Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Stoletov Aleksandr Qriqoryeviç (rus. Алекса́ндр Григо́рьевич Столе́тов; 10 avqust, 1839 – 27 may, 1896) — rus fiziki.

Aleksandr Stoletov

  • Ana Səhifə
  • Vikipediya
  • Aleksandr Stoletov

Stoletov Aleksandr Qriqoryeviç (rus. Алекса́ндр Григо́рьевич Столе́тов; 10 avqust, 1839 – 27 may, 1896) — rus fiziki.

Aleksandr Stoletov
Doğum tarixi 29 iyul (10 avqust) 1839(1839-08-10) və ya 10 avqust 1839(1839-08-10)
Doğum yeri
  • Vladimir, Vladimir quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 16 (28) may 1896(1896-05-28) (56 yaşında), 15 (27) may 1896(1896-05-27) (56 yaşında) və ya 27 may 1896(1896-05-27) (56 yaşında)
Vəfat yeri
  • Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası
Vəfat səbəbi ağciyər iltihabı
Elm sahələri fizika, elektromaqnetizm[d], Ferromaqnetizm, molekulyar fizika
İş yeri
  • Moskva İmperator Universiteti[d] (1866)
Təhsili
  • Moskva İmperator Universitetinin Fizika və Riyaziyyat fakültəsi[d] (–1860)
Mükafatları 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Rus fiziki A.Q.Stoletov 1839-cu ildə Vladimir şəhərində anadan olub. Onun anası savadlı qadın olmuşdur. Ona görə o, ilk təhsilini ailədə almış və uşaq ikən fransız, alman və ingilis dillərini öyrənmişdir.

Gimnaziyada oxuduğu son illərdə fizika və riyaziyyat onun ən sevimli fənləri olub. O, məktəbdə dərslərini sinifdə diqqət verməklə öyrənərmiş, evdə isə fizikaya aid cihazlar düzəldib təcrübələr apararmış. O, fizik olmağı qarşısına məqsəd qoyur. Orta təhsilini qızıl medalla tamamlayan Stoletov 1856-cı ildə Moskva universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Burada oxuyarkən ona görkəmli alimlər dərs demişdir: tətbiqi riyaziyyatı N.D.Braşman, tərbiyəsi ilə P.L.Çebışev, astronomiyanı F.A.Bredixin, ali riyaziyyatı N.E.Zernov, fizikanı isə görkəmli alim M.F. Spasskiy tədris etmişdir. Stoletov 1860-cı ildə universiteti bitirir və yaxşı oxuduğundan universitetdə saxlanılır. İki il işlədikdən sonra təhsilini davam etdirmək üçün Almaniyaya gedir və orada məşhur fiziklərlə (Maqnus, Veber, Helmholts) görüşür və vaxtının çox hissəsini Qeydelberqdə Kirxhovla işləyir. Ezamiyyətdən qayıtdıqdan sonra Stoletov 1866-cı ildən Moskva universitetində müəllim işləməyə başlayıb riyazi fizikadan mühazirə oxuyur. Öz elmi işi üzərində inadla işləməsi sayəsində o, 1869-cu ildə dissertasiya müdafiə edir.

İki il işlədikdən sonra Stoletov aydın hiss edir ki, Rusiyada fizika elmini inkişaf etdirmək və gənc fiziklərə rəhbərlik etmək üçün laboratoriya lazımdır. Ona görə də Stoletov laboratoriya təşkil etmək fikrinə düşür.

Stoletov ikinci dəfə Qeydelberqə öz müəllimi Kirxhovun yanına gedib laboratoriyasında tədqiqat aparmağa icazə verilməsini xahiş edir. 1871-ci il may ayından Kirxhovun laboratoriyasında tədqiqatlar aparıb öz elmi işini tamamlayır və hazır eksperiment materialı ilə Moskvaya qayıdır. Həmin materiallar əsasında Stoletov 1872-ci ildə «Yumşaq dəmirin maqnitləşmə funksiyası haqqında tədqiqatlar» mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bundan sonra o, Moskva universitetinə professor təsdiq olunur, yaxşı fizika laboratoriyası təşkil edir və rus fiziklər məktəbinin əsasını qoyur. O, laboratoriyasının qapısını gənc fiziklərin üzünə geniş açdığına görə Rusiyanın çox şəhərlərindən onun yanına oxumağa gəlirlər.

Stoletovun elmi işləri elektromaqnetizm, optika, molekulyar fizika və s. aid olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksandr Stoletov haqqında məlumat. Aleksandr Stoletov nədir? Aleksandr Stoletov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Status

  • Fevral 24, 2026

    Yupiter (planet)

  • Fevral 27, 2026

    Albaniya (satraplıq)

  • Fevral 27, 2026

    Fastfud

  • Fevral 27, 2026

    Panakeya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst