Sünəni-Tirmizi (ərəb. سُـنَن الترمذي) — Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitablarından (Kütubi-Sittənin) biridir.
| Sünəni-Tirmizi | |
|---|---|
| ərəb. سنن الترمذي | |
| |
| Müəllif | Tirmizi |
| Janr | hədis |
| Orijinalın dili | ərəb dili |
Müəllifi Tirmizidir. Əsərin əsil adı "əl-Cəmius-Səhih" olsa da müəllifinə nisbətlə "Sünəni-Tirmizi" olaraq adlandırılır.
Haqqında
Müəllif
Əbu İsa Məhəmməd ibn İsa ibn əd Dəhhaq Mərkəzi Asiyada yerləşən Tirmiz şəhərində doğulub. Haqqında məlumat azdır. Hədis toplamaq məqsədilə Xorasan, İraq, Hicaz və başqa yerlərə səfər etmiş və Buxari, Müslim ibn Həccac, Əbu Davud kimi bir çox alimlərdən hədis almışdır. Və həmçinin Heysəm ibn Kulab əl-Şasi, Məqhul ibn əl-Fəld, Məhəmməd ibn Məhbub əl-Məhbubi əl-Mərvəzi kimi alimlər ondan hədis nəql etmişlər.
Əsər
Kitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda , kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Ümumilikdə isə müəllif kitaba 3951 hədis yığmışdır. Kitabın ən qədim və ən güvənilən nüsxəsi Əhməd Məhəmməd Şakir nüsxəsidir və nüsxə ərəbcədir.
Kitabları (Bölmələri)
Şərhlər
- İbn əl-Ərəbi əl-Məkki Əbu Bəkr Məhəmməd ibn Abdullah əl-İşbili, "Əridəul-əhvazi fi şərhit-Tirmizi".
- Əl-Hafiz Cəlaləddin əs-Süyuti, "Qüvvətül-muğtəzi aləl-Cəmi ət-Tirmizi".
- İbn Seyyidin-Nəsin şərhi; O, hicrətin 734-cü ilində vəfat etmişdir. İbn Seyyidin-Nəs bu əsərini vəfat etdiyinə görə tamamlaya bilməmişdir. O, yalnız kitabın üçdə bir hissəsini şərh etməyə müvəffəq olmuşdur. Sonra "Əlfiyyə" əsərinin müəllifi Zeynəddin Əbdürrəhim ibn Hüseyn əl-İraqi onu tamamlamışdır. Hicrətin 806-cı ilində vəfat etmişdir.
- Sirəcəddin əl-Bəlqini əş-Şəfii, "Əl-Urfuş-şəzi alə Cəmi ət-Tirmizi" (əsər tamamlanmayıb).
- Məhəmməd Əbdürrəhman ibn Əbdürrəhim əl-Mübarəkfuri, "Töhfətül-əhvazi şərhu Cəmi ət-Tirmizi".
Nəşrləri
Kitab Türk dilinə tərcümə olunub və nəşr olunub:
- "Sünen-i Tirmizi", çeviren: Abdullah Parlıyan, "Konya" Ktapçılık, Konya, 2004.(oxu 2012-06-21 at the Wayback Machine)
Həmçinin bax
- Kutubi-sittə
- Səhihi Buxari
- Səhihi Müslim
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sünəni-Tirmizi haqqında məlumat. Sünəni-Tirmizi nədir? Sünəni-Tirmizi nə deməkdir?
