Təklə — Azərbaycan Respublikasının Masallı rayonunun Təklə kənd inzibati ərazi dairəsində kənd.
| Təklə | |
|---|---|
| 39°07′41″ şm. e. 48°40′08″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Təklə | |
Əhalisi
Əhalisi 1779 nəfərdir.
Toponimikası
Təklə kəndi Lənkəran ovalığındadır. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı ildə Təklə Mirzəbaba I Təhmasibin (1524–1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s.
Din
Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, təklə (masallı) sözünün mənası, təklə (masallı) haqqında məlumat. təklə (masallı) nədir? təklə (masallı) nə deməkdir?
