Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycanın qəhrəmanlıq tarixi və memarlıq mədəniyyətinin əsas nümunələrindən biri olan Surxayxan qalası Oğuz rayonunun mərkəzindən 55 km şimal – şərqdə, Filfi

Surxayxan qalası

  • Ana Səhifə
  • Vikipediya
  • Surxayxan qalası

Surxayxan qalası — Oğuz rayonu ərazisində XVIII əsrə aid tarixi abidə.

Surxayxan qalası
Ölkə  Azərbaycan
Şəhər Oğuz
Yerləşir Filfilli kəndi
Tikilmə tarixi XVIII əsr
Material çay daşı, kərpic
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.315
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
41°07′36″ şm. e. 47°37′04″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Haqqında

Azərbaycanın qəhrəmanlıq tarixi və memarlıq mədəniyyətinin əsas nümunələrindən biri olan Surxayxan qalası Oğuz rayonunun mərkəzindən 55 km şimal – şərqdə, Filfilli kəndinin şimalında, Xaçmaz keçidində, Qalaçayın sağ sahilindədir. Qala talanın ortasında, yaşıllıqların arasında itmiş vəziyyətdədir.

Qala düzbucaqlı formada inşa edilmişdir. Divarlarının eni 1 metrə yaxın, hündürlüyü təxminən 10 metr olan qala divarları qayanın düz uçurumunda bənd edilmişdir. Qala əsasən çay daşından və kərpic məhlulundan hörülmüşdü. Yalnız qərb hissəsində qoyulmuş giriş qapısı və otaqdan-otağa keçid qapılarının kənar hissələri qıırmızı kərpicdən inşa edilmişdir. Üst hissəsindən baxanda aydın olur ki, qala 5 otaqdan ibarət olmuşdur. Otaqların üstü taçbənd formada tamamlanmış, yan divarları isə müdafiə məqsədilə 1 metr hündürə qaldırılmışdır. Bu divarlarda 4 tərəfdən çoxlu mazğal yerləri qoyulmuşdur. Otaqların üstü illər keçdikcə müxtəlif təsirlər nəticəsində uçub içəri tökülmüşdür. Daxili divarların bəzi hissələrinin də uçması nəticəsində ayrı-ayrı otaqlara gedən yolların çoxu kəsilmiş, torpaqla dolmuşdur.

Bütün müdafiə qalaları kimi, Surxayxan qalasının da gizli yolu olmuşdu. Bu yol, adətən, mühasirədən çıxmaq, yaxud həmin yol vasitəsilə ətrafla əlaqə yaradarkən düşməni duyuq salmamaq üçün nəzərdə tutulurdu. Yeraltı gizli yol Surxayxan qalasında uçurum hissəsindəki divarda qurulmuşdur. Surxayxan qalası müdafiə xarakterli olmaqla xanın ailəliklə yaşaması üçün nəzərdə tutulub. Abşeronun sırf müdafiə qalalarından fərqli olaraq, Şəki-Zaqatala zonasına xas olan qala-evlər tipli bu tikili məhz müdafiə xarakterindən irəli gələrək qayalıqda, meşəlik ərazidə inşa olunub.

Qalaya yeraltı su kəməri də çəkilmişdi. Bu isə yadellilərin hücumları zamanı əhalinin müdafiə üçün qalaya çəkilməsi və uzun müddət burada yaşamasına dəlalət edir. Qala Qazıqumuq hökmdarı Surxay xan tərəfindən tikilmiş, Nadir şahın Dağıstana və Azərbaycana hücumları zamanı dağıdılmışdı.

Qala ərazisində aparılmış arxeoloji qazıntılar zamanı məişətdə istifadə olunan maddi-mədəniyyət nümunələri, o cümlədən Surxay xanın adı yazılmış mis cam tapılmışdır. Qalanın ətrafında mövcud olan yaşayış evlərinin qalıqları Surxayxan qalasının son orta əsrlərə aid qala-şəhər olduğunu bildirsə də, abidə bu günədək geniş tədqiq olunmamışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, surxayxan qalası sözünün mənası, surxayxan qalası haqqında məlumat. surxayxan qalası nədir? surxayxan qalası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şafeilik

  • Mart 05, 2026

    Ramsey-Kass-Kupmans modeli

  • Fevral 27, 2026

    Lurlar

  • Fevral 27, 2026

    Qaf surəsi

  • Fevral 28, 2026

    Terebint püstəsi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst