Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Taşköprüzadə Əhməd Əfəndi (ərəb. طاشكبري زاده‎; 2 dekabr 1495, Bursa – 16 aprel 1561, Fatih, İstanbul) — "Əş-Şəqaiqun-Numaniyyə" və "Miftəhus-səadə" adlı əsərlə

Taşköprüzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Taşköprüzadə

Taşköprüzadə Əhməd Əfəndi (ərəb. طاشكبري زاده‎; 2 dekabr 1495, Bursa – 16 aprel 1561, Fatih, İstanbul) — "Əş-Şəqaiqun-Numaniyyə" və "Miftəhus-səadə" adlı əsərləri ilə tanınan Osmanlı alimi. O, Əbu Mənsur əl-Maturidini Sünni kəlam məktəbinin banisi olaraq göstərmişdir.

Taşköprüzadə
ərəb. طاشكبري زاده‎
Taşköprüzadənin "əl-Məalim fi ilmil-kəlam" adlı əsərinin ilk səhifələri.
Taşköprüzadənin "əl-Məalim fi ilmil-kəlam" adlı əsərinin ilk səhifələri.
Doğum tarixi 2 dekabr 1495(1495-12-02)
Doğum yeri Bursa, Osmanlı dövləti
Vəfat tarixi 16 aprel 1561(1561-04-16) (65 yaşında)
Vəfat yeri İstanbul, Osmanlı dövləti
Elm sahələri kəlam, fiqh, təfsir, məntiq, bioqrafiya, tarix

Bioqrafiyası

2 dekabr 1495-ci ildə Bursada dünyaya gəlib. Məşhur Taşköprüzadələr nəslinə mənsubdur. Quranı əzbərləyir və mədrəsə təhsili alır. Şeyxzadə Muhyiddin Mehmed Kocevi, Mahmud ibn Qazızadəi-Rumi, Məhəmməd ət-Tunisi kimi alimlərdən dərs alır və təhsilini bitirir. Oruc Paşa mədrəsəsində müdərris işləyir. 1545-ci ildə Bursa, 1551-ci ildə isə İstanbul qazısı təyin olunur. 16 aprel 1561-ci ildə İstanbulda vəfat edir.

Əsərləri

Taşköprüzadə kəlam, fiqh, təfsir, əxlaq, məntiq, bioqrafiya, Ərəb dili və ədəbiyatı, elmlər tarixi, tibb kimi müxtəlif sahələrdə 30-a yaxın kitab və risalələr qələmə almış və bu əsərlərini ərəbcə yazmışdır. Qələmə aldığı əsərlərdən bəziləri bunlardır:

  • Miftəhus-səadə və misbəhus-siyadə fi məvzuatil-ulum. Elmlər tarixi ilə bağlı biobiblioqrafik və ensiklopedik əsər olub, oğlu Kəmaləddin Mehmed Əfəndi tərəfindən "Məvzuatul-ulum" adı altında türk dilinə tərcümə edilmişdir (I–II, İstanbul 1895).
  • əş-Şəqaiqun-Numaniyyə fi uləmaid-dəvlətil-Osmaniyyə. Əhməd Subhi Furat və Məcdi Mehmed tərəfindən əsərə qeydlər şəklində əlavələr edilmiş və əsər 1985-ci ildə İstanbulda nəşr edilmişdir.
  • Nəvadirul-əxbər fi mənaqibil-əxyar.
  • əl-Məalim fi ilmil-kəlam. Qazı Bəyzavinin "Tavəliul-ənvar"ındaki sistemə uyğun olaraq qələmə alınmışdır.
  • Risalə fil-qəza vəl-qədər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Taşköprüzadə haqqında məlumat. Taşköprüzadə nədir? Taşköprüzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Toni Bleyr

  • Fevral 27, 2026

    Kərəc şəhristanı

  • Fevral 27, 2026

    Çarskoye selo

  • Fevral 27, 2026

    Linum

  • Fevral 27, 2026

    Cakomo Kazanova

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst