Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şahbulaq (əvvəlki adı: Cağazur) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbayc

Şahbulaq (Şərur)

  • Ana Səhifə
  • Vikipediya
  • Şahbulaq (Şərur)

Şahbulaq (əvvəlki adı: Cağazur) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yaycı kənd inzibati ərazi dairəsi tərkibindəki Cağazur kəndi Şahbulaq kəndi adlandırılmışdır.

Şahbulaq
39°39′11″ şm. e. 45°08′46″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Şahbulaq xəritədə
Şahbulaq
Şahbulaq

Mündəricat

Tarixi

29 mart 2005-ci ildə Gümüşlü və Şahbulaq kəndləri Aşağı Yaycı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Gümüşlü kəndi mərkəz olmaqla, Gümüşlü kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimin mənası

Son vaxtlar “zur” komponentini izah edə bilməyən bir çox tədqiqatçılar, onu erməni mənşəli komponent hesab edirlər. Lakin indi məlum olur ki, ermənilər türk sözlərini Q. Qeybullayev göstərdiyi kimi xeyli əyib dolaşdırsalar da sözün ilkin şəkli türk mənşəli olduğunu ciddi tədqiqat nəticəsində üzə çıxarır. Cağazil sözü saklara məxsus olan bir sözdür və öz tərkibində həmin əlamətləri mühafizə edib saxlamaqdadır. Toponim - etnotoponimdir və ilkin forması bu şəkildə olmuşdur. Sakasu.

Saka və su komponentləri hər iki formada sak təyinləridir. Bu sözdə iki təyin özünü göstərməkdədir: Onu da demək lazımdır ki, bu söz qədim türk-yazılı; abidələrində də işlədilmişdir. “Gül-tikin” (kiçik mətn) abidəsində belə bir cümlə var: “Ey türk xalqı, bir hissən desə ki, Cuğay meşəli dağının cənubunda deyil, Tan çölündə məskən salaq, (ey) türk xalqı, orada bədxah adam-lar beləcə bir hissəni başdan çıxarmış”. Bu misalda “Cuğay meşəli dağı” ifadəsinin strateji əlamət kimi işlənməsı “Cağazir meşəli ərazisi” ilə üst-üstə düşür. Bu ifadə öz oxşarını bugünkü toponimlərdən “Tuqay meşələri” deyimi ilə də yada salır.

Bu toponimdə maraqlı bir məsələ Cuğay və Saqay (saqyay) adlarının hansının ilkin olması məsələsidir,istər-istəməz etnik əlamət törəmə funksiyasında olmalıdır. Oronim kimi cuğay-saqların düşərgəsi mənasında sonradan əmələ gəlmiş ad olmalıdır. Beləliklə, Cuğayın Saqaydan törəməsinin inandırıcı yolu belədir: Saqayçaqay- çuqay-cuğay. Deməli, Saqyay etnonimi daha qədimdir və Cuğay Saqyaydan törəmişdir. Cağatay ulusu, Cağatay dili (özbək dilinin əsası sak əsilli olmasını bəyan edir.

Sak tayfalarına məxsus “su” komponentinin təyin rolunda möhkəmlənməsi haqqında M. Seyidov və L. Qumilyov mülahizələr yürütmüşlər. M. Seyidov yazır: “Əski mifoloji görüşlərlə səsləşən türkdilli xalqlarda bəzən ulu babanın-əcdadın, igidin atı açıqdan-açığa su ruhundan yaranmışdır. Bu mifoloji inamlar baxımından çox təbiidir. Su, həmin xalqlarda tos-ilkin başlanğıcdır” . Müəllif burada Maaday-Qaranın atının su ruhundan yaranmasını [44-45]xatırlayaraq onun Qırat və Düratın əcdadı ilə mifoloji bağlılığını yada salır. Bu məsələ ilə bağlı öz əsərində izah verən L. Qumilyov yazır: “Yer-su (hərfi mənada torpaq-su) dünyəvi toslar (tosəbədi mövcudluq ruhları) sırasına daxildir və yer-su, bitki və s. sahiblərinin kultunda öz analogiyasını tapır”.

Əhalisi

Əhalisi 534 nəfərdir.(2009 - cu il)

Həmçinin bax

  • İrinçöy

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şahbulaq (Şərur) haqqında məlumat. Şahbulaq (Şərur) nədir? Şahbulaq (Şərur) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rubus canescens

  • Fevral 27, 2026

    Kalinino rayonu

  • Fevral 27, 2026

    Bandikutlar

  • Fevral 27, 2026

    Nazim Əliverdibəyov

  • Fevral 27, 2026

    Daniil Mordovtsev

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst