Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rayon mərkəzindən 50 km şimal–şərqdə, Xaçmaz kəndinin 10 km şimalında, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Dəniz səviyyəsindən yüksəkliyi 1160 metrdir. F

Filfilli

  • Ana Səhifə
  • Vikipediya
  • Filfilli

Filfili — Azərbaycan Respublikasının Oğuz rayonunun Filfili kənd inzibati ərazi dairəsində kənd.

Filfili
41°07′01″ şm. e. 47°35′26″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Oğuz rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.144 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 768 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4816
Xəritəni göstər/gizlə
Filfili xəritədə
Filfili
Filfili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Rayon mərkəzindən 50 km şimal–şərqdə, Xaçmaz kəndinin 10 km şimalında, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Dəniz səviyyəsindən yüksəkliyi 1160 metrdir. Filfilli inzibati ərazi vahidinin mərkəzidir. Kəndin əhalisi (803 nəfər) heyvandarlıq, bağçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, poçt, 100 yerlik ATS, feldşer–mama məntəqəsi var. Kənddə ticarət və iaşə obyektləri fəaliyyət göstərir. Xaçmaz dərəsi vasitəsilə Dağıstan sərhəddində yerləşən Fiy və Məlkəmud dağ aşırımlarına yol Filfilli kəndindən keçir.

Kəndin ərazisində qədim və orta əsrlərə aid edilən arxeoloji və memarlıq abidələrindən Surxayxan qalası (XVIII əsr), Qalabaşı yaşayış yeri (XVI–XVIII əsrlər), qədim qəbiristanlıq var. Bu abidələrdən birinci ikisinin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi qərarı ilə ölkə və yerli əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir. Məşhur Govurqala (Qızlar Qalası, Qovur Qala, Xaçmaz Govur qalası) kəndin cənubundadır. Kənddən qalaya dağ yolu var. Kəndə rayon mərkəzindən avtobus marşrutu işləyir.

Aşağı Filfili — Oğuz rayonunun Filfili inzibati ərazi vahidində kənd. XIX əsrdə indiki Filfili kəndi əsasında yaranmışdır. Bucaq kəndi yaxınlığında yerləşdiyinə görə keçmişdə Bucaq Filfili də adlandırılmışdır. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır. "Filfili" sözü isə farsca "istiot" deməkdir.

Toponimikası

Filfili (oyk.), (sadə.) – Dağətəyi ərazidədir.

Yerli əhalinin məlumatına görə, keçmişdə zəlzələ nəticəsində Qaladağ yaşayış məntəqəsi dağıldıqdan sonra əhali Filfili adlı yerə köçüb məskunlaşmış və sonralar burada yaranmış kənd də həmin yerin adı ilə adlandırılmışdır. Məhz bu ərazidən yerli sakinlərin bir qismi də Qarabağa köçmüşdür. Tədqiqatçıların fikrincə, oykonim farsca "yaban istiot" demək olan "filfil" sözündən və –li mənsubiyyət şəkilçisindən ibarət olub, "istiotluq" mənasındadır.

Əhalisi

  • Əsas sakinləri ləzgilərdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 768 nəfər yaşayır.

Mədəniyyəti

Filfilli körpüsü
  • Qalabaşı yaşayış yeri (XVII–XVIII əsrlər).
  • Kənddən 2 km şimal–şərqdə qədim qəbiristanlıq–nekropol.
  • Kəndin şimalında erkən orta əsrlərə aid qədim Oğuz qəbiristanlığı.
  • Şimal–şərqdə, kəndə ən yaxın məsafədə və ən asan yerdə XVIII əsrə aid Surxayxan qalası.

Coğrafiyası və iqlimi

Rayon mərkəzindən ən uzaq məsafədə yerləşir. Filfili kəndi həm də Oğuzun ən yüksəkdə – 1160 metr hündürlükdə yerləşən son yaşayış məntəqəsidir. Xaçmaz kəndinin 10 km şimalında, qədim Xaçmaz keçidində, Qalaçayın sağ sahilində, Qafqaz silsiləsinin cənub ətəyində, Dağıstanla sərhəddədir.

Həmçinin bax

  • Oğuz rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, filfilli sözünün mənası, filfilli haqqında məlumat. filfilli nədir? filfilli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Pelecanidae

  • Mart 01, 2026

    Oktan ədədi

  • Mart 01, 2026

    Tomas Hardi

  • Fevral 27, 2026

    Ğaşiyə surəsi

  • Fevral 27, 2026

    The Doors

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst