Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Taman yarımadası şimaldan Taman körfəzi (Azov dənizi), qərbdən Kerç boğazı, cənubdan Qara dəniz suları ilə yuyulur. Relyefi əsasən düzənlikdir, sahilləri körfəz

Taman yarımadası

  • Ana Səhifə
  • Vikipediya
  • Taman yarımadası

Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir.

Taman yarımadası
Таманский полуостров
Ümumi məlumatlar
Sahəsi
  • 387 km²
Yerləşməsi
43°13′00″ şm. e. 37°05′00″ ş. u.HGYO
Akvatoriya Qara dəniz, Azov dənizi
Ölkə  Rusiya
Taman yarımadası xəritədə
Taman yarımadası
Taman yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafi yerləşməsi

Taman yarımadası şimaldan Taman körfəzi (Azov dənizi), qərbdən Kerç boğazı, cənubdan Qara dəniz suları ilə yuyulur. Relyefi əsasən düzənlikdir, sahilləri körfəzlərlə parçalanmışdır. Üstəlik burada həm də çoxlu sayda palçıq vulkanlarına rast gəlmək olar. Antik dövrdə yarımada bir-birindən boğazlarla ayrılan adalar şəbəkəsindən ibarət olmuşdur. Yarımadanın relyefi, flora və faunasına Kuban deltası böyük təsir göstərir.

Tarixi

Yarımada ərazisində ilk insan izləri Alt paleolit dövrünə təsadüf edilir (2,1—1,8 mln il öncə).

Kuban deltasının xəritəsi, 1870 il

Qədim dövrlərlə ərazi Skiflər tərəfindən məskunlaşılmışdır. Antik dövrdə bölgə Bosfor çarlığının ərazinə daxil idi. Burara yunanlar, sarmatlar və yahudilər yaşayırdı. Yarımadada qədim yunan Germonassa və Fafaqor koloniyaları yerləşirdi. IV əsrdə yarımada Hunların, bir müddət sonra Böyük Bolqar xanlığının, VII əsrin ortalarından isə xəzərlərin hakimiyyəti altına keçmişdir. 969-cu ildə Xəzər xaqanlığı Kiyev knyazlığı tərəfindən məğlub edildikdən sonra onların nəzarətinə keçir. Rusların burada təşkil etdikləri Tmutarakan knyazlığı XII əsrdə mövcudluğunu dayandırmışdır. Buraya artıq çərkəzlər və qismən abxazlar məskun olmuşdur. 1239-cu ildə yarımada ərazisində yerləşən yaşayış yerlərini monqollar darmadağın edirlər. Bundan sonra bölgə Genuyanın nəzarətinə keçmişdir. Onlar bölgəni 1483-cü ilə qədər idarə edə bilmişdilər. Bölgəni sonradan Krım xanlığı idarə edir. 1783-cü ildən idarəçilik Osmanlı imperiyasının nəzarətində olur. Rusiya-Türkiyə müharibəsi sonrası Rusiya imperiyasına birləşdirilir. II Yekaterina 1788-ci ildə zaparoje kazaklarının Kerç və ya Taman yarımadasına yerləşdirilməsi haqda fərman verir. 25 avqust 1792-ci ilə dənizdən kazaklar yarımadaya köç edirlər.

İqtisadiyyat

Taman yarımadası zəngin neft və təbii qaz ehtiyyatlarına malikdir. Burada hətta anapait mirealı çıxarılır ki, onu bəzən tamait adlandırırlar. Burada inşa mərhələsində olan Taman limanı Rusiyanın cənubunda ən böyük limanlarından biri olmalıdır.

Yarımada iqtisadiyyatının əsası üzümçülük və şərabçılıqdır. Burada müxtəlix növ və çeşiddə şərab hazırlanır. Son zamanlar turizm inkişaf etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Taman yarımadası haqqında məlumat. Taman yarımadası nədir? Taman yarımadası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    İnquşetiya bayrağı

  • Fevral 21, 2026

    Boqota

  • Fevral 27, 2026

    Terrassa

  • Fevral 27, 2026

    Şahbulaq (Şərur)

  • Fevral 27, 2026

    İstambul

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst