Talat Tunçalp (1 oktyabr 1915 — 2 yanvar 2017) — Türkiyəli keçmiş peşəkar velosiped yarışçısı. Tunçalp 1910-cu illərin ortalarında Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Lakin bəzi mənbələrdə onun doğum ili fərqli olaraq, 1915, 1917 və 1919 kimi qeyd olunur.
| Talat Tunçalp | |
|---|---|
| türk. Talat Tunçalp | |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | İstanbul, Türkiyə |
| Vəfat tarixi | |
| Vəfat yeri | |
| Vətəndaşlığı | |
| İntizam | Yürüşçü |
| Rolu | Yarışçı |
| Karyerası | |
| Yenilənib | 2 yanvar 2017 |
O, bir müddətdən sonra velosiped aldı və 1932-ci ildə özünün ilk sprint yarışlarında qələbə qazandı. 1933-cü ildən 1949-cu ilə qədər Tunçalp 16 dəfə yol yürüşü yarışlarında və 15 dəfə sprint yarışlarında Türkiyə Milli Çempionu olmuşdur. O, Berlində keçirilən 1936 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. O, fərdi yol yürüşü yarışında səkkizinci yeri tutdu. Komanda yarışında onun komandası medallar uğrunda mübarizə apara bilmədi. Tunçalp 1948 Yay Olimpiya Oyunlarında da iştirak etmişdir. Lakin fərdi yol yürüşü yarışını sona qədər başa vura bilmədi. but did not finish the individual race.
1949-cu ildə fəal idmançı karyerasını başa vurduğunu açıqladı. 1950-ci ildə isə Türkiyə Velosiped İdmanı Federasiyasının prezidenti seçildi. 1968-ci ildə tutduğu vəzifədən istefa verdi. Bundan sonra isə o, Presidential Cycling Tour of Turkey velosiped turnirinin təşkil edilmədində yaxından kömək oldu. 14 yanvar 2014-cü ildə Halet Çambel vəfat etdikdən sonra bildirildi ki, Tunçalp ən yaşlı və hələ də yaşayan türk olimpiyaçısıdır. Tunçalp 1 yanvar 2017-ci ildə 101 yaşında vəfat etmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, talat tunçalp sözünün mənası, talat tunçalp haqqında məlumat. talat tunçalp nədir? talat tunçalp nə deməkdir?