Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sədaqət Əliyeva (d. 10 oktyabr 1963, Bakı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2013), Azərbaycan Dövlət Mədəniyyət və İncəsə

Sədaqət Əliyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Sədaqət Əliyeva

Sədaqət Əliyeva (d. 10 oktyabr 1963, Bakı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2013), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent, "Mədəniyyət dünyası" və "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Əsərləri" adlı məcmuələrin redaktoru.

Sədaqət Əliyeva
azərb. Sədaqət Ağasəfər qızı Əliyeva‎
Doğum tarixi 10 oktyabr 1963 (62 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR, Bakı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
İxtisası Sənətşünaslıq
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Fəaliyyəti Kulturologiya və onun ümumi məsələləri
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 20132013

Mündəricat

Həyatı

Sədaqət Ağasəfər qızı Əliyeva 10 oktyabr 1963-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Ailəlidir. İki övladı var.

Təhsili

Bakı şəhər 190 saylı orta məktəbdə (1971–1981) təhsil alıb. 1985-ci ildə M. Ə. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə "6219.01 — Kulturologiya və onun ümumi məsələləri" ixtisas şifrində Kulturologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2011-ci ildə isə ADMİU-da "dosent" elmi adına layiq görülmüşdür. 2012-ci ildə ADMİU-nun doktoranturasına daxil olmuşdur; "Mədəniyyətdə qadın problemi: tədqiqatların istiqaməti və problematikası" mövzusunda elmi araşdırma üzərində çalışır.

Elmi və pedaqoji fəaliyyəti

1985-ci ildən gənc mütəxəssis kimi M. Ə. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində) Mədəni-maarif işi kafedrasında baş laborant, saathesabı müəllim kimi iş fəaliyyətinə başlayıb. 1997-ci ildən müəllim, 2002-ci ildə baş müəllim, 2007-ci ildən 2021-ci ilədək kafedra müdiri vəzifəsində çalışmışdır. 2021-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektorudur.

Sədaqət Əliyeva bir monoqrafiya, 3 dərsliyin həmmüəllifi, 4 dərsliyin, bir sıra tədris proqramlarının, 50-dən çox elmi məqalə və tezisin müəllifi, eləcə də respublika, beynəlxalq elmi seminar və konfransların məruzəçisidir.

Keçid

  • Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçilərinin siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sədaqət Əliyeva haqqında məlumat. Sədaqət Əliyeva nədir? Sədaqət Əliyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bürhani-Tərəqqi

  • Fevral 27, 2026

    Habsburq monarxiyası

  • Fevral 27, 2026

    Sənəd

  • Fevral 27, 2026

    Mirliva

  • Fevral 27, 2026

    Cəfərli

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst