Tamblinq (ing. Tumbling — "tullanmaq", "sıçramaq") — akrobatikanın tərkibində olan tamblinq ilk dəfə olaraq 2000-ci ildən etibarən ayrıca idman növü kimi fəaliyyət göstərməyə başlayıb.

Azərbaycanda
2001-ci ildə Danimarkada keçirilən Dünya birinciliyində Rəvan Yusubov 14-cü nəticə göstərib. 2003-cü ildə Kiyevdə keçirilən beynəlxalq turnirdə Taleh Qazıyev və Abdulla Qasımov finala vəsiqə qazanaraq 6-7-ci yerləri tutmuşdurlar.
2025-ci il sentyabrında Çinin Çendu şəhırində keçirilən Dünya Oyunlarında Tofiq Əliyev tamblinq yarışlarında ikinci yer tutaraq gümüş medal qazanmışdır. Final yarışında o, dünyada ilk dəfə olaraq hər bir saldoda 360° burulma ilə üçlü geri dönmə edən gimnast kimi tarixə düşüb.
Hazırda Azərbaycanda bu idman növü ilə 150-yə qədər idmançı məşğul olur ki, onların da əksəriyyəti Gimnastika məktəbinin yetirmələridir.
Eyni zamanda, paytaxtın bir neçə idman mərkəzində, həmçinin Dəvəçi şəhərində də tamblinq inkişaf etdirilir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tamblinq haqqında məlumat. Tamblinq nədir? Tamblinq nə deməkdir?