Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Türkçe (TR) Türkçe (TR)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhlis-Sünnə vəl-Cəmaat (ərəb. أهل السنة والجماعة‎), qısa olaraq Əhlis-Sünnə (ərəb. أهل السنة‎) və ya Sünnilik — İslamda ən böyük məzhəb və əqidə.

Sünnilik

  • Ana Səhifə
  • Vikipediya
  • Sünnilik

Əhlis-Sünnə vəl-Cəmaat (ərəb. أهل السنة والجماعة‎), qısa olaraq Əhlis-Sünnə (ərəb. أهل السنة‎) və ya Sünnilik — İslamda ən böyük məzhəb və əqidə.

Mündəricat

Etimologiyası və Tarixi

"Əhlis-Sünnə vəl-Cəmaat" üç sözün birləşməsindən əmələ gəlmişdir. Bunlar aşağıdakılardır:

  • Əhl (ərəb. أهل‎) — ərəbcə mənsubiyyət ifadə edən sözlərdəndir. Nəyəsə və ya harayasa bağlı olmaq mənasını verir.
  • Sünnə (ərəb. سنة‎) sözü ərəbcədən tərcümədə "yol" mənasını bildirir.
  • Cəmaat (ərəb. جماعة‎) — lüğətlərdə "toplanmaq, toplanmış şey, bütövləşmiş tamlıq" kimi mənaları daşıyır. Bir termin olaraq müsəlmanların icmasına ifadə edir. Hədislərdə də bu mənada qeyd edilmişdir.

Bu məzhəbə mənsub olanlara "sağlam və doğru inancı mənimsəyənlər" mənasında "sünni" deyilir. M. Watt "sünni" teriminin ilk dəfə IV əsrdə istifadə olunduğunu qeyd edir. Lakin tabiindən Səid ibn Cübeyrə istinad edilən bir rəvayətə görə bu söz VIII əsrin əvvəli (hicri I əsrin sonuna doğru) ortaya çıxıb. "Əhli-Sünnə" termini isə ilk dəfə Həsən əl-Bəsri tərəfindən istifadə olunmuşdur.

Məzhəbləri

Ərəbcə xətt yazısı ilə "Əhlis-Sünnə vəl-Camaat".

Sünniliyin 2 kəlam (əqidə), 4 fiqh məzhəbi var:

  • Kəlam (əqidə) məzhəbləri:
  1. Əşərilik,
  2. Maturidilik.
  • Fiqhi məzhəblər:
  1. Hənəfi,
  2. Maliki,
  3. Şafii,
  4. Hənbəli.

Əhlis-Sünnə imamları

Əhlis-Sünnə imamlarına Əbu Hənifəni, əş-Şafiini, Malik ibn Ənəsi, Əhməd ibn Hənbəli, Əbu Mənsur əl-Maturidini, Əbül-Həsən Əşərini, İbn Həcəri, Fəxrəddin Razini və başqalarını misal göstərmək olar.

Mənbələri

Sünnilərin əsas iki mənbəsi vardır. Bunlar Quran və Sünnədir.

Sünnilərin hədis mənbələri

Sünnilərin ilkin hədis kitabları hələ Məhəmməd peyğəmbər sağ ikən beytlər şəklində yazılmağa başlanmışdır ki, bu janr da "Məğazi" adlanır. Erkən zamanda "əl-Məğazi" janrında yazılmış kitab müəllifləri arasında ən tanınmış müəlliflər üç nəfərdir:

  1. Məhəmməd ibn Ömər əl-Vəqidi (hicri 130–207),
  2. Məhəmməd ibn İshaq əl-Muttaləbi (hicri 80–151),
  3. Musa ibn Uqbə əl-Mədəni (vəfatı h. 141).

Sünnilərin digər məşhur hədis mənbələri bunlardır:

  • Həmmam ibn Münəbbih — "əs-Səhifətus-səhihə" (Bu mənbədə Məhəmməd peyğəmbərdən 70 il sonra, səhabə Əbu Hüreyrədən, 120-dən çox hədis yazılmışdır),
  • Əbdürrəzzaqın "Müsənnəf"i,
  • Əhməd ibn Hənbəl "Müsnəd"i,
  • Hakimin "Müstədrək"i,
  • Malik ibn Ənəsin "Muvatta"sı (Bu mənbə Məhəmməd peyğəmbərdən 150 il sonra yazmışıldır),
  • Səhihi-İbn Hibban,
  • Sünən əd-Dərimi,
  • Kitabüz-Zöhd,
  • Səhihi-Buxari (Buxari özündən əvvəl yazılmış hədisləri toplayaraq, onları tədqiq və təsnif edərək özünün bu kitabında cəm etmişdir),
  • Səhihi-Müslim,
  • Sünəni-Nəsai,
  • Sünəni-Tirmizi,
  • Sünəni-Əbu Davud,
  • Sünəni-İbn Macə.

Prinsipləri

  • Kainatın danılmaz bir həqiqəti vardır. Bu, xəyal yaxud təxəyyüldən ibarət deyildir. Onun özünəməxsus varlığı vardır, insanın tanımasına uyğundur.
  • Kainatın öz varlığı olsa da, bu varlığ ona hər şeyin yaradıcısı olan Allah tərəfindən verilmişdir. Hər şey kimi bu da sonradan yaradılmışdır.
  • Hər şeyə qadir olan Allahın zatından ayrılmayan əbədi, əzəli sifətləri mövcuddur.
  • Dünya həyatında görmək mümkün olmasa da, Allah-Təalanı axirətdə möminlər görünəcəkdir.
  • Qədər haqdır. Lakin qədər bəndənin iradəsinə ziyan vurmaq və ya ona məhəl qoymamaq xüsusiyyətinə malik deyildir.
  • Möcüzələr yalnız peyğəmbərlərin göstərə biləcəyi insan təxəyyülünə meydan oxuyan hadisələrdir. Buna görə də möcüzə doğrudur. Övliyalar üçün də kəramət haqdır.
  • Allahın kəlamı olan Qurani-Kərim qədimdir. Yaranmamışdır. Bundan əlavə, səs və hərflərdən ibarət deyildir.
  • Cənnət, cəhənnəm, sirat, hesab, mizan, şəfaət və axirətlə bağlı bağlı hər şey həqiqətdir. Cənnət və cəhənnəmdəki bütün insanlar ölümsüzdür.
  • Peyğəmbərdən sonra ən fəzilətli şəxs möminlərin ilk xəlifəsi Əbu Bəkrdir. Sonra Ömər, Osman və Əlidir. Peyğəmbərin bütün səhabələri fəzilətlidirlər.
  • Müsəlmanam deyən şəxs, etdiyi günahlara görə kafir sayılmır. Müsəlmanam deyən şəxs küfürdə də mühakimə edilə bilməz. Mömini küfürdə ittiham edən şəxsin küfründən qorxmaq lazımdır.

Coğrafiyası

İslam dünyasının xəritəsi.

Dünyada İslam dininə etiqad edənlərin 85–90%-ni Əhlis-Sünnə məzhəbinin nümayəndələri təşkil edir. Əhlis-Sünnə məzhəbi Şimali Afrikada, Yaxın Şərqdə, Balkan yarımdası ölkələrində, Mərkəzi Asiyada, Cənub Şərqi Asiya ölkələrində geniş yayılmışdır. Misir, Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, İordaniya, Əfqanıstan və Pakistan sünnilərin kompakt yaşadığı ölkələrdir. Bu ölkələrdə əhalinin 80–85 %-ni sünnilər təşkil edirlər.

Həmçinin bax

  • Altı kitab
  • Hənəfilik
  • Şafeilik
  • Hənbəli məzhəbi
  • Maliki məzhəbi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sünnilik haqqında məlumat. Sünnilik nədir? Sünnilik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Börtə

  • Fevral 23, 2026

    2 aprel

  • Fevral 23, 2026

    Əlcəzair

  • Fevral 23, 2026

    İnsan

  • Fevral 23, 2026

    Ürək çatışmazlığı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst