Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndi

Taleh Kazımov

  • Ana Səhifə
  • Vikipediya
  • Taleh Kazımov

Taleh Tahir oğlu Kazımov (11 sentyabr 1983, Bakı) — Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.

Taleh Kazımov
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Vəzifədədir
13 aprel 2022-ci ildən
    ƏvvəlkiElman Rüstəmov
    Şəxsi məlumatlar
    Doğum tarixi 11 sentyabr 1983(1983-09-11) (42 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Təhsili
    • Azərbaycan Texniki Universiteti (2000–2004),
    • Azərbaycan Dövlət Neft Akademiyası (2004–2006),
    • Harvard Biznes Məktəbi
    Fəaliyyəti bankir
    Elmi fəaliyyəti
    Elmi dərəcəsi
    • magistr
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-nin Corciya Ştat Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. Bundan başqa, Kazımov 2012-ci ildə London Biznes Məktəbinin və 2014-cü ildə Harvard Biznes Məktəbinin idarəçilər üçün xüsusi proqramlarını bitirib.

    Əmək fəaliyyəti

    Taleh Kazımov əmək fəaliyyətinə təhsil aldığı dövrdə başlamış, "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və informasiya texnologiyaları üzrə operator kimi işləmişdir

    Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004–2006-cı illərdə "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.

    2006-cı ildən 2007-ci ilədək "Ernst & Young" şirkətində auditor vəzifəsini tutmuşdur. 2007-ci ilin yanvar ayından aprel ayınadək "Fineko Analitika və İnformasiya Agentliyi" ASC-nin baş direktoru vəzifəsində çalışıb.

    PAŞA Bank

    Taleh Kazımovun "PAŞA Bank"da fəaliyyəti 2007-ci ilin iyul ayından başlamışdır. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləmiş, 2009-cu ildən isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutmuşdur.

    Taleh Kazımov 7 dekabr 2011-ci ildən "PAŞA Bank"ın İdarə heyətinin üzvü seçilmiş, korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarətin maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələrini kurasiya etmişdir.

    2015-2022-ci illərdə "PAŞA Bank"ın İdarə Heyətinin sədri kimi fəaliyyət göstərmişdir.

    Taleh Kazımovun rəhbərliyi altında "PAŞA Bank" "Azərbaycanın ən yaxşı bankı", "Ən yaxşı bank qrupu" və "Ən yaxşı kommersiya bankı", "Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə korporativ sosial cavabdehlik", "Azərbaycanın ən yaxşı investisiya bankı", "Təmassız POS terminal infrastrukturu üzrə lider bank", "Ən yaxşı özəl bankçılıq", "Azərbaycanın ən yaxşı kommersiya bankı" kimi mükafatlarla təltif olunmuşdur.

    2015–2022-ci illər ərzində "PAŞA Bank"ın bir sıra göstəriciləri müsbət yöndə dəyişib:

    • Bank öz portfelini 281% (3.8 dəfə) böyüdərək ümumi bazar payını 13.9% -ə, korporativ biznes portfelinin bazar payını isə 22%-ə çatdırıb.
    • Qeyri-işlək portfelin faiz dərəcəsi dəfələrlə azalaraq 16%-dən 2.1%-ə endirilib (2022-ci il üzrə bazarda mövcud olan qeyri-işlək portfel əmsalından 1.8 dəfə az).
    • Kapital gəlirliliyi −0.3 %-dən 11.52%-dək qalxıb.
    • Bankın xalis gəliri 552 mln. AZN təşkil edib (bu rəqəm bank yarandığı tarixdən 2015-ci ilədək olan göstəricidən 6.8 dəfə çoxdur).
    • Əməliyyat xərcləri ümumi əməliyyat gəlirlərinin 37.9%-nə bərabər olub (bu rəqəm 2014-cü ildə 45.7% idi);
    • İşçi sayının 2.6 dəfə artmasına baxmayaraq, işçi üzrə marjinal gəlirlilik əmsalı 1,5%-dən 0,7%-ə endirilib.
    • Müştəri ödənişləri dövriyyəsinin mütləq əksəriyyəti rəqəmsal kanallardan keçib. Belə ki, 2022-ci ildə rəqəmsal kanallardan keçən ödənişlər Kiçik-orta sahibkarlıq (KOS) bankçılıq üzrə 99.9%-ə, Korporativ Bankçılıq üzrə isə 99.7%-ə çatıb.

    Mərkəzi Bank

    11 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatına əsasən Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlüyünə seçilməsi məsələsinə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılmış və layihə təsdiqlənərək plenar iclasa tövsiyə edilmişdir. 12 aprel 2022-ci il tarixində keçirilən plenar iclasda səsvermə ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatı təsdiqlənmiş və Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlüyünə seçilmişdir.

    13 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilmişdir.

    Üzvlükləri

    • 2015 – 2018-ci illərdə "PAŞA Bank Gürcüstan" ASC-nin Müşahidə şurasının üzvü olmuşdur
    • 2015–2019 illərdə isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar şurasının üzvü və vitse-prezidenti olmuşdur.
    • 2015–2019-cu illərdə "PAŞA Yatırım Bankası" A.Ş.-də Direktorlar şurasının üzvü olmuşdur.
    • 2019-cu ildən etibarən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) Direktorlar şurasının üzvüdür.
    • 2022-ci il aprel ayının 13-dən Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvüdür.

    Təltifləri

    • Taleh Kazımov 2019-cu ildə "EMEA Finance" tərəfindən Şərqi Avropa və post-sovet ölkələri üzrə "Ən yaxşı baş icraçı direktor (The Best CEO)" mükafatı ilə təltif olunub.

    Şəxsi həyatı

    Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindədir və yazıçı Tahir Kazımovun oğludur.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Taleh Kazımov haqqında məlumat. Taleh Kazımov nədir? Taleh Kazımov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Britlər

    • Fevral 27, 2026

      Tarui xəstəliyi

    • Fevral 27, 2026

      Annuitet

    • Fevral 27, 2026

      Holmium

    • Mart 01, 2026

      Qurgen Antonyan

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 28, 2026

      Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst