Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lev Semyonoviç Berq (2 (14) mart 1876, Bəndər, Bessarabiya quberniyası[d] – 24 dekabr 1950[…]) — rus coğrafiyaşünası.

Lev Berq

  • Ana Səhifə
  • Vikipediya
  • Lev Berq

Lev Semyonoviç Berq (2 (14) mart 1876, Bəndər, Bessarabiya quberniyası[d] – 24 dekabr 1950[…]) — rus coğrafiyaşünası.

Lev Berq
rus. Лев Семёнович Берг
Doğum tarixi 2 (14) mart 1876(1876-03-14)
Doğum yeri
  • Bəndər, Bessarabiya quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 24 dekabr 1950(1950-12-24)[…] (74 yaşında)
Dəfn yeri
  • Literatorski mostki[d]
Elm sahələri İxtiologiya, Evolyusionizm, coğrafiya, bioloji təsnifat
Elmi dərəcəsi
  • biologiya elmləri doktoru (1934)
Elmi adı
  • SSRİ Elmlər Akademiyasının akademiki[d]
İş yerləri
  • Sankt-Peterburq İmperator Universiteti[d],
  • Rusiya Coğrafiya Cəmiyyəti (1940–1950)
Təhsili
  • Moskva İmperator Universiteti[d] (–1898),
  • Moskva Dövlət Universiteti (–1898)
Elmi rəhbəri Vasili Dokuçayev
Üzvlüyü
  • Rusiya Elmlər Akademiyası (1928–1946),
  • Rusiya Elmlər Akademiyası (1946),
  • Rusiya Coğrafiya Cəmiyyəti (1940–1950)
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Leninqradın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
1-ci dərəcəli "Stalin" mükafatı — 1951 RSFSR əməkdar elm xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

L. N. Berq 1876-cı ildə Moldoviyanın Bender şəhərində anadan olmuşdur. O, Kişinyovda gimnaziyanı qızıl medalla bitirmiş, 1894-cü ildə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət bölməsinə daxil olmuşdur. Ixtiologiya (balıqları öyrənən sahə) sahəsilə xüsusi maraqlanan Berq 1898-ci ildə universiteti bitirərək Qərbi Sibir göllərini öyrənməyi yola düşür. Özündən əvvəlki tədqiqatçılardan fərqli olaraq Sibir göllərinin səviyyəsinin qalxdığını müəyyən edib. Hərtərəfli biliyə malik olmasını nəzərə alaraq Berq haqqında müəllimi belə yazır: "Bütün bunları öyrənməyi və ciddi fikirləşməyi o nə vaxt çatdırırdı."

Görkəmli alim göllərin öyrənilməsində xüsusilə maraqlı olmuşdur. Universiteti qurtarmaqla o, bir neçə il ərzində Aral dənizini, səhraların relyefini, İssık-Kul, Balxaş, Qərbi Sibir göllərini öyrənmişdir. Yazılmış əsərlər içərisində "Aral dənizi" kitabı xüsusi elmi əhəmiyyətə malikdir. Ilk dəfə olaraq Berq bu gölün müxtəlif dərinliklərində temperaturu öyrənmiş, axın istiqamətini, tərkibini müəyyən etmişdir. Ilk dəfə olaraq Aral gölündə müəyyən etdiyi duran dalğaları müəyyən etmiş və onu magistr dissertasiya müdafiəsinə təqdim etmişdir. Dmitri Nikolayeviç Anuçinin təklifi ilə Berqə coğrafiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.

Berq V. V. Dokuçayevin təbii zonalar haqqında təlimini təkmilləşdirərək "Sovet Ittifaqının coğrafi zonaları" və "SSRInin təbiəti" kitablarını yazmışdır. Berqə görə coğrafiyanın əsas öyrənmə obyekti təbii landşaftdır. Coğrafiya təbii landşaftlar arasında təbii sərhədləri müəyyən etməklə onlarıq inkişaf xüsusiyyətlərini və qarşılıqlı təsir nəticəsində formalaşmasını öyrənir. Yer kürəsinin düzənlik sahələri Berqə görə aşağıdakı landşaft zonalarına bölünür: tundra, mülayim qurşağın meşə zonası, meşə-çöl, çöl, Aralıq dənizi zonası, yarımsəhra, mülayim qurşağın səhra zonası, subtropik meşələr zonası, tropik zonanın səhraları, tropik zonanın çölləri, tropik zonanın meşə-çöl zonası (savanna), rütubətli meşələr zonası. Landşaftın təsvirini verməklə yanaşı Berq hər bir coğrafi zonanın iqlimi, relyefi, torpaq-bitki örtüyü, heyvanat aləminin də coğrafi zonallıq üzrə paylanması qanunauyğunluqlarını izah etmişdir.

Görkəmli alim və tədqiqatçının "Iqlimşunaslığın əsasları", "Iqlim və həyat" adlı əsərləri daha böyük elmi əhəmiyyətə Mali kdirlər. O, yer kürəsini iqlim zonalarına və vilayətlərə bölməklə iqlimin getdikcə dəyişməsi fikrini irəli sürür, başqa alimlərdən fərqli olaraq Orta və Mərkəzi Asiyada quraqlaşma prosesisinin getməməsinin izahını verir. Berqin bir sıra işləri Orta Asiyaya həsr olunmaqla buranın iqlimi, torpaq örtüyü, qumlu-gilli-şorakətli-daşlı səhraları səciyyələndirilmişdir. O, işlərinin böyük bir hissəsini coğrafiyanın tarixinə həsr etmiş, tarixi sənədləri öyrənməklə Berinq boğazının ilk tədqiqatçıları haqqında, Berinqin ekspedisiyası, Kamçatkanın aşkar edilməsi, Yakutiyanın (Saxa), Türkmənistanın öyrənilməsinə aid əsərlər yaratmışlar. Əsər lərin bir hissəsi isə N. M. Prjevalski, Mikluxo-Maklay, D. N. Anuçinə hər olunmuşdur. "Ümumittifaq coğrafiya cəmiyyəti 100 ildə" kitabında isə coğrafiyaçıların nailiyyətləri öz əksini tapmışdır. Ölümündən bir qədər əvvəl uşaqlar üçün "Böyük rus səyyahları" əsərini yazmaqla gənclər arasında böyük hörmət qazanmı şdır.

"Müəyyən ölkələrin və SSRI-nin şirin sularının balıqları", "Qazıntı halında və hazırda yaşayan balıqlar sistemi" fundamental əsərlərinə görə Berq biologiya elmləri doktoru adına layiq görülmüşdür. 1940-cı ildə Berq Ümumittifaq coğrafiya cəmiyyətinin üzvü seçilir. 1946-cı ildə isə coğrafiya və biologiya sahəsində gördüyü elmi-tədiqat işləri, yaratdığı fundamental əsərlərə görə akademik adına layiq görülür. Coğrafiya və coğrafiyanın tarixi, iqlimşünaslıq, geologiya və zoologiya sahəsində gələcək nəsillərə böyük töhfələr verən Lev Semyonoviç Berq 1950-ci ildə Leninqradda (Peterburqda) vəfat etmişdir.

Əsərləri

  • 1905. Рыбы Туркестана. Изв. Турк. отд. РГО, т. 4. 16 + 261 с.
  • 1908. Аральское море: Опыт физико-географической монографии. Изв. Турк. отд. РГО, т. 5. вып. 9. 24 + 580 с.
  • 1912. Рыбы (Marsipobranchii и Pisces). Фауна России и сопредельных стран. Т. 3, вып. 1. СПб. 336 с.
  • 1914. Рыбы (Marsipobranchii и Pisces). Фауна России и сопредельных стран. Т. 3, вып. 2. Пг. С. 337–704.
  • 1916. Рыбы пресных вод Российской империи. М. 28 + 563 с.
  • 1922. Климат и жизнь. М. 196 с.
  • 1922. Номогенез, или Эволюция на основе закономерностей. Пг. 306 с.
  • 1931. Ландшафтно-географические зоны СССР. М.—Л. Ч. 1. 401 с.
  • 1940. "Система рыбообразных и рыб, ныне живущих и ископаемых". В кн. Тр. Зоол. ин-та АН ССР, т. 5, вып. 2. С. 85–517.
  • 1977. (посмертно). Труды по теории эволюции, 1922–1930. Л. 387 с.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, lev berq sözünün mənası, lev berq haqqında məlumat. lev berq nədir? lev berq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Tək vena

  • Mart 01, 2026

    Henrik Artstovski

  • Mart 01, 2026

    Maadi

  • Fevral 27, 2026

    Açıq sistem

  • Mart 02, 2026

    Şəbəkə gərginliyi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst