhində ifadə və rəvayətlərə də yer verməsi tənqidlərə səbəb olmuş, bu mövzuda rəddiyələr qələmə alınmışdır. Əsərin əlyazma nüsxələri müqayisə edilərək bu tip ifadə və rəvayətlərin sonradan əlavə edilmiş olduğu irəli sürülmüşdür.
Nəşrlər
Əsərin ilk hissəsi C. Salmon tərəfindən fransız dilinə tərcümə edilmişdir. Əsər bütövlükdə ilk dəfə 1931-ci ildə Qahirədə nəşr olunmuşdur (XIV cild).
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tarixu bağdad sözünün mənası, tarixu bağdad haqqında məlumat. tarixu bağdad nədir? tarixu bağdad nə deməkdir?