Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tağıyev: Neft — Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən bədii film. 2025-ci ildə Azərbaycanın "Ən yaxşı beynəlxalq bədii film" k

Tağıyev: Neft

  • Ana Səhifə
  • Vikipediya
  • Tağıyev: Neft

Tağıyev: Neft — Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən bədii film. 2025-ci ildə Azərbaycanın "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyasında 98-ci Kino Akademiyasının "Oskar" mükafatına namizəd təqdim edilib.

Tağıyev: Neft
Janr tarixi
Rejissor Zaur Qasımlı
Prodüserlər Arzu Əliyeva, Orman Əliyev
Ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı
Operator Vladimir Artemyev
Bəstəkar Etibar Əsədli
Rəssam Səbuhi Atababayev
Geyim rəssamı Vüsal Rəhim
Montajçı Rəhimov Əsgər
İlk baxış tarixi 2024
Filmin növü tetralogiya
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2024
IMDb ID34740878

Mündəricat

Məzmun

Filmdə XIX əsrin sonları və XX əsrin əvvəllərində Bakı şəhəri və Azərbaycanın müxtəlif regionlarında baş vermiş mühüm tarixi hadisələrə toxunulmuşdur. Azərbaycan tarixinin bu dövrünün öyrənilməsi və milli dəyərlərin təbliği baxımından əhəmiyyət kəsb edən bu dörd seriyalı ekran əsərinin 2024-cü ildə təqdim edilməsinə səbəb xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəfatının 100 illiyinin qeyd olunmasıdır. Film Hacı Zeynalabdin Tağıyevin həyatının müxtəlif dövrlərini əhatə edir. Bakıda başmaqçı ailəsində dünyaya gələn Tağıyev sonralar bir milyonçu kimi Azərbaycan xalqına böyük xidmətlər göstərmişdir. Ekran əsərində onun həyatında baş verən çətinliklər, verdiyi qərarlar, insanlara göstərdiyi dəstək, eləcə də təhsil sahəsində atdığı addımlar geniş şəkildə təsvir olunur. Bu film vasitəsilə izləyicilər Tağıyevin yaşadığı dövrün sosial-iqtisadi və mədəni mənzərəsi ilə də tanış olmaq imkanı əldə edirlər.

Ekran əsərində Hacı Zeynalabdin Tağıyevin müsəlman Şərqində qızların təhsili üçün ilk xüsusi məktəbin təsis edilməsindəki rolu, Azərbaycanda neft sənayesinin inkişafına və Bakı şəhərinin infrastrukturunun formalaşmasına verdiyi töhfələr diqqət mərkəzindədir. Film Hacı Zeynalabdin Tağıyevin fəaliyyətini daha dərindən araşdırmaq və onun Azərbaycan tarixində oynadığı rolu təbliğ etmək məqsədi daşıyır.

Film haqqında

Filmin çəkilişləri miqyasına görə Azərbaycan kinematoqrafiyası tarixində mühüm hadisə kimi qiymətləndirilir. Ekran əsəri 76 fərqli məkanda çəkilmiş və kütləvi səhnələrdə 2500-dən çox yaradıcı şəxs iştirak etmişdir. Tarixi səhnələrin realistik şəkildə təqdim edilməsi məqsədilə 300-dən artıq dekorasiya hazırlanmışdır. Hacı Zeynalabdin Tağıyevin yaşadığı dövrün ətraflı təsvirini təmin etmək üçün xüsusi geyim emalatxanası yaradılmış, çox sayda geyim, aksesuar, zərgərlik nümunəsi və xüsusi rekvizitlər hazırlanmışdır. Ümumilikdə Tağıyev tetrologiyası 136 gün, 8 ay ərzində çəkilmişdir. Post-production dövrü 2 il çəkmişdir. Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.

Film heyəti

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, montaj rejissoru Rəhimov Əsgər, bəstəkarı isə Etibar Əsədlidir. Filmdə tarixi personajları tanınmış aktyorlar canlandırmışdır. Baş rolda, Hacı Zeynalabdin Tağıyevi xalq artisti Pərviz Məmmədrzayev oynayır. Digər tarixi obrazları xalq artisti Qurban İsmayılov, Məmməd Səfa, əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natavan Hacıyeva ilə yanaşı geniş peşəkar aktyor heyəti canlandırmışdır. Bu yaradıcı kollektivin iştirakı filmin yüksək sənətkarlıq səviyyəsinə və tarixi realizmə əsaslanmasına əhəmiyyətli töhfə vermişdir.

Plagiat iddiası

Filmin 2007-ci ilə aid "There Will Be Blood" filmindən təsirləndiyi iddia edilib. Rejissor Zaur Qasımlı plagiat iddialarını qəbul etməsə də, təsirin normal olduğunu bildirib.

Həmçinin bax

  • Tağıyev: Çar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tağıyev: neft sözünün mənası, tağıyev: neft haqqında məlumat. tağıyev: neft nədir? tağıyev: neft nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lui Armstronq

  • Fevral 26, 2026

    Beyləqan

  • Fevral 27, 2026

    Planer

  • Fevral 27, 2026

    Cuniçi Koçi

  • Fevral 28, 2026

    Sarıyaqub

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst