Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səhihi-Buxari (ərəb. صحيح البخاري‎) — Əhli-Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan ("Kütubi-Sittə"dən) və ən

Səhihi-Buxari

  • Ana Səhifə
  • Vikipediya
  • Səhihi-Buxari

Səhihi-Buxari (ərəb. صحيح البخاري‎) — Əhli-Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan ("Kütubi-Sittə"dən) və ən güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"dən) biridir. Ərəbcə səhih sözü həqiqi, mötəbər kimi tərcümə olunur. Əhli-Sünnə məzhəbi tərəfindən ən etibarlı hədis kitabı olaraq qəbul edilir.

Səhihi-Buxari
ərəb. صحيح البخاري‎
Müəllif İmam Buxari
Janr İslam
Orijinalın dili Ərəbcə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müəllifi Buxaridir. Əsərin əsil adı "əl-Cəmius-Səhih" (yəni səhih hədislərin cəmi) olsa da müəllifinə nisbətlə "Səhihi-Buxari" olaraq adlandılır.

Mündəricat

Haqqında

Müəllif

Əbu Abdullah Məhəmməd ibn İsmayıl ibn İbrahim ibn əl-Mugirə ibn Mərdəzbəhə əl-Cufi Əl-Buxari 810-cu ildə Buxarada doğulmuşdur. Xorasan, İraq, Hicaz və başqa yerlərə səfər etmiş və hədis toplamışdır. Buxari 869-cu ildə Səmərqənddə vəfat etmişdir. Müslim ibn Həccac, Əbu Davud, Tirmizi, Nəsai və b. alimlər ondan hədis rəvayət etmişlər.

Əsər

Buxarinin "Cəmius-Səhih"i 97 kitabdan 3450 babdan ibarətdir. Üç ravili hədislərin sayı 23-dür. Kitab cildlərə bölünür (cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda, kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Ümumilikdə isə əsər 9082, 7593 və ya 7397 hədisdən ibarətdir. Əsər IX əsrdə alim Əbül-Abbas Zeynəddin Əhməd ibn Əbdüllətif əş-Şərci əz-Zəbidi tərəfindən "ət-Təcridüs-Sərih li-Əhadisil-Cəmiis-Səhih" adı ilə yenidən tərtib olunmuş və tərtib zamanı təkrar hədislər çıxarılmışdır. Hal-hazırkı bir çox "Səhihi-Buxari" kitabları da məhz onun tərtibi olan versiyanın təkrar nəşr və tərcümələridir.

Şərhlər

  • "Səhih Buxarinin şərhi", Əbül-Həsən Əli ibn Xələf ibn Əbdülməlik əl-Qurtubi əl-Məliki (İbn Battal) (HQ.?-449).
  • "ət-Təlvih fi Şərh əl-Cəmius Səhih", Əlaəddin Mağlutay ibn Qəlic ət-Türki əl-Misri əl-Hənəfi (HQ.?-762).
  • "əl-Kovkəb əd-Dərari fi Şərh Səhih əl-Buxari, Şəmsəddin Məhəmməd ibn Yusif ibn Əli ibn Səid əl-Kərmani (HQ.?-786).
  • "Fəthül-Bari Şərh Səhih əl-Buxari", Əbül-Fədl Əhməd ibn Əli ibn Həcər əl-Əsqalani əş-Şafei (HQ.?-852).
  • "Umdətül-Qari fi Şərhil Buxari", Bədrəddin Mahmud ibn Əhməd əl-Eyni əl-Hənəfi (HQ.?-855).
  • "ət-Tövşih Şərh əl-Cəmius Səhih", Cəlaləddin əs-Süyuti (HQ.?-911).
  • "İrşədus-Səri ilə Şərh Səhih əl-Buxari", Şihəbuddin Əhməd ibn Məhəmməd əl-Xatib əl-Qastalani əl-Qahiri əş-Şafei (HQ.?-923).
  • İmam Nəsrəddin Əli ibn Məhəmməd ibn əl-Munir əl-İskəndərinin şərhi.
  • "Feyzül-Bari Şərh Sahihul Buxari", Məhəmməd Ənvər Şah Kəşmiri.

Nəşrləri

Kitab ərəb dilində bir neçə dəfə nəşr olunub:

  • Məhəmməd ibn İsmayıl əl-Buxari, "əl-Cəmi əs-Səhih", "Məktəbə əs-Sələfiyyə", Qahirə, 1400/1980; təhqiq: Muhibuddin əl-Xətib və Məhəmməd Fuad Əbdülbəqi.
  • Məhəmməd ibn İsmayıl əl-Buxari, "əl-Cəmi əs-Səhih", "Dar əl-Fikr", Beyrut, 1401/1981.
  • Məhəmməd ibn İsmayıl əl-Buxari, "əl-Cami əs-Səhih", "Dar əs-Səlam", ər-Riyad, 1997, tərcümə: Dr. Məhəmməd Möhsin Xan.
  • Məhəmməd ibn İsmayıl əl-Buxari, "əl-Cəmi əs-Səhih", "Beyt əl-Əfkar əd-Dəvliyyə lil-Nəşr", ər-Riyad, 1419/1998; təhqiq: Əbu Suheyb əl-Kərmi.
  • Məhəmməd ibn İsmayıl əl-Buxari, "əl-Cəmi əs-Səhih", "Dar Təvq ən-Nacə, Beyrut", 1422/2002; təhqiq: Məhəmməd Züheyr ibn Nasir.
  • Məhəmməd ibn İsmayıl əl-Buxari, "əl-Cəmi əs-səhih", "Dar İbn Kəsir", Dəməşq/Beyrut, 1423/2002.
  • Məhəmməd ibn İsmayıl əl-Buxari, "əl-Cami əs-Səhih", "Dar ər-Ruşd, ər-Riyad", 1427/2006; təhqiq: Əbdüssalam ibn Məhəmməd Ömər Alluş.

Kitab müxtəsər şəkildə Azərbaycan dilinə tərcümə olunub və nəşr olunub:

  • "Səhih əl-Buxari" (müxtəsər), tərc.: Əlixan Musayev, Bakı, "Şərq-Qərb", 2009, 973 səh.

Kitab Türk dilinə tərcümə olunub və 16 cilddə nəşr olunub:

  • Muhammed bin İsmail el-Buhari, "Sahih-i Buhari" ve Tercemesi 2012-06-17 at the Wayback Machine, çeviren: Mehmed Sofuoğlu, "Ötüken" Neşriyatı.

Kitab özbək dilinə tərcümə olunub, dörd cilddə nəşr edilib:

  • "Хадис (ал-Жомиъ ас-Сахих)", Тошкент, Комуслар Бош Тахририяти, 1997.

Həmçinin bax

  • Kutubi-sittə
  • Səhihi Müslim
  • Buxari
Vikimənbədə bu mətnin orijinalı var.
Bax: Səhih əl-Buxari

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səhihi-Buxari haqqında məlumat. Səhihi-Buxari nədir? Səhihi-Buxari nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Zülallar

  • Fevral 27, 2026

    Əbülqasim Firdovsi

  • Fevral 27, 2026

    Bursanın mühasirəsi

  • Fevral 27, 2026

    Roseae

  • Fevral 27, 2026

    Real

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst