Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tamilla Mirsüca qızı Ağamirova (rus. Тамила Суджаевна Агамирова; 21 may 1928, Bakı – 31 avqust 2021, Nikolina Qora[d], Moskva vilayəti) — Azərbaycan-rus teatr v

Tamilla Ağamirova

  • Ana Səhifə
  • Vikipediya
  • Tamilla Ağamirova

Tamilla Mirsüca qızı Ağamirova (rus. Тамила Суджаевна Агамирова; 21 may 1928, Bakı – 31 avqust 2021, Nikolina Qora[d], Moskva vilayəti) — Azərbaycan-rus teatr və kino aktrisası, RSFSR xalq artisti (1988), Azərbaycan SSR əməkdar artisti (1960).

Tamilla Ağamirova
Doğum tarixi 21 may 1928
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 31 avqust 2021 (93 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Dəfn yeri
  • Troyekurov qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1952-ci ildən
Təhsili
  • Moskva İncəsənət Teatr Məktəbi[d]
Mükafatları
  • "RSFSR xalq artisti" fəxri adı — 1988 "RSFSR əməkdar artisti" fəxri adı — 1982 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1960
  • "Şərəf" ordeni (Rusiya) — 2019 "Dostluq" ordeni (Rusiya) — 2002
IMDb ID0012835
teatr-romen.ru/index.php…

Mündəricat

Həyatı

Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Bakı Teatr Məktəbi və MXAT məktəb-studiyasını bitirib. 1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisasıdır. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb. Və indiyədək aktiv ictimai fəaliyyətlə məşğul olur. O, Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, "Maski" Fondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistridir.

Tamilla Ağamirova 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" fəxri adlarına layiq görülüb. Bir sıra orden və mükafatlarla təltif olunub.

Yaradıcılığı

1957-ci ildə Qriqor Kozintsovun "Don Kixot" filminin televiziya ekranlarına çıxması ilə Bakıdan olan gənc aktrisa Tamilla Ağamirova üçün uğur zirvəsinə gedən yol açıldı. Filmdə gözəl qrafinya Altisidora rolunu canlandıran aktrisa tezliklə geniş tamaşaçı auditoriyası qazandı və bir sıra filmlərdə baş rola dəvət edildi. Bunların sırasına "Onun böyük ürəyi" (1958, rejissor Əjdər İbrahimov) filmində Səmayə, "Əsl dost" (1959, Tofiq Tağızadə) filmində Bilqeyis, "Koroğlu" (1960, Hüseyn Seyidzadə) filmində Alagöz, "Matteo Falkone" (1960, Tofiq Tağızadə) filmində Cüzeppa, "Zəncirlənmiş adam" (1964, Kamil Rüstəmbəyov) filmində Fatma, "Yenilməz batalyon" (1965, Hüseyn Seyidzadə) filmində musiqi müəllimi obrazlarını aid etmək olar.

Ailəsi

Tamilla Ağamirovanın həyat yoldaşı Nikolay Sliçenko idi. O, SSRİ xalq artisti, "Romen" teatrının bədii rəhbəri, qaraçı mahnı və romansların dünyaca məşhur ifaçısıdır. Tamilla xanım inqilabçı Mirsüca Ağamirovun qızı olmuşdur.

31 Avqust 2021 -ci ildə həyat yoldaşı Nikolay Sliçenkonun ölümündən iki ay sonra 94 yaşında vəfat etmişdir.

Filmoqrafiya

  • Don Kixot (film, 1957)
  • Onun böyük ürəyi (film, 1958)
  • Əsl dost (film, 1959)
  • Matteo Falkone (film, 1960)
  • Koroğlu (film, 1960)
  • Zəncirlənmiş adam (film, 1964)
  • Yenilməz batalyon (film, 1965)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tamilla ağamirova sözünün mənası, tamilla ağamirova haqqında məlumat. tamilla ağamirova nədir? tamilla ağamirova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xristian dini

  • Mart 01, 2026

    Qəley-Buğurt qalası

  • Fevral 27, 2026

    Alpinieae

  • Mart 02, 2026

    Bayan-Ölqiy vilayəti

  • Fevral 27, 2026

    Udlaq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst