Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səbuhi Zahid oğlu Atababayev (3 aprel 1987, Bakı) — Azərbaycanlı rəssam, quruluşçu kino rəssamı. Rəngkar və quruluşçu rəssam kimi fəaliyyət göstərir.

Səbuhi Atababayev

  • Ana Səhifə
  • Vikipediya
  • Səbuhi Atababayev

Səbuhi Zahid oğlu Atababayev (3 aprel 1987, Bakı) — Azərbaycanlı rəssam, quruluşçu kino rəssamı. Rəngkar və quruluşçu rəssam kimi fəaliyyət göstərir.

Səbuhi Atababayev
Səbuhi Zahid oğlu Atababayev
Doğum tarixi 3 aprel 1987(1987-04-03) (38 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti rəssam, rəngkar, quruluşçu rəssam
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi,
  • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası,
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Üzvlüyü
  • Azərbaycan Rəssamlar İttifaqı

Bir çox ölkə və beynəlxalq sərgilərin iştirakçısıdır. Əsərləri ölkədə və ölkədən kənarda şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Fəal Sənətçilər Birliyinin (türk. Uluslararası Aktivist Sanatçılar Birliği) üzvüdür. "New York Film School"un və Moskva Ümumittifaq Kinomatoqrafiya İnistitutunun kino sənətinə aid seminarlarının iştirakçısıdır. 2012-ci ildən peşəkar quruluşçu rəssam və art direktor kimi də fəaliyyət göstərir. Bir çox filmlərin, serialların, kliplərin və sosial çarxların quruluşçu rəssamıdır.

Mündəricat

Həyatı

Səbuhi Atababayev 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub.

Təhsili

292 saylı orta məktəbi bitirib. 2003-cü ildən Əzim Əzimzadə adına İncəsənət Kollecinin Dekorativ tətbiqi sənət fakultəsinə daxil olub. 2008-ci ildə kolleci bitirib, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Teatr Rəngkarlığı fakultəsinə daxil olub. 2011-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə həmin akademiyanın Teatr və Kino rəssamı fakultəsinə magistr pilləsinə daxil olub. 2013-cu ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Təhsili dövründə Kamil Nəcəfzadə, Mais Ağabəyov və s. kimi görkəmli xalq rəssamlarından dərs almışdır. 2013-cü ildən ADRA-nın Akademik Rəngkarlıq və Kompozisiya fakultəsində, 2016-cı ildən də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri Sənət fakultəsində Kinoda Quruluşçu rəssam ixtisasından dərs deyir. Kinoda quruluşçu rəssam işi mövzusunda proqramların müəllifidir.

Fəaliyyəti

2011-ci ildə Türkiyə və Azərbaycanın birgə istehsalı olan, İctimai TV-də yayımlanmış Qaranlıqlar çiçəyi, 2013-cü ildə isə Space TV-də yayımlanmış Oğurlanmış arzular seriallarının, 2014-cü ildə "Xoxan", 2015-ci ildə yenə Türkiyə və Azərbaycanın birgə istehsalı olan "Yarımdünya", 2017-ci ildə "Xənnas", 2016-cı ildə "Naxox" tammetrajlı bədii filmlərinin, 2017-ci ildə "Üçkünc" qısametrajlı bədii filminin, 2018-ci ildə Təhmin və Zaur kino-komediyasının, 2018-ci ildə "Balalayka" qısa filminin, 2019-cu ildə "Gələrsən, görərsən" kino-komediyasının, 2019-cu ildə isə "Aprel" və "Köpük" qısa filmlərinin quruluşçu rəssamı olub. "2020: Nizami ili" çərçivəsində AzTV-nin "Oyanış" layihəsinin quruluşçu rəssamlarından biri olub.

Qardaşı Xpert-in YouTube-da "Synaps Production" (indiki "Synaps Records") kanalında ilk klipi olan və 1 mart 2013-cü ildə yayımlanmış "Şaman" (& Luter), 5 aprel 2014-cü ildə yayımlanmış "Sarışan hallar", 15 avqust 2014-cü ildə yayımlanmış "Bataqlıq donuzu" sinql treklərinin kliplərinin, 18 dekabr 2015-ci ildə yayımlanmış "Qan rəngi yaşıl" sinql trekinin art direktoru, 3 yanvar 2015-ci ildə yayımlanmış "Məhşərdən qətrə" sinql trekində örtük şəklinin həmmüəllifi olub. 9 mart 2015-ci ildə yayımlanmış "İntiharıma gülməsinlər" sinql trekinin klipinin videoçarxı Səbuhi Atababayev tərəfindən çəkilmiş 2500 şəkildən ibarətdir.

8 mart 2021-ci ildə Faiq Ağayevin YouTube-da yayımlanmış "Səni əvəz eləmir" klipinin art direktoru.

Sərgilər

  • 2009-cu il Ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş sərgi
  • 2010-cu il Azərbaycan teatrının 135 illiyinə həsr olunmuş sərgi
  • 2010-cu il Berlində Xocalı sərgisi
  • 2011-ci il "Amerika bir rəssamın gözü ilə"
  • 2011 ci il Gənclər gününə həsr olunmuş sərgi
  • 2012-ci il "Keçmişdən gələcəyə mədəni irs" sərgisi
  • 2012-ci il Gürcüstan, Tbilisi "Azərbaycan rəssamlarının sərgisi"
  • 2013-cü il Gürcüstan, "Siginaki beynəlxalq gənclər festivalı"
  • 2014-cü il "Beynəlxalq Fəal Sənətçilər Birliyi"nin yekun toplantı sərgisi
  • 2017-ci il "İncəsənət Dueti" festival sərgisi
  • 2020-ci il "Xarı Bülbül Beynəlxalq simpoziumu".

Filmoqrafiya

  • Qaranlıqlar çiçəyi (teleserial, 2011)
  • Oğurlanmış arzular (film, 2013)
  • Xoxan (film, 2014)
  • Yarımdünya (film, 2015)
  • Naxox (film, 2016)
  • Üçkünc (film, 2017)
  • Xənnas (film, 2017)
  • Balalayka (film, 2018)
  • Təhmin və Zaur (film, 2018)
  • Köpük (film, 2019)
  • Gələrsən, görərsən (film, 2019)
  • Aprel (film, 2019)
  • Köpük (film, 2019)
  • Tağıyev: Neft (film, 2024)
  • Tağıyev: Çar (film, 2025)
  • Tağıyev: Sona (film, 2025)

Həmçinin bax

  • Xpert
  • Samir Kərimoğlu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səbuhi Atababayev haqqında məlumat. Səbuhi Atababayev nədir? Səbuhi Atababayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Selevkilər imperiyası

  • Fevral 27, 2026

    Anthrax

  • Fevral 27, 2026

    Bursa ili

  • Fevral 27, 2026

    Yalançıəqrəblər

  • Fevral 27, 2026

    Teskoko gölü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst