Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tamara Vəliyeva (tam adı: Tamara Əlibala qızı Vəliyeva; 1959, Beyləqan, Azərbaycan SSR) — nasir, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998), Azərbay

Tamara Vəliyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Tamara Vəliyeva

Tamara Vəliyeva (tam adı: Tamara Əlibala qızı Vəliyeva; 1959, Beyləqan, Azərbaycan SSR) — nasir, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998), Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (2000).

Tamara Vəliyeva
Tamara Əlibala qızı Vəliyeva
Doğum tarixi 1959 (66–67 yaş)
Doğum yeri Beyləqan, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Ədalət Vəliyev
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti yazıçı, dramaturq
Fəaliyyət illəri 1984 — h.h.
Əsərlərinin dili azərbaycanca, gürcücə
Janrlar hekayə, povest
Mükafatları "Qızıl Dərviş" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Tamara Vəliyeva 1959-cu ildə Beyləqan şəhərində anadan olub.

1963–1973-cü illərdə orta ümumtəhsil məktəbində təhsil almış, 1980-ci ildə Azərbaycan Dövlət Universitetində filologiya ixtisası üzrə təhsilini başa vurmuşdur. Uzun müddət "Yazıçı" nəşriyyatında çalışıb.

1984-cü ildən başlayaraq müxtəlif almanaxlarda, qəzet və jurnallarda çap olunmağa başlayıb. "Çəlikli qoca" adlı povest və hekayələrdən ibarət ilk kitabı 1990-cı ildə çap olunub. "Xəyanət" adlı ikinci kitabı 2000-ci , "Məhəbbət ölüncə var" kitabı, 2001-ci ildə işıq üzü görüb. "Mənim ağ göyərçinim" pyesi 1999-cu ildən başlayaraq Azərbaycanın müxtəlif dövlət teatrlarında tamaşaya qoyulub.

"Bankir adaxlı" musiqili komediya əsəri 2000-ci ildən bu günə qədər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında oynanılır və bu pyesə görə müəllif Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Beynəlxalq "Qızıl Dərviş" mükafatına layiq görülüb.

"Mən dəyərəm min cavana" musiqili komediyası da Musiqili Teatrda 2007-ci ildə tamaşaya qoyulub, hələ də səhnədədir. 2018-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Cəza" dram monotamaşası səhnəyə qoyulub. Hər dörd pyes müəllifə uğur gətirib və bu günədək Azərbaycanın müxtəlif teatr səhnələrində oynanılır. Onların sırasına Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Dərbənd Dövlət Azərbaycan Dram Teatrı daxildir. Tamaşalar həmçinin müxtəlif Beynəlxalq Teatr Festivallarında xüsusi mükafatlara layiq görülüblər.

Tamara Vəliyeva 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2000-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Ailəlidir, iki övladı, dörd nəvəsi var.

Mükafatları

  • "Qızıl Dərviş" Beynəlxalq mükafatı

Tamaşalar

  • "Mənim ağ göyərçinim" pyes, 1999 (Dövlət Gənc Tamaşaçılar Teatrı)
  • "Bankir adaxlı" musiqili komediya, 2000 (Azərbaycan Dövlət Akademik Musiqili Teatrı)
  • "Mən dəyərəm min cavana" musiqili komediya, 2007 (Azərbaycan Dövlət Akademik Musiqili Teatrı)
  • "Cəza" monotamaşa, dram, 2018 (Dövlət Gənc Tamaşaçılar Teatrı)

Kitabları

  • "Yaşıl budaqlar" almanax. "Gənclik" nəşriyyatı, Bakı, 1987
  • "Yeni səslər" almanax . "Yazıçı" nəşriyyatı, Bakı, 1989
  • "Çəlikli qoca" povest və hekayələr. "Yazıçı" nəşriyyatı Bakı. 1990
  • "Xəyanət" povest və hekayələr. "Nağıl evi" nəşriyyatı, Bakı, 2000
  • "Povest və hekayələr" (gürcü dilində). "Qulani" nəşriyyatı, Tbilisi, 2000
  • "Məhəbbət ölüncə var" pyes və resenziyalar. "Sabah" nəşriyyatı, Bakı, 2001

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tamara Vəliyeva haqqında məlumat. Tamara Vəliyeva nədir? Tamara Vəliyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    GPS

  • Fevral 27, 2026

    Hasıllı

  • Fevral 27, 2026

    Almaniya bundestaqı

  • Fevral 27, 2026

    Ob

  • Fevral 27, 2026

    Vayşeşika

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst