Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Təbiətdə 3 mindən çox kaktus növü var. Əksəriyyəti 500 il yaşayır və iri ölçülərə malik olurlar( hündürlüyə 10 m və eni bir neçə metr) Hazırda təbiətdə olan kak

Kaktus

  • Ana Səhifə
  • Vikipediya
  • Kaktus

Kaktuskimilər (lat. Cactaceae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.

Kaktuskimilər
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Dəstə:
Qərənfilçiçəklilər
Fəsilə:
Kaktuskimilər
Beynəlxalq elmi adı
  • Cactaceae Juss., 1789[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  19685
NCBI  3593
EOL  4228
FW  

Mündəricat

Təbii yayılması

Kaktus

Təbiətdə 3 mindən çox kaktus növü var. Əksəriyyəti 500 il yaşayır və iri ölçülərə malik olurlar( hündürlüyə 10 m və eni bir neçə metr) Hazırda təbiətdə olan kaktus növlərinin 2/3 hissəsinə Cənubi Amerikada rast gəlinir. Quraqlıq iqlimin əlverişsiz mühitinə dözmək üçün bunlarda min illər ərzində bir sıra uyğunlaşmalar əmələ gəlmişdir. Onların yarpaqları tikana çevrilmiş və üzəri mum maddəsi ilə örtülmüşdür. Kaktuslar quraqlığadavamlı, həm də işıqsevən bitkilərdir. Gün ərzində onlara 3-4 saat gün işığı düşməlidir. Lakin qızmar günəş kaktusun cavan zoğlarını yandırır, onlar üzərində sarı ləkələr əmələ gəlir. Daha da təhlükəli olan yaz günəşidir. Yazda onları günəşə tədricən öyrətmək lazımdır, bunun üçün ağ kağız və ya tənziflə kölgə etmək məsləhətdir. Kaktusların təmiz havaya da ehtiyacları böyükdür. Bunun üçün otaqda havanı tez-tez dəyişmək lazımdır. Bunu da bilmək vacibdir ki, bu bitkilər hava çəkən yerlərdən qorxurlar. Bütün yayı dibçəkdə olan torpaq nəm olmalıdır, torpaq quruduqda cavan köklər quruyacaq, su çox olduqda isə bitki çürüyəcək. İsti yay günlərində kaktuslara həftədə 2-3 dəfə, qızmar istidə tez-tez, yağışlı və tutqun havada isə gec-gec, həm də otaq temperaturunda su vermək məsləhətdir. Bu qaydanı möhkəm mənimsəmək lazımdır. Yayda kaktuslara (uzun ağ tükcüklərlə örtülü olan kaktusları çıxmaqla) hər gün ya səhər tezdən, ya da axşam su çiləmək faydalıdır. Gün işığı altında bunu etmək olmaz, çünki bu bitkidə yanıq əmələ gətirir. Kaktusu suvarmaq üçün suya bir çimdik limon və ya bor turşusu qatılır, lakin elə etmək lazımdır ki, bu su bitkinin üzərinə düşməsin. Kaktuslara düzgün qulluq etdikdə onlar tez böyüyür. Aprelin ortasından sentyabra qədər onların üzərində yeni zoğlar və cavan tikanlar əmələ gəlir. Əksəriyyəti bu dövrdə çiçəkləyir. Noyabrın ortasından fevrala qədər qışa keçidlə əlaqədar onlarda sakitlik mərhələsidir. Bu dövrdə onlara sərin və işıqlı yer ayırmaq lazımdır, yoxsa onlar böyüməkdə davam edəcək, zoğlar uzanaraq nazik və solğun-yaşıl olacaq. Nəticədə yayda zəif böyüyəcək, heç vaxt çiçək açmayacaq. Ona görə də onları pəncərə önünə yığmaq və otaqda temperatur 15º C çox olmamalıdır. Qışda əgər temperatur 6-8º C olarsa ayda 1 dəfə, temperatur 10-15º C-də isə ayda 2 dəfədən çox olmayaraq su vermək olar. Qışdan yaya və yaydan da qışa kaktusları tədricən keçirmək lazımdır.

Botaniki təsviri

Kaktus, cins adı olmamasına baxmayaraq, kaktuskimilər fəsiləsini meydana gətirən gövdələri ətli, yastılaşmış və sulu olan, yarpaqları tikan şəklini almış bütün çiçəkli bitkilərə verilən ortaq addır. Səhralarda və tropiklərdə yayğındılar. Səhrada yetişən Saguaro ən böyük kaktuslardan biridir. Yetkinlərinin hündürlüyü 12 metrə çatır. Nadir hallarda hündürlüyü 15 metrdən artıq olan kaktuslara da rast gəlinir. Kaktuslar yağış və su istəməyən bitkilərdir. Ümumiyyətlə, səhralarda və isti iqlimlərdə yetişirlər. Kökləri çox uzun və qalındır. Bu xüsusiyyətləri və yarpaqlarının tikan şəklində olması, onları digər bitkilərdən fərqləndirir. Kaktusların eni və boyu yaxşı bəsləndiyi təqdirdə olduqca uzun və qalın olur. Bəzi kaktusların tikanları zəhərli ola biləcəyi kimi, hər şəkildə dəriyə batdığında incə tikanları üzündən çox can ağrıdarlar və çıxarılmaları çətindir.

Azərbaycanda yayılması

Azərbaycanda əsasən otaq bitkisi olaraq tanınır. Buranın iqlimi hər növ kaktusların bitməsi və yayılması üçün əlverişlidir. Kaktuslardan qəribə də olsa dekorativ bitki kimi istifadə edilir.

İstifadəsi

Kosmetika sənayesində aloe-vera adlı kaktusdan istifadə edilir. Azərbaycanda əzvay kimi tanınır. Bu kaktus növü qədimdən indiyədək əvəzedilməz antioksidant təsiri olan kosmetik vasitə kimi tanınır.

Cinsləri

  • Acanthocalycium Backeb.
  • Acanthocereus (Engelm.) Britton & Rose
  • Acharagma (N.P.Taylor) Zimmerman ex Glass
  • Airampoa Frič
  • Aporocactus Lem.
  • Ariocarpus Scheidw.
  • Armatocereus Backeb.
  • Arrojadoa Britton & Rose
  • Arthrocereus A.Berger
  • Astrophytum Lem.
  • Austrocactus Britton & Rose
  • Austrocylindropuntia Backeb.
  • Aylostera Speg.
  • Aztekium Boed.
  • Bergerocactus Britton & Rose
  • Blossfeldia Werderm.
  • Borzicactus Riccob.
  • × Borzicana M.H.J.van der Meer
  • Brachycereus Britton & Rose
  • Brasilicereus Backeb.
  • Brasiliopuntia (K.Schum.) A.Berger
  • Browningia Britton & Rose
  • Calymmanthium F.Ritter
  • Carnegiea Britton & Rose
  • Castellanosia Cárdenas
  • Cephalocereus Pfeiff.
  • Cereus Mill.
  • Chamaecereus Britton & Rose
  • Chichimecactus Bárcenas, H.M.Hern. & P.Hern.-Led.
  • Cipocereus F.Ritter
  • Cleistocactus Lem.
  • Cochemiea (K.Brandegee) Walton
  • Coleocephalocereus Backeb.
  • Consolea Lem.
  • Copiapoa Britton & Rose
  • Corryocactus Britton & Rose
  • Coryphantha (Engelm.) Lem.
  • Cremnocereus M.Lowry, Winberg & Gut.Romero
  • Cumarinia (Knuth) Buxb.
  • Cumulopuntia F.Ritter
  • Cylindropuntia (Engelm.) F.M.Knuth
  • Deamia Britton & Rose
  • Dendrocereus Britton & Rose
  • Denmoza Britton & Rose
  • Discocactus Pfeiff.
  • Disocactus Lindl.
  • Echinocactus Link & Otto
  • Echinocereus Engelm.
  • Echinopsis Zucc.
  • Epiphyllum Haw.
  • Epithelantha F.A.C.Weber ex Britton & Rose
  • Eriosyce Phil.
  • Escontria Rose
  • Espostoa Britton & Rose
  • Espostoopsis Buxb.
  • Eulychnia Phil.
  • Facheiroa Britton & Rose
  • Ferocactus Britton & Rose
  • Frailea Britton & Rose
  • Geohintonia Glass & W.A.Fitz Maur.
  • Grusonia F.Rchb. ex Britton & Rose
  • Gymnocalycium Pfeiff. ex Mittler
  • Haageocereus Backeb.
  • × Haagespostoa G.D.Rowley
  • Harrisia Britton
  • Hatiora Britton & Rose
  • Isolatocereus Backeb.
  • Jasminocereus Britton & Rose
  • Kadenicarpus Doweld
  • Kroenleinia Lodé
  • Lasiocereus F.Ritter
  • Lemaireocereus Britton & Rose
  • Leocereus Britton & Rose
  • Lepismium Pfeiff.
  • Leptocereus (A.Berger) Britton & Rose
  • Leuchtenbergia Hook.
  • × Leucomoza M.H.J.van der Meer
  • Leucostele Backeb.
  • Leuenbergeria Lodé
  • Lobivia Britton & Rose
  • Lophocereus Britton & Rose
  • Lophophora J.M.Coult.
  • Loxanthocereus Backeb.
  • Lymanbensonia Kimnach
  • Maihuenia Phil.
  • Maihueniopsisv Speg.
  • Mammillaria Haw.
  • Marshallocereus Backeb.
  • Matucana Britton & Rose
  • Melocactus Link & Otto
  • Micranthocereus Backeb.
  • Mila Britton & Rose
  • Miqueliopuntia Frič ex F.Ritter
  • Mirabella F.Ritter
  • Mitrocereus (Backeb.) Backeb.
  • Morangaya G.D.Rowley
  • × Myrtgerocactus Moran
  • Myrtillocactus Console
  • Neoraimondia Britton & Rose
  • Neowerdermannia Frič
  • Nyctocereus (A.Berger) Britton & Rose
  • Obregonia Frič
  • × Opulea M.H.J.van der Meer
  • Opuntia Mill.
  • Oreocereus Riccob.
  • × Oreonopsis G.D.Rowley
  • Oroya Britton & Rose
  • × Pacherocactus G.D.Rowley
  • Pachycereus (A.Berger) Britton & Rose
  • Parodia Speg.
  • × Patrocereus M.H.J.van der Meer
  • Pediocactus Britton & Rose
  • Pelecyphora C.Ehrenb.
  • Peniocereus (A.Berger) Britton & Rose
  • Pereskia Mill.
  • Pereskiopsis Britton & Rose
  • Pfeiffera Salm-Dyck
  • Pilosocereus Byles & G.D.Rowley
  • × Polascontria Y.Cruz & S.Vázquez
  • Polaskia Backeb.
  • Praecereus Buxb.
  • Pseudorhipsalis Britton & Rose
  • Pterocactus K.Schum.
  • Pterocereus T.MacDoug. & Miranda
  • Punotia D.R.Hunt
  • Quiabentia Britton & Rose
  • Rapicactus Buxb. & Oehme
  • Rauhocereus Backeb.
  • Rebutia K.Schum.
  • Reicheocactus Backeb.
  • Rhipsalidopsis Britton & Rose
  • Rhipsalis Gaertn.
  • Rhodocactus (A.Berger) F.M.Knuth
  • Salmonopuntia P.V.Heath
  • Samaipaticereus Cárdenas
  • Schlumbergera Lem.
  • Sclerocactus Britton & Rose
  • Selenicereus Britton & Rose
  • Serrulatocereus Guiggi
  • Setiechinopsis Backeb. ex de Haas
  • Soehrensia Backeb.
  • Stenocactus (K.Schum.) A.Berger
  • Stenocereus (A.Berger) Riccob.
  • Stetsonia Britton & Rose
  • Strombocactus Britton & Rose
  • Strophocactus Britton & Rose
  • Tacinga Britton & Rose
  • Tephrocactus Lem.
  • Thelocactus (K.Schum.) Britton & Rose
  • Trichocereus (A.Berger) Riccob.
  • Turbinicarpus (Backeb.) Buxb. & Backeb.
  • Uebelmannia Buining
  • Vatricania Backeb.
  • Weberbauerocereus Backeb.
  • Weberocereus Britton & Rose
  • Xiquexique Lavor, Calvente & Versieux
  • Yavia R.Kiesling & Piltz
  • Yungasocereus F.Ritter

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kaktus haqqında məlumat. Kaktus nədir? Kaktus nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Xristianlıqda Ata

  • Fevral 23, 2026

    27 oktyabr

  • Fevral 24, 2026

    Kristapor İvanyan

  • Fevral 25, 2026

    Çuvaşıstan

  • Fevral 25, 2026

    Monocots

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst