Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində həyati əhəmiyyətə malik obyektlərdən biridir. Səngəçal terminalı Azərbaycanın Xəzər dənizindəki yataqlar

Səngəçal terminalı

  • Ana Səhifə
  • Vikipediya
  • Səngəçal terminalı

Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində həyati əhəmiyyətə malik obyektlərdən biridir. Səngəçal terminalı Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil olunan xam nefti və qazı qəbul edir, texnoloji emaldan keçirir, saxlayır və ixrac edir. Terminalda texnoloji emal olunaraq təmizlənmiş xam neft nasosla saxlama çənlərinə vurulur və sonda dünya bazarlarına göndərilmək üçün ixrac kəmərlərinə ötürülür.

Səngəçal terminalı
Xəritə
40°11′32″ şm. e. 49°27′39″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Detallar
Açılışı 1996
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Səngəçal terminalı
İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib. 2018-06-12

Ərazisi

Səngəçal terminalı Bakı şəhərindən 45 km cənubda, Səngəçal qəsəbəsinin yaxınlığında yerləşir. Səngəçal terminalı 688 hektar ərazini əhatə edir və bu onu dünyanın ən böyük neft və qaz terminallarından biri edir. Terminal iki əsas hissədən ibarətdir: İlkin Neft Layihəsi (İNL) və Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP). Tikintisinə 1996-cı ildə başlanmış terminalda xam neft üçün ümumi həcmi 880 min barrel olan üç çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi var. Buraya fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilib.

Şahdəniz Yatağının Tammiqyaslı İşlənməsi layihəsinin bir hissəsi kimi, Səngəçal terminalı əsaslı şəkildə genişləndiriləcəkdir. Bu, Azərbaycanın neft və qaz sənayesi üçün terminalın əhəmiyyətini daha da artırmaqla, əlavə olaraq ildə 16 milyard kub metr qazı emal etməyə imkan verəcəkdir.

Fəaliyyəti

2011-ci il ərzində terminal təxminən 291,5 milyon barel neft (o cümlədən 257,3 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 28,3 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və 5,9 milyon barel dəmir yolu vasitəsilə) ixrac edib. Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1,2 milyon barel neft və Şahdəniz qazı üçün gündəlik 25,5 milyon kub metr qaz (ümumi qaz emalı gücü isə gündəlik təqribən 39,5 milyon kub metr) təşkil edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səngəçal terminalı haqqında məlumat. Səngəçal terminalı nədir? Səngəçal terminalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zəhmətabad (Biləsuvar)

  • Fevral 27, 2026

    Vitruvius insanı

  • Fevral 27, 2026

    Pendir

  • Fevral 27, 2026

    Yeni Amsterdam

  • Fevral 27, 2026

    Emosional zəka

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst