Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səhra — bitki örtüyünün və heyvanlar aləminin kasadlığı ilə səciyyələnən düzən səthli landşaft növüdür. Çox quraqlıq, isti havanın gündəlik və illik temperaturu

Səhra

  • Ana Səhifə
  • Vikipediya
  • Səhra

Səhra — bitki örtüyünün və heyvanlar aləminin kasadlığı ilə səciyyələnən düzən səthli landşaft növüdür. Çox quraqlıq, isti havanın gündəlik və illik temperaturu kəskin fərqlənən, illik yağıntısı 250 mm-dən aşağı, buxarlanma yağıntıdan xeyli çox, güclü külək əsən, daimi axan çayları olmayan, çox seyrək bitki örtüyü olan ərazi.

Dünyanın ən böyük səhraları
Atakama səhrası, Çili. Peru cərəyanı, atmosferin aşağı qatlarını soyudur və atmosfer çöküntülərinin düşməsinə (ildə 50 mm-dən də az) mane olan temperatur inversiyasını yaradır. Elə buna görə də, bu səhra Yer kürəsinin ən quraq yeri hesab olunur.
Namibiya səhrası

Səhraların iki növü mövcuddur: Qum səhraları və buz səhraları.

Qum səhralarında vahələrə (oazislərə) də rast gəlinir. Vahələr suyun səthə yaxın yerlərdə toplanmasından əmələ gəlir. Bitkilər bu yerlərdə bitir, bunu nəticəsində vahə yaranır.

Mündəricat

Xüsusiyyətləri

Səhranın əmələ gəlməsinin ən başlıca səbəbi yağıntının buxarlana biləcək sudan 7–30 dəfə az olmasıdır. Səhranın özünəməxsus iqlimi vardır. Göy üzü aylarla buludsuz olur. Maksimum temperatur +49,5°, +58°-yə çatır, gün altında qumun səthi 90° qızır, illik temperatur amplitudası 90°, gündəlik 30°-yə qalxır. Orta Asiya səhralarında yağıntının illik miqdarı 60–150 mm, Mərkəzi Asiya (Təklə-Məkan) 9 mm, tropik səhralarda isə hər yerdə 100 mm-dən azdır.

Şimali Afrika və Ərəbistan səhralarında bir neçə il ərzində yağış düşməyən yerlər də vardır. Səhraların zəbt etdiyi ərazi bütün qurunun təqribən 30%-ni tutur. Səth quruluşuna görə səhralar qumlu, daşlı, gilli və şoranlı səhralara bölünür. Qarlı səhralar da mövcuddur (Antarktida və Arktikada). Ən məşhur səhra Afrikanın demək olar ki bütün şimalını əhatə edən Saxara səhrasıdır. Dünyanın ən iri duzlu səhrası Salar-De-Uyuni səhrasıdır.

İsti səhralarda temperatur gündüz +50 °C-dən yuxarı, gecə isə 0 °C-dən aşağı ola bilər.

Səhralarda illik yağıntının miqdarı çox aşağı olur.

Amerika səhralarında ən çox rast gəlinən bitki kaktusdur.

Azərbaycanda vəziyyət

Azərbaycan Respublikası üçün səhralar xarakterik deyil. Burada səhraya yaxın landşaft fraqmentləri Abşeron yarımadasında, Kür-Araz ovalığında, Naxçıvan-nın Araz boyu ərazisində təsadüf edilir.

Həmçinin bax

  • Barxan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səhra haqqında məlumat. Səhra nədir? Səhra nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Ukrain dili

  • Fevral 22, 2026

    İzotop

  • Fevral 24, 2026

    Kosmik fəza

  • Fevral 24, 2026

    Dil (coğrafiya)

  • Fevral 24, 2026

    Mexanika

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst