Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sərbəst şeir, Səpkili şeir və ya Verlibr (fr. vers libre) — sərt qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən (heca sayının sabitliyi - izosil

Sərbəst vəzn

  • Ana Səhifə
  • Vikipediya
  • Sərbəst vəzn

Sərbəst şeir, Səpkili şeir və ya Verlibr (fr. vers libre) — sərt qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən (heca sayının sabitliyi - izosillabizm, izotoniya və s.) azad olan şeir forması.

Sərbəst şeirdə misralardakı heca sayı, qafiyə quruluşu, bəndlərə ayrılma və s. baxımından sərbəstlik olur, sözlər misralara ahəngdar şəkildə səpələnə bilir. Bu xüsusiyyətlər sərbəst şeirdə forma məhdudiyyətlərini azaldır və fikri ifadə etmək imkanlarını genişləndirmişdir.

Mündəricat

Sərbəst şeirin yaranması və inkişafı

Sərbəst şeir adətən daha yeni və müasir şeir forması kimi qəbul olunur. Belə ki, bu şeir formasının XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa xalqlarında yarandığı və ilk dəfə Belçikada meydana çıxdığı qeyd olunur. Türk xalqları içərisində sərbəst şeir yazmış ilk şair kimi Nazim Hikmət, Azərbaycanda isə Mikayıl Rəfili qəbul olunur. XX əsr Azərbaycan şairlərinin əksəriyyəti (xüsusən Rəsul Rza, Əli Kərim və b.) öz yaradıcılıqlarında sərbəst şeirə yer vermişlər.

Sərbəst şeir yeni şeir forması kimi qəbul olunsa da, heca və əruz vəznləri formalaşana qədər mövcud olmuş şeir formalarının xüsusiyyətləri məhz müasir sərbəst şeir formasının xüsusiyyətlərini özündə daşımışdır. Məsələn, şifahi xalq şeirinin fərqli hecalı nümunələri, Dədə Qorqud və əski uyğur şeirləri (Maniçi poeziya, Manixey poeziyası), ərəb şeirinin “səc” forması və s. Yəni öncə məhz sərbəst şeir forması yaranmış, sonra tədricən sillabik vəzn, daha sonra isə vahid metro-ritmik quruluşlu vəzn – əruz formalaşmışdır.

Sərbəst şeirin növləri

Tədqiqatçı Şirvani Ədilli Azərbaycan poeziyasında mövcud olan sərbəst şeirlərin xüsusiyyətlərini nəzərə alaraq ilk dəfə bu şeir formasının 8 növünü müəyyən etmişdir:

  1. Eyni bölgülü qafiyəli sərbəst şeir;
  2. Fərqli bölgülü qafiyəli sərbəst şeir;
  3. Qismən bölgülü qafiyəli sərbəst şeir;
  4. Bölgüsüz qafiyəli sərbəst şeir (qafiyəli nəsr);
  5. Eyni bölgülü qafiyəsiz sərbəst şeir;
  6. Fərqli bölgülü qafiyəsiz sərbəst şeir;
  7. Qismən bölgülü qafiyəsiz sərbəst şeir;
  8. Bölgüsüz qafiyəsiz sərbəst şeir (mənsur şeir).

Həmçinin bax

  • Şeir

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sərbəst vəzn haqqında məlumat. Sərbəst vəzn nədir? Sərbəst vəzn nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Yalta konfransı

  • Fevral 27, 2026

    Keçiörən

  • Fevral 27, 2026

    Maqnit induksiyası

  • Fevral 27, 2026

    Həmşivəng monastırı

  • Fevral 27, 2026

    Bocnurd

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst