Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tırınqı — xalq nəğməsi. El-oba arasında qürbət nəğmələri kimi tanınıb. Quruluşca qoşmalara oxşasa da, onlardan xeyli fərqlənir, əsasən qəmli aşıq havaları üstə

Tırınqı

  • Ana Səhifə
  • Vikipediya
  • Tırınqı

Tırınqı — xalq nəğməsi. El-oba arasında qürbət nəğmələri kimi tanınıb. Quruluşca qoşmalara oxşasa da, onlardan xeyli fərqlənir, əsasən qəmli aşıq havaları üstə oxunur.

Xalq yaradıcılığı

Ağbaba musiqi folklorunda geniş yayılmış musiqi janrlarından biri tırınqılardır. Tırınqı mətn quruluşlarının təhlilləri onu göstərir ki, tırınqılar əsasən xalq mahnılarının formalaşıb inkişaf etməsində xüsusi rol oynamışdır. Bu şeir janrı əsasında olan nəğmələr (tırınqılar əvvəllər musiqisiz olub, hər-hansısa qaba vura-vura oxunulurmuş. Tırınqılar mərasim nəğmələri olub əsasən toy-düyünlərdə ifa olunardı. Tırınqılar toy-düyünlərdə oxunduğu üçün onun əsas bəndindən sonra gələn iki misralı nanayı əksər hallarda toya yığışmış kütlə xor şəklində oxuyardı. Ucqar kəndlərdə isə həmin nanayı bir və ya bir neçə adam oxumaqla məclisi yola verərdilər.

Tırınqılar əsasən kənd əhalisinin kompakt yaşadığı ərazilərdə geniş yayılmışdır. Onlar adətən toylarda, məişət mərasimlərində, uzun sürən payız və qış gecələrində keçirilən məclislərdə ifa edilərdi. Azərbaycanın qərb ərazilərində (əsasən İrəvan, Qafan, Ağbaba, Çıldır-Qars, Qarakilsə, Dərələyəz ərazilərində) yayşayan peşəsi əkinçi və maldarlıq olan əhali arasında bu musiqi folkloru nümunələrinin geniş yayılması qeydə alınmışdır. Folklorşünas alimlər tırınqıların mətnlərini tədqiqata cəlb etsə də musiqişünaslarımız bu unikal folklor nümunələrini musiqişünaslıq baxımından araşdırmamışlar. P.Əfəndiyev, İ.Abbaslı, A.Nəbiyev, M.Allahmanlı, R. Rüstəmzadə, S.Paşayev, Ağbabalı İskəndər, A.Bayramov, Tacir Qurbanov və b. bu janrların folklorumuzda xüsusi əhəmiyyət kəsb etməsini qeyd edir....

Tırınqıların ifa üslubu formaca xalq mahnılarının ifa formasına daha yaxın olub onların melo-poetik strukturunun formalaşmasına öz müsbət təsirini göstərmişdirr.

Mündəricat

Etimologiyası

Tırınqı sözünün etimologiyası bu nəğmələr oxunarkən tənəkə əşyalara vurulan ritmik zərbələrin çıxardığı səslə – "tırınq" səsinin təqlidi ilə bağlıdır. Başqa sözlə, "tırınq" səsinin yamsılanması yolu ilə yaranan tırınqı termini janrın adı kimi formalaşmışdır. "Tırınqı qoşmaq" ifadəsi də buradan əmələ gəlmişdir. Tırınqı məclisləri XX əsrin 30-cu illərinədək tez-tez keçirildiyindən tırınqı ustad aşıqların yaradıcılığında da özünə yer tapmışdı.

Məclislərdə daha istedadlı el şairlərinin qabiliyyəti ortaya çıxır və onlar ellikcə tırınqı ustası kimi qəbul olunurdu. Bölgədə Aşıq Nəsibin, Aşıq Əbdülün, el şairləri Yetim Tapdığın, Yetim Əsgərin və başqalarının gözəl tırınqılar qoşub oxuduqları məlumdur.

İrəvan yoluynan gələn bəzirgan,
Halımı gözümdən bilən bəzirgan,
Axan göz yaşımı silən bəzirgan,
O eldən-obadan varmı bir xəbər?

Bu tırınqınn müəllifi Yetim Tapdıqdır. Yetim Tapdıq 1885- ci ildə İrəvan şəhərinin Təpəbaşı məhəlləsində anadan olub. 1905- 1907-ci illlərdə baş vermiş erməni vəhşətindən dolayı Ağbaba bölgəsinin Xozu kəndinə köçmüşdü. El-oba arasında el şairi kimi tanınmışdır. Yetim Tapdığa yaşlılar söz ustası deyirmişlər. El şairinin indiyə qədər beş tırınqısı, bir aşıq rəvayəti çap edilmişdi.

İrəvan tırınqısı

Bir quşa dönəydim, uçaydım geri,
Bir də dolanaydım o doğma yeri.
İrəvan deyilən, bəridir, bəri,
Tanrı, özün yetir o yurda məni!

Tınqırıların kökünü qıdimlərə bağlayan digər tədqiqatçılar isə Altay şamançılığında ayinlər zamanı istifadə olunan dəflərin hər növü birlikdə “tünqür” adlanırdı . Şamanların ayinlərdə dəflərə endirilən zərblərlə pis ruhları qovub xeyirxah ruhları çağırmalarına görə də “tünqür”lə “tenqeri-duudax” arasındakı ruh əlaqəsi aydınlaşır. Buradan həm də tırınqıların ilk dövrlərdə hansı məqsəd üçün düzülüb-qoşulmasını əsaslandırmaq mümkün olar. Bəzi türk ləhcələrində sazın öklənməsinə “dınqıllatmaq” (Ağbaba) deyirdilər. Ağbaba-Şörəyel¬də “söyləməzlər” (Oxçoğlu) tayfası, musiqili yığıncaqlar qurmalarına görə, “dınqıra çalanlar” adlanırdı. Əgər şaman “tünqür”lə (dəflə, təbillə) ya pis ruhları qovur, ya da xeyirxah ruhları çağırırdısa, ozan-aşıq, muğamatçı da qopuz – sazla, tar – dəflə uyğun məqsəd güdürdü.

Təsnifatı

Ağbaba aşıq mühitinin inkişafında el şairlərinin yetişməsində tırınqıların əhəmiyyəti az deyildir. Ağbabalı İskəndər tırınqı ifaçılarını iki yerə ayırırdı: Tırınqı oxuyanlar və tırınqı deyənlər.

Tırınqı ustası olmaqdan ötrü hər bir adamda Tanrı payı olan sinədəftərlik, bir də gözəl səsolmalı idi. Bunlar bir yerdə olanda tırınqı ustası olmaq asandı.

Tədqiqatçı alim Tacir Qurbanov (Səmimi) yazır ki, tırınqı məclislərində həmişə ağsaqqallardan ibarət münsiflər heyəti olurdu. Onlar tırınqı oxuyanların səsinə, saz havaları üstündə sözləri düzgün oxumaqlarına və tırınqıların sözlərinin orijinallığına xüsusi fikir verirdilər. Münsiflər heyəti qabiliyyətli adamlardan tırınqı oxuyanlar və tırınqı deyənləri (tırınqı ustalarını) seçər və onlara məclis və yığıncaqlar keçirməyə icazə verərdilər.

Tırınqı deyənlərin bədahətən söz demək qabiliyyəti yoxdur. Onlar ancaq gözəl səslə saz havaları üstə tırınqı oxumağı bacarır, güclü yaddaşları, şirin danışıqları ilə adamlarda xoş əhval ruhiyyə oyadırdılar . Tırınqıların mətnlərinin məzmunu əsasən el-oba həsrəti, ayrılıq motivlərindən ibarət olduğu üçün onların musiqi dili minor tonallığı üstündə və ya "Segah" ladı əsasında qurulan musiqi fikirlərindən ibarətdir. Tırınqıların ifasını aşıq havalarından fərqləndirən cəhətlərdən biri onların ikincilər kimi kütləvi formada yayılmaması olmuşdur. Tırınqılar qeyri-peşəkar ifaçılar tərəfindən ifa edildiyi üçün regional çərçivədən kənara çıxmamış və həmin mühitin folklor musiqi janrı kimi xüsusi və fərdi əhəmiyyət kəsb etmişdir. Tırınqıların melodik dili ənənəvi aşıq musiqi üslubuna, intonasiyalarına xas formalarda təzahür edir. Bu da təsadüfi deyil. Çünki hər iki janr eyni mühitdə, eyni sosial şəraitdə və eyni folklor musiqi intonasiyaları, lad məkanı əsasında yaradılmışdır.Tırınqıların musiqi formasının bəzən klassik musiqi formalarına uyğun gəlməsi, bəzən də onlardan fərqlənməsi əsasən milli musiqi təfəkkür tərzindən və melodiyanın yaradılmasında ahəng qanunauyğunluğunun, milli lad-intonasiya xüsusiyyətlərinin özünü göstərməsindən irəli gəlir. Eyni zamanda bu proses tırınqıların mətni ilə bağlı olduğu üçün özünü daha çox milli musiqi ənənəsinin və poetik formanın təzahüründə tapır. Tırınqıların melodik dilinin lad-intonasiya çeşidləri aşıq havalarında olduğu kimi, əsasən "Segah", "Şur" muğamları üstündədir. Bu faktın özü də sübut edir ki, sadə xalq arasında adları çəkilən muğamların lad-intonasiyaları məişət havaları arasında geniş yayılmış və insanın həsrət, məhəbbətnduyğularını, vətənə bağlılıq hisslərini ifadə edən əsas səciyyəvi cəhətdir.

Ədəbiyyat

  • Qərbi Azərbaycan folklorunda məişət və mövsüm-mərasim mahnıları // «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər», XXVII,

Bakı: Nurlan, 2008, s.159-165.

  • Qərbi Azərbaycan folklorunda məişət, toy ənənələrində musiqidən

istifadə formaları // «Dədə Qorqud» Elmi-ədəbi toplu. I.Bakı: Nurlan, 2009, s. 141-149.

  • İsgəndər T. Türk epik ənənəsi və “Qeser” Dastanı. Bakı-2025
  • Роль древнего образца музыкального фольклора «Тырынги» в

формировании ашугских напевов // «Фольклор в контексте культуры». Материалы Всероссийской научной конференции. Махачкала, 2009, с.25-26.

  • Səmimi T. Üç müdrük. Bakı-2022. 268 səh.
  • Qərbi Azərbaycan folklorunun XVIII-XIX əsrlərinə aid lirik xalq

mahnıları // «Qobustan» jurnalı. Sənət toplusu. 2-2010, s.

  • Метроритмический построения Тырынгы и Нанаев // «Поиск»

научный журнал Министерства Образования и Науки Республики Казахстан. Алмата, №2 (1) 2012, с. 301-305

  • Tırınqı və nanayların musiqi forma xüsusiyyətləri // “Mədəniyyət

dünyası”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, №24, 2012, s.102-109

  • Xalq mahnılarının melo-poetik səciyyəsi (tırınqı və nanay janr materialları əsasında) // “Qobustan” jurnalı. Sənət toplusu, 1, 2013, s.85-

88

  • Azərbaycan musiqi folklorunda Tırınqı və Nanayların oxşar və

fərqli cəhətləri. / Докторантларын вя эянж тядгигатчыларын ХVIII республика елми конфрансынын материаллары. Бакы.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tırınqı sözünün mənası, tırınqı haqqında məlumat. tırınqı nədir? tırınqı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Konsulyar tribun

  • Mart 06, 2026

    Seçki məntəqəsi

  • Mart 06, 2026

    Qeysər kəsiyi

  • Fevral 27, 2026

    Gülüstan məlikliyi

  • Mart 06, 2026

    Qrafenvör

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst