Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əli Kərim (tam adı: Kərimov Əli Paşa oğlu; 18 mart 1931, Göyçay – 29 iyun 1969, Bakı) — azərbaycanlı şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyi

Əli Kərim

  • Ana Səhifə
  • Vikipediya
  • Əli Kərim

Əli Kərim (tam adı: Kərimov Əli Paşa oğlu; 18 mart 1931, Göyçay – 29 iyun 1969, Bakı) — azərbaycanlı şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Əli Kərim
Əli Paşa oğlu Kərimov
Doğum adı Əli Kərimov
Doğum tarixi 18 mart 1931
Doğum yeri Göyçay, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 30 iyun 1969 (38 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Elza Kərimova
Uşaqları Paşa, Azər, Orxan
Təhsili Maksim Qorki adına Ədəbiyyat İnstitutu
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycan dili
www.eli-kerim.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Atası Paşa kişi fəhlə işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra "Azərbaycan" jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.

Yaradıcılığı

Əli Kərimin ömrü, öz şair sözü kimi, poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. İlk nəşr olunan əsəri 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində çıxmış "Təzə müəllim" şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında "İlk simfoniya" poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibətilə Moskvada rusca çıxan "İki sevgili" kitabı olmuşdur.

"İki sevgi" (1960), "Həmişə səfərdə" (1963), "Qızıl qanad" (1965), "Qaytar ana borcunu" (1970), "Uşaqlar və ulduzlar" (1971) "Səfərdən sonra" (1972), "Pillələr" (1978), "Gül və çörək" (1978), "Seçilmiş əsərləri" (I cild, 1974, II cild 1975), "Qayıt" (1983), "Pillələr" (1987), Seçilmiş əsərləri" (2 cilddə, 1991), "Mavi nəğmənin sahilində" (1991), "Neyləyim, şeirlə dərd söyləyirəm" (1999) və s. kitabları nəşr edilmişdir. Ona həsr edilmiş Feyzi Mustafayevin "Dinmə, ey kədər" (1986), Elza Kərimin "Nə xoşbəxt imişəm", Altay Məmmədovun "Tanıdığım Əli Kərim" xatirələr kitabları çapdan çıxmışdır. Şairin bədii yaradıcılığının tədqiqinə həsr edilmiş Cavanşir Yusiflinin "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi" (2005), "Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış" (2010), Sona Xəyalın "Əli Kərim" (2011) və b. monoqrafiya və məqalələrin adlarını çəkimək olar. Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görmüşdür. Əli Kərim 1969-cu ilin 30 iyununda Bakıda vəfat etmiş, Göyçayda dəfn edilmişdir. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınmışdır. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir. Əli Kərim ədəbiyyata özünə məxsus üslubu ilə gəlmiş, ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin diqqətini cəlb etmiş, özündən sonra gələn bir sıra şairlərə güclü təsir etmiş sənətkarlardandır. AMEA-nın Həqiqi üzvü, professor Tofiq Hacıyev onun yaradıcılığı barədə yazır: "Ə. Kərimin ömrü, öz şair sözü kimi poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətləndəndir. Mövzuların bir qismi yalnız onun özünə məxsusdur, yəni onları o görüb, o mənalandırıb: "Babəkin qolları"nda məşhur Babək bir yanda qalır, onun kəsilmiş – Babəki xalq qəhrəmanı edən qolları qəhrəman seçilir; "Heykəl və heykəlin qardaşı" poeması da həmin prinsiplə yazılmışdır – qəhrəmanın özü yox, hekəlidir. "Gül və çörək", "Sevirəm", "Bomba üstündə ev", "Çiçəklər iclasda" kimi şeirlərdə də vəziyyət eynidir, bu əsərlərdə mövzu orijinallığı ideya-məzmun orijinallığı ilə, poetik forma yenilikləri ilə uyğun gəlir.

Həyat faktlarına xüsusilə poetik yanaşma, onlar üçün xüsusi poetik mühit yaratmaq üsulu şairin irihəcmli əsərlərində – poemalarında da saxlanır. İdman mövzusunda yazdığı "Bir santimetr haqqında ballada" poemasında iradə ilə ətalətin mübarizəsi gözəl, şairanə ekrana çevrilir və bu ekranda şairliklə kommentatorluq çox təbii əlaqələndirilir. Əli Kərimdə oxucunu poetik mühitinə salmaq istedadı vardır: "İlk simfoniya" poemasını oxuyarkən əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənətini, ailə-məişət ziddiyyətlərini təbii lövhələrlə yaşayırsan, şair oxucunu musiqi salonundan çıxarıb, qəhrəmanının ardınca yollara, bağlara, parklara izlətdikcə qulaqlarında melodiya cingiltisi kəsilmir. "Heykəl və heykəlin qardaşı" poemasında müharibə səhnələri ilə sülh dövrünü təsərrüfat-quruculuq mənzəsinin poetik ritmləri sənətkarlıqla növbələşir, müxtəlif mövzular ustalıqla bütövləşir…"

Filmoqrafiya

Filmin adı İl Ssenari müəllifi Əsər müəllifi Quruluşçu rejissor Aktyor İştirakçı Haqqında Filmin növü
Daş 1977 ✅Y Qısametrajlı Cizgi Filmi
Sənət Sevincləri 2001 ✅Y Ədəbi-bədii proqram
Yeddi Duyum 2002 ✅Y Sənədli televiziya filmi
Son Nəfəs 2009 ✅Y Qısametrajlı sənədli televiziya filmi
Sənətkar Ömrü 2009 ✅Y Sənədli televiziya filmi
Gələcəyin şairi 2010 ✅Y Sənədli televiziya filmi
Əli Kərim 2013 ✅Y Qısametrajlı sənədli televiziya filmi
Yadigarlar(06.01.2015 tarixli veriliş) 2013 ✅Y Televiziya verilişi
Könül Dünyamız(01.11.2015 tarixli veriliş) 2015 ✅Y Televiziya verilişi
Könül Dünyamız(13.04.2019 tarixli veriliş) 2019 ✅Y Televiziya verilişi
Sətirlər(05.03.2020 tarixli veriliş) 2020 ✅Y Televiziya verilişi
Ovqat(17.01.2022 tarixli veriliş) 2022 ✅Y Televiziya verilişi

Şeirlərinə yazılmış mahnılar

  • Flora Kərimova — Nə Gəlməz Oldun — musiqi: Oqtay Kazımi
  • Yaqub Zurufçu — Yar Gəldi — musiqi: Adil Gəray
  • Vaqif Şixaliyev — Azərbaycanım Mənim — musiqi: Hacı Zirəddin Tağıyev
  • Ayşən Mehdiyeva — Azərbaycanım Mənim — musiqi: Adil Gəray
  • Azad Zamanov — Qayıt — musiqi: Sevil Rüstəmova
  • Flora Kərimova, Elxan Əhədzadə — Yar gəldi — musiqi: Elza Ibrahimova
  • Nə xoşbəxt imişəm — musiqi: Cavanşir Quliyev

Haqqında yazılanlar

Kitablar

Feyzi Mustafayev. "Dinmə, ey kədər" (PDF). Cavanşir Yusifli. "Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış". Cavanşir Yusifli. "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi". Altay Məmmədov. "Tanıdığım Əli Kərim". Sona Xəyal. "Əli Kərim" (PDF). Elza Kərimova. "Nə xoşbəxt imişəm". İfrat Əliyeva. "Çırağı Sönməyən Poeziya".

Xatirəsi

Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi dövrdə Göyçay Rayonunda Şair Əli Kərimin məzarı ətrafında Əli Kərim adına park salınmış, heykəli ucaldılmışdır. Bununla yanaşı Bakı, Göyçay, Sabirabad Şəhərlərində Əli Kərimin adını daşıyan küçə, Sumqayıt da Əli Kərim adına poeziya klubu, Xocalı rayonunda isə Əli Kərim adına tam orta məktəb vardır. Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Əli Kərimin seçilmiş əsərləri nəşr edilmişdir.

  • Əli Kərimin heykəli
    Əli Kərimin heykəli

Əsərlərinin nəşri

  1. İki sevgili. Bakı: Azərnəşr, 1960, 60 səh.
  2. Həmişə səfərdə. Bakı: Azərnəşr, 1963, 63 səh.
  3. Qızıl qanad. Bakı: Azərnəşr, 1965, 132 səh.
  4. Qaytar ana borcunu. Bakı: Gənclik, 1970, 223 səh.
  5. Uşaqlar və ulduzlar. Bakı: Gənclik, 1971, 71 səh.
  6. Səfərdən sonra. Bakı: Azərnəşr, 1972, 192 səh.
  7. Tənbəl ayı balası. Bakı: Uşaqgəncnəşr, 1973, 15 səh.
  8. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1974, 407 səh.
  9. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1975, 185 səh.
  10. Pillələr (roman). Bakı: Gənclik, 1978, 160 səh.
  11. Qız və kəpənək. Bakı: Gənclik, 1979, 56 səh.
  12. Qayıt. Bakı: Yazıçı, 1983, 288 səh.
  13. Pillələr (roman). Bakı: Yazıçı, 1987, 262 səh.
  14. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1991, 272 səh.
  15. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1991, 251 səh.
  16. Mavi nəğmənin sahilində. Bakı: Yazıçı, 1991, 197 səh.
  17. Seçilmiş əsərləri. Bakı, Lider, 2004
  18. Qaytar ana borcunu. Təbriz, Əxtər, 2008
  19. Seçilmiş əsərləri (2-ci cild). Bakı, Elm və Təhsil, 2012
  20. Seçilmiş əsərləri. (I cild). Bakı, Şərq və Qərb, 2013
  21. Seçilmiş əsərləri. (II cild). Bakı, Şərq və Qərb, 2014
  22. "Nə xoşbəxt imişəm bir zaman, Allah!". Bakı, Bakı Kitab Klubu, 2015
  23. Metronun yaylı qapıları. Bakı, Qanun nəşriyyatı, 2019

Həmçinin bax

Digər layihələrdə
  • Vikikitabda əlaqəli kitablar
  • Vikisitatda əlaqəli sitatlar
  • Vikianbarda əlaqəli media-fayllar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli Kərim haqqında məlumat. Əli Kərim nədir? Əli Kərim nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Şimali Osetiya

  • Fevral 24, 2026

    Toğrul xan

  • Fevral 24, 2026

    Saatlı rayonu

  • Fevral 25, 2026

    İsland dili

  • Fevral 23, 2026

    25 iyul

Trend Mahnılar
  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst