Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Nəsr Tacəddin Əbdülvəhhab ibn Əli ibn Əbdilkafi əs-Subki (ərəb. تاج الدين السبكي‎; fevral 1327, Qahirə – 1 yanvar 1370, Dəməşq) — Şafii fəqihi və bioqraf. S

Tacəddin əs-Subki

  • Ana Səhifə
  • Vikipediya
  • Tacəddin əs-Subki

Əbu Nəsr Tacəddin Əbdülvəhhab ibn Əli ibn Əbdilkafi əs-Subki (ərəb. تاج الدين السبكي‎; fevral 1327, Qahirə – 1 yanvar 1370, Dəməşq) — Şafii fəqihi və bioqraf. Subkiyyə nəslinə (ərəb. البیت السبكیة‎) mənsub olduğu üçün əs-Subki nisbəsi ilə məşhurlaşmışdır.

Tacəddin əs-Subki
ərəb. تاج الدين السبكي‎
Doğum tarixi fevral 1327(1327-02)
Doğum yeri
  • Qahirə, Məmlük dövləti, Misir
Vəfat tarixi 1 yanvar 1370(1370-01-01) (42 yaşında)
Vəfat yeri
  • Dəməşq
Atası Təqiyyəddin əs-Subki
Elm sahəsi fiqh
Tanınmış yetirməsi Firuzabadi

Mündəricat

Bioqrafiyası

Hicri 727-ci (1327) ildə Qahirədə dünyaya gəlib. Ona İbnüs-Subki də deyiblər. İlk təhsilini atası Təqiyyəddin əs-Subkidən alıb. Kiçik yaşlarında Quranı əzbərləyib. Şam qazıl-qudatı təyin edilən atası ilə birlikdə hicri 739-cu (1338) ildə Dəməşqə köçüb. Burada bir çox alimlərdən dərslər alıb: Zəhəbi, Yusif ibn Əbdürrəhman əl-Mizzi, Şəmsəddin İbnün-Naqib, Şəhabəddin İbnül-Kəyyal, Zeynəddin İbn Teymiyyə, Əbu Həyyan əl-Əndəlüsi, İbn Nübatə əl-Misri, Bədrəddin ibn Cəməa və İbn Seyyidün-Nəs bunlardan bəziləridir. İstedadı və səyi nəticəsində 18 yaşında fətva vermək hüququ əldə edib.

Əziziyyə, əl-Adiliyyətül-kübra, Qəzzaliyyə, Əzraviyyə, əş-Şamiyyətül-Bərraniyyə, əş-Şamiyyətül-Cəvvaniyyə, Nasiriyyə, Əminiyyə və Əşrəfiyyə Darül-hədisi kimi Dəməşq mədrəsələrinin bir çoxunda dərs deyən Subki, Qahirədə İmam Şafii məscidi, Şeyxuniyyə mədrəsəsi və İbn Tolun məscidi kimi qurumlarda müəllimlik edib. Firuzabadi, Şəhabəddin ibn Hicci, İbn Sənəd (Məhəmməd ibn Musa) əl-Ləhmi, Nəsirəddin ibn Əşair əl-Hələbi və İmran ibn İdris əl-Kinani onun tələbələrindəndir.

Əs-Subki, hicri 754-cü (1353) ildə Şam naibi Əmir Əlaədin Əli ibn Əli əl-Mardininin xüsusi katibi təyin edilir. 756-cı ilin Rəbiül-əvvəl ayının sonları isə qazı naibi təyin olunur və ölümünə kimi bu vəzifədə qalır. O, Zilhiccənin 7-si 771-ci (2 iyul 1370 və ya 1 yanvar 1370) ildə Dəməşqdə vəbadan vəfat edir və Qasiyundakı Subkilər türbəsində dəfn edilir.

Əsərləri

Qələmə aldığı əsərlərdən bəziləri bunlardır: Cəmul-Cəvami fi Üsulil-Fiqh, Rəful-Həcib ən Müxtəsəri-İbnil-Həcib, əl-Əşbah vən-Nəzair, Muidün-Niam və Mübidün-Nikam, Təbəqatüş-Şafiiyyətil-Kübra və s.

İsitinadlar

  1. Deutsche Nationalbibliothek Record #118867989 // Gemeinsame Normdatei (alm.). 2012—2016.
  2. . TDV İslam Ansiklopedisi. Archived from the original on 23 iyun 2025. İstifadə tarixi: 9 iyun 2025.
  3. Tâcüddîn es-Sübkî'nin Hayatı, İlmî Şahsiyeti ve Eserleri (türk). 9 iyun 2025 tarixində . İstifadə tarixi: 9 iyun 2025.
  4. . Türkiye Yazma Eserler Kurumu Başkanlığı. Archived from the original on 21 may 2025. İstifadə tarixi: 9 iyun 2025.

Həmçinin bax

  • Təqiyyəddin əs-Subki

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tacəddin əs-Subki haqqında məlumat. Tacəddin əs-Subki nədir? Tacəddin əs-Subki nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xok

  • Fevral 27, 2026

    Ferromaye

  • Fevral 27, 2026

    Naycel Hotorn

  • Fevral 27, 2026

    Corymbioideae

  • Fevral 24, 2026

    I Artaşes

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst