Bəluc dili - İran, Əfqanıstan, Pakistan və Türkmənistan ərazilərində yayılmış dildir. Ethnologue 1978–ci ildə gerçəkləşmiş IX nəşrində bəluc dilində danışanların ümumi sayını 2.753.850 nəfər təxmin etmişdir. Hazırda bu dildə danışanların ümumi sayı 4,5 milyondan yuxarıdır. İki əsas dialektə bölünür: qərbi və şərqi. Pakistan və Əfqanıstandakı bəlucların yazısı ərəb qrafikası əsasında tərtib olunub.
| Bəluc dili | |
|---|---|
| |
| Orijinal adı | بلۏچی |
| Ölkələr | Pakistan, İran, Əfqanıstan, Türkmənistan, Oman, BƏƏ |
| Region | Bəlucistan |
| Danışanların ümumi sayı | 7,5 milyon |
| Təsnifatı | |
| Kateqoriya | Avrasiya dilləri |
| |
| Yazı | ərəb əlifbası, kiril əlifbası |
| Dil kodları | |
| QOST 7.75–97 | беу 095 |
| ISO 639-1 | — |
| ISO 639-2 | bal |
| ISO 639-3 | bal — bəluc dili (ümumi) bgp — şərqi bgn — qərbi bcc — cənubi |
| Ethnologue | bal |
| ABS ASCL | 4104 |
| IETF | bal |
| Glottolog | balo1260 |
Sözlər müqayisəsi
| Azərbaycan dili | Bəluc dili | Azərbaycan dili | Bəluc dili |
|---|---|---|---|
| Tanrı | Xudá | dəvə | hoşter |
| ulduz | istál | gecə | şap |
| ata | pit/piss | ana | más |
| ağız | dap | baş | sarag |
| qoyun | meş | üz | dim |
| yağış | hawr | çay | kawr |
| bəxtəvər | baktáwar | ayaq | pádag |
| ev | lúg/ges | qardaş | brás |
| uşaq | çokk/zág | qan | hon |
Həmçinin bax
- Kiril qrafikalı əlifbalı dillər siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Beluc dili haqqında məlumat. Beluc dili nədir? Beluc dili nə deməkdir?
