Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səltənət Məhəmməd bəy qızı Quliyeva (Məmmədbəyova) (1907, Bakı – 1979, Bakı) — vokalçı (lirik soprano), aktrisa, Azərbaycan SSR əməkdar artisti (1943).

Səltənət Quliyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Səltənət Quliyeva

Səltənət Məhəmməd bəy qızı Quliyeva (Məmmədbəyova) (1907, Bakı – 1979, Bakı) — vokalçı (lirik soprano), aktrisa, Azərbaycan SSR əməkdar artisti (1943).

Səltənət Quliyeva
Doğum adı Səltənət Məmmədbəyova
Doğum tarixi 1907
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1979 (71–72 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Fəaliyyəti vokalçı, aktrisa
Fəaliyyət illəri 1927-ci ildən
Təhsili Azərbaycan Dövlət Konservatoriyası
Teatr Azərbaycan Dövlət Opera və Balet Teatrı
Mükafatları
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943
  • "Şərəf nişanı" ordeni — 19381938

Mündəricat

Həyatı

Səltənət Quliyeva 1907-ci ildə Bakıda anadan olub. Qızlıq soyadı Məmmədbəyovadır. Oxumağa kiçik yaşlarında başlayan S.Quliyeva onu dinləyən Üzeyir Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Radiosuna dəvət edilib. O, dörd ildən artıq müddətdə burada solist-müğənni olaraq fəaliyyət göstərib. Bəstəkarın tövsiyəsi ilə 1930–1935-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının vokal sinfində təhsil alıb. 1937–1948-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

1938-ci ildə Musiqili Komediya teatrı müstəqil fəaliyyətə başlayan zaman Səltənət Quliyeva biir ilə yaxın truppaya kömək edib. O, bu teatrda Gülçöhrə ("Arşın mal alan", Üzeyir Hacıbəyov) rolunu oynayıb. Sənətçi Azərbaycan bəstəkarlarının operetta və operalarında, həm də dünya klassiklərinin əsərlərində səs qurumuna, bədii-psixoloji səciyyələrinə görə müxtəlif xarakterli obrazların partiyalarını oxuyub. O, 1979-cu ildə Bakıda vəfat edib.

Mükafatları

  • "Şərəf nişanı" ordeni — 17 aprel 1938
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943

İfa etdiyi əsas partiyalar

PartiyaMüəllifRol
KoroğluÜzeyir HacıbəyovAsya, Nigar
Arşın mal alanÜzeyir HacıbəyovGülçöhrə
Şah İsmayılMüslüm MaqomayevNaznaz, Gülzar
NərgizMüslüm MaqomayevNərgiz, Ənbər
VətənQara Qarayev, Cövdət HacıyevDilbər
AzadCahangir CahangirovHürü xala
SevilFikrət ƏmirovGülüş
ŞahsənəmReynqold QliyerƏnbər

Ədəbiyyat

  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. 416 səh. ISBN 5-86874-179-X.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səltənət Quliyeva haqqında məlumat. Səltənət Quliyeva nədir? Səltənət Quliyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Həbsxana

  • Fevral 27, 2026

    San Qril

  • Fevral 27, 2026

    Manqal

  • Fevral 27, 2026

    Top (idman)

  • Fevral 24, 2026

    Anabaptist

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst