Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sənin adın və ya Yaponiyada tanınan adı ilə Kimi no Na wa. (君の名は。?) — Makoto Şinkayın ssenaristliyi və rejissorluğu ilə CoMix Wave Films studiyası tərəfindən 20

Sənin adın

  • Ana Səhifə
  • Vikipediya
  • Sənin adın

Sənin adın və ya Yaponiyada tanınan adı ilə Kimi no Na wa. (君の名は。?) — Makoto Şinkayın ssenaristliyi və rejissorluğu ilə CoMix Wave Films studiyası tərəfindən 2016-cı ildə çəkilmiş elmi fantastika və fentezi anime filmi. Film Şinkay tərəfindən yazılmış eyniadlı roman əsasında çəkilmişdir. Masayoşi Tanaka filmin personaj dizayneridir. Film üçün musiqi Radwimps rok qrupu tərəfindən bəstələnmişdir.

Sənin adın
Kimi no Na wa. (君の名は。?)
Anime filminin posteri. Personajlar: Taki Taçibana (solda) və Mitsuha Miyamizu (sağda)
Anime filminin posteri. Personajlar: Taki Taçibana (solda) və Mitsuha Miyamizu (sağda)
Janr romantik film, fentezi filmi[d]
Əsas mövzu Zamanda səyahət
Rejissor Makoto Şinkay
Prodüserlər Qenki Kavamura
Katsuhiro Takey
Koyçiro İto
Ssenari müəllifi Makoto Şinkay
Baş rollarda Ryunosuke Kamiki
Mone Kamişirayşi
Operator
  • Makoto Şinkay
Bəstəkar Radwimps
Montajçı Makoto Şinkay
İstehsalçılar CoMix Wave Films
Distribütor:
Toho
Distribütor Toho[d], Netflix
İlk baxış tarixi 3 iyul 2016 (Anime Expo)
26 avqust 2016 (Yaponiya)
Filmin növü anime
Müddət 107 dəq.
Gəlir 243,1 milyon $
Ölkə Yaponiya Yaponiya
Dil yapon
İl 2016
Rəng rəngli
IMDb ID5311514
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film ilk öncə 3 iyul 2016-cı ildə Los-Anceles şəhərində baş tutmuş Anime Expo 2016 tədbirində nümayiş etdirilmişdir. Rəsmi premyerası 26 avqust 2016-cı ildə baş tutmuşdur. Film üçün ilham qaynağı olan roman 18 iyun 2016-cı ildə buraxılmışdır. Anime Expo 2016 tədbirində filmin Funimation tərəfindən lisenziyalaşdırıldığı açıqlanmışdır. Filmin daha 85 ölkə və regionda nümayiş etdirilməsi planlaşdırılır.

Mündəricat

Məzmun

Filmdəki İtomori gölü üçün ilham mənbəyi olmuş Suva gölü.

Film əsas kişi personaj Taki Taçibana ilə əsas qadın personaj Mitsuha Miyamizunun səhər oyanıb normal həyata davam etmələri ilə başlayır. Taki Tokio şəhərində, Mitsuha isə kiçik qəsəbədə yaşayır. Bir gün Mitsuha liseydəki dostlarından keçən dəfə çox qəribə davrandığını öyrənir, lakin təəccüblü şəkildə, bunları xatırlamır. Mitsuha həm də məbəd qızı – mikodur. O, ağızla hazırlanan düyü şərabı növü olan "Kuchikami-zake" hazırlamaq üçün keçirilən ritualda iştirak edir və nənəsindən kumihimo düzəltməyi öyrənir. Mitsuha buradakı həyatından çox narazıdır, növbəti həyatında Tokioda yaşayan oğlan kimi doğulmağı arzulayır. Digər tərəfdən Taki qadınsayağı xasiyyət göstərdiyini öyrənir və Mitsuhanın onun bədənini bir müddətlik ələ keçirdiyini düşünməyə başlayır.

Tezliklə Taki və Mitsuha bədənlərini dəyişdirdiklərini başa düşürlər və bunun necə baş verdiyini tapmağa çalışırlar. Qeydlər buraxmaqla onlar bir-birilərinin həyatını yaşamağı əyləncəli hesab edirlər. Mitsuka Takiyə onun həmkarı Miki Okuderaya yaxınlaşmaqda kömək edir və onun üçün görüş təşkil edir. Mitsuha Takiyə yaxın zamanda Yerin yaxınlığından keçəcək kometa haqqında danışır, çox həyəcanlandığını, çünki qəsəbə festivalı ilə kometanın görünmə vaxtlarının üst-üstə düşəcəyini bildirir. Taki Mitsuhanın bədənində ikən bir nöqtədə Mitsuhanın nənəsi ondan "sən hələ də yuxu görürsən?" sualını verir və bu andan etibarən onların bədənləri dəyişmir. Taki ilə görüşdə Miki onu tərk edir və başqa Takini tanıdığını deyir. Taki Mitsuha ilə əlaqə saxlamağa çalışır, amma alınmır. Taki sonda onunla şəxsən görüşməyə və qəsəbəsinə getməyə qərar verir.

Qəsəbənin harada yerləşdiyini və necə adlandığını bilməyən Taki ipucu kimi qəsəbənin yaddaşında qalan mənzərəsini çəkir. Taki yaxın dostu Tsukasa Fucii və Miki Okudera ilə Yaponiyanın müxtəlif bölgələrinə səyahət edir. Bir restoranda xidmətçi Takinin eskizlərini tanıyır və ərinin bu qəsəbədən olduğunu bildirir. Əri onu böyük kraterin yanına aparır. Məlum olur ki, İtomori qəsəbəsi 3 il əvvəl düşən kometa nəticəsində məhv olub, əhalisinin böyük hissəsi ölüb. Taki öyrəndiklərindən şoka düşür və ölülərin siyahısından Mitsuhanı, eləcə də, yaxın dostları Katsuhiko Teşiqavaranı və Sayaka Natorini tapır.

Artıq nəyin real olub-olmadığını başa düşməyən Taki Mitsuhanın onun telefonunda buraxdığı qeydlərə baxmaq istəyir, lakin hamısının silindiyini görür. Lakin Taki hələ də Mitsuha və qəsəbəni xilas etmək istəyir. O, dağda yerləşən yeraltı məbədə gedərək Mitsuhanın oraya qoyduğu düyü şərabını içir və Mitsuha ilə yenə bədənlərini dəyişə bilir. Məlum olur ki, bədənlərin dəyişməsi dayandıqdan sonra Mitsuha da Takini axtarmaq qərarına gəlibmiş və bu məqsədlə Tokioya gəlibmiş. Mitsuha sonda onu tapa bilibmiş, lakin bunlar keçmişdə baş verdiyindən Taki onu tanımıyıbmış. Mitsuha Takinin bədənində oyanır və dağdakı məbəddə olduğunu görür. Bu zaman Mitsuhanın bədənində olan Taki də dağa gəlir. Hər ikisi fərqli zaman dilimlərində olduqlarından əvvəlcə sadəcə səslərini eşidirlər, lakin bədənləri yenə dəyişir və bir-birilərini görürlər. Hər ikisi adlarını unutmamaq üçün əllərinə yazmaq istəyirlər, lakin ancaq Taki yaza bilir, Mitsuha adını yazmaq istəyəndə səhər açılır və əvvəlki zaman xətlərinə qayıdırlar. Bu "Katavare-doki"dir (alaqaranlıq vaxtı). Onlar adlarını yada salmaq istəyirlər, lakin xatırlamırlar. Mitsuha Takinin onun ovucuna yazdığı ada baxmaq istəyir, lakin Takinin adı əvəzinə "Səni sevirəm" yazdığını görür və ağlayaraq onu axmaq adlandırır. Mitsuha və dostları qəsəbəni kometanın gəlişindən xilas etməyə çalışır, lakin sonda bunu bacarmadıqları təəssüratı yaranır.

Kometanın düşməsindən 8 il sonra məlum olur ki, Mitsuha və dostları əslində qəsəbəni xilas edə biliblərmiş. Mitsuha və Taki qatarda rastlaşırlar və sanki bir-biriləri tanıdıqlarını hiss edirlər. Bir-birilərinin adlarını soruşmaları ilə səhnə başa çatır.

Rollarda

  • Ryunosuke Kamiki Taki Taçibana (立花瀧, Tachibana Taki?) rolunda
  • Mone Kamişirayşi Mitsuha Miyamizu (宮水三葉, Miyamizu Mitsuha?) rolunda
  • Masami Naqasava Miki Okudera (奥寺ミキ, Okudera Miki?) rolunda
  • Etsuko İçihara Hitoha Miyamizu (宮水一葉, Miyamizu Hitoha?) rolunda
  • Ryo Narita Katsuhiko Teşiqavara (勅使河原克彦, Teshigawara Katsuhiko?) rolunda
  • Aoy Yuuki Sayaka Natori (名取早耶香, Natori Sayaka?) rolunda
  • Nobunaqa Şimazaki Tsukasa Fucii (藤井司, Fujii Tsukasa?) rolunda
  • Kayto İşikava Şinta Takaqi (高木真太, Takagi Shinta?) rolunda
  • Kanon Tani Yotsuha Miyamizu (宮水四葉, Miyamizu Yotsuha?) rolunda
  • Masaki Terasoma Toşiki Miyamizu (宮水俊樹, Miyamizu Toshiki?) rolunda
  • Sayaka Ohara Futaha Miyamizu (宮水二葉, Miyamizu Futaha?) rolunda
  • Kana Hanazava Yukari Yukino (雪野百香里, Yukino Yukari?) rolunda

Buraxılış

2017-ci ildə ABŞ-da buraxılması planlaşdırılır. 7 sentyabr 2017-ci ildə Azərbaycanda buraxılması planlaşdırılsa da, daha sonra başqa tarixə qədər təxirə salınmışdır.

Qəbul

Gəlir

Film Yaponiyada böyük uğur qazanmışdır. Film açılış həftəsində 930 milyon ¥ gəlir əldə etmiş (688 min bilet) və gəlir baxımından Yaponiyada birinci yerə yüksəlmişdir. Açılış günü də nəzərə alınmaqla film ümumilikdə 1,28 milyard ¥ gəlir əldə etmişdir. 5 sentyabr 2016-cı ilə kimi – filmin premyerasından cəmi 10 gün sonra filmin Yaponiyada əldə etdiyi ümumi gəlir 3,8 milyard ¥ olmuşdur. 11 sentyabr 2016-cı ilə kimi filmin əldə etdiyi gəlir 6,2 milyard ¥ olmuş və distribütor Toho-nun təxmin etdiyi gəliri (6 milyard ¥) ötmüşdür. Dördüncü həftəsində film yenə mövqeyini əldən verməmiş, əldə etdiyi gəlir 9,1 milyard ¥-ə çatmış və 10 milyard ¥-dən çox qazanc əldə edən ilk qeyri-Ghibli anime filmi olmuşdur. 23 sentyabr 2016-cı ildə filmin cəmi 28 gün içində 10 milyard ¥ gəlir etdiyi açıqlanmışdır. Beşinci həftəsində film yenə zirvədə qalmış, 637.000 bilet sataraq 860 milyon ¥, ümumilikdə isə 11,1 milyard ¥ gəlir əldə etmişdir. Beləliklə film 2016-cı ildə Yaponiyada ən çox gəlir əldə edən film olmuşdur. Düz ardıcıl 9 həftə Yaponiya kinoteatrlarının ən yaxşı filmi olmuş "Sənin adın" 10-cu həftəsində mövqeyini "Ölüm dəftəri: Yeni dünyanı işıqlandırmaq" filminə vermişdir. Lakin 11-ci həftəsində yenidən mövqeyinə qayıtmışdır.

"Sənin adın" anime filmi ən çox gəlir əldə edən 4-cü anime filmi və 4-cü Yaponiya filmidir. Həmçinin Yaponiyada ən çox gəlir əldə edən 7-ci filmdir.

Film Tayvanda 21 oktyabr 2016-cı ildə nümayiş etdirilməyə başlanmış və 31 oktyabra qədər 52.909.581 Tayvan dolları (1.683.785 ABŞ dolları) gəlir əldə edərək Tayvanda ən çox gəlir qazanan Yaponiya filmi olmuşdur.

Mükafat və nominasiyalar

2016-cı ilin noyabrında Funimation "Sənin adın" filminin Oskar mükafatının "Ən yaxşı animasiya filmi" kateqoriyasında namizəd siyahısında olduğunu açıqlamışdır.

Mükafat və nominasiyalar
İl Mükafat Kateqoriya Namizəd Nəticə
2016 49-cu Sices Film Festival Ən yaxşı animasiya filmi Sənin adın Qazandı
60-cı BFİ London Film Festivalı Ən yaxşı film Sənin adın Namizəd
18-ci Puçxon Beynəlxalq Animasiya Festivalı Xüsusi Fərqlənmə Mükafatı Sənin adın Qazandı
Auditoriya mükafatı Sənin adın Qazandı
29-cu Tokio Beynəlxalq Film Festivalı Ariqato mükafatı Makoto Şinkay Qazandı
7-ci Newtype Anime Mükafatı Ən yaxşı anime filmi Sənin adın Qazandı
41-ci Hoçi Film Mükafatı Ən yaxşı film Sənin adın Namizəd
29-cu Nikkan Sports Film Mükafatı Ən yaxşı film Sənin adın Namizəd
Ən yaxşı rejissor Makoto Şinkay Qazandı
44-cü Enni mükafatı Ən yaxşı animasiya (müstəqil) Sənin adın Gözlənilir
Animasiyada görkəmli uğur, rejissorluq Makoto Şinkay Gözlənilir
2016 Los-Anceles Film Tənqidçiləri Assosiasiyası Mükafatı Ən yaxşı film Sənin adın Qazandı
2017 21-ci Peyk mükafatı Ən yaxşı animasiya və ya qarışıq media Sənin adın Gözlənilir

Qeydlər

  1. "katavare-doki" "kavatare-doki" sözündən yaranmışdır, qədim yapon dilində "alaqaranlıq" mənası verir. "Kavatare" (彼は誰) "Bu kimdir?" deməkdir. "Katavare" sözünün tələffüzü nəysənin yarısı sözünün tələffüzü ilə eynidir (片割れ).

Həmçinin bax

  • Sənin adın (roman) – Makoto Şinkay tərəfindən yazılan və film üçün ilham mənbəyi rolu oynayan roman.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sənin adın sözünün mənası, sənin adın haqqında məlumat. sənin adın nədir? sənin adın nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Parrotia

  • Fevral 27, 2026

    XV Ptolemey

  • Fevral 27, 2026

    David Hilbert

  • Fevral 27, 2026

    Chaptalia

  • Fevral 27, 2026

    Bentonit

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst