Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Suriya türkmanları — Suriyada yaşayan, Azərbaycan dilinin Cənubi Azərbaycan ləhcəsində danışan türk cəmiyyəti.

Suriya türkmanları

  • Ana Səhifə
  • Vikipediya
  • Suriya türkmanları

Suriya türkmanları — Suriyada yaşayan, Azərbaycan dilinin Cənubi Azərbaycan ləhcəsində danışan türk cəmiyyəti.

Suriya türkmanları
Çobanbəydə Suriya Türkman Assambleyası tərəfindən qəbul olunmuş Suriya Türkmanlarının bayrağı. Göy rəng türklüyü bildirir, qırmızı - şəhidlərin qanı, ağ - insan dəyərləri.
Ümumi sayı
1 500 000-3 500 000
800.000–1.000.000 (1996)
Yaşadığı ərazilər
Hələb, Qüneytrə, Lazkiyə, Hims, Tərtus, Həma, Dəməşq, İdlib, Ər-Rəqqə, Dəra, Dəməşq
Dili

Azərbaycan dili, ərəb dili, Türk dili

Dini

İslam

Mənşəyi
Oğuz (Türk)
Qohum xalqlar

İraq türkmanları
və digər Türk xalqları

Suriya Türkmanlarının döyüş sahəsi və müxtəlif yerlərdə istifadə etdiyi digər bayraqları.

Mündəricat

Tarix

Türk tayfalarının "Bələdi Şam" (indiki Suriya, Livan, İordaniya və Fələstin) adlanan ərazidə ilk məskunlaşması Səlcuqlu İmperiyasının zamanına təsadüf etmiş, bölgəyə türk tayfalarının axını Osmanlı İmperiyasının zamanınadək davam etmişdir.

Suriyada əfşar, peçeneq, bayandır, baharlı və s. türk tayfaları məskunlaşmışdır.

Əhali

Suriyada milli tərkibi öyrənən əhali siyahıya alınmasının indiyədək aparılmaması bu ölkədə yaşayan etnik qrupların sayını müəyyən etməkdə çətinlik yaradır və bu səbəbdən səslənən bütün rəqəmlər müəyyən təxminlərdən ibarətdir. Suriyada ən aşağı qiymətləndirmələrə əsasən 750,000 maksimum isə 3,500,000 türkmənin yaşadığına dair məlumatlar mövcuddur.

  • 1906-cı ildə çap olunmuş Hələb səlnaməsinə əsasən: Hələb şəhərinin ətrafında 350 türk kəndi vardır, bu kəndlərdə və Hələb şəhərində 200,000 nəfər, Lazikyə bölgəsində 150,000 nəfər, Təlkələ ətrafında 50,000 nəfər, Qüneytrə bölgəsində 100,000 nəfər, indiki Suriya o dövrkü digər bölglərində 300,000 nəfər olmaqla təxminən 800,000 nəfər türk yaşamaqda idi. Son məlumatlara əsasən əhalisinin təxminən sayı 23,000,000 nəfərə yüksəlmiş, türklərin sayı isə 3,500,000 nəfərə qədər artmışdır. Onlardan 1,500,000 nəfəri gündəlik danışıq dili olaraq türkcədən istifadə edir və türklük şüurunu yüksək səviyyədə qorumuşdur, 2,000,000 nəfəri isə türklük süurunu qorusa da çox az türkcə bilməkdədir və ana dillərini unutma mərhələsini yaşamaqdadır.
  • 2010-cu ilə olan təxminə əsasən 23,000,000-luq ümumi Suriya əhalisinin 1,500,000 nəfəri türkcə danışan və etnik olaraq türk olan əhalidən, 2,000,000 nəfəri isə etnik kökən olaraq türk olan ancaq türkcəyi unutma mərhələsində olan əhalidən ibarətdir. Beləliklə 23,000,000-luq Suriya əhalisinin 3,500,000-u etnik türklərdən ibarətdir. Onlardan 975,000 nəfəri Hələb mühafazlığında, 835,000 nəfəri Hims mühafazlığında, 460,000 nəfəri Dəməşq mühafazlığında və Dəməşq şəhərində, 385,000 nəfəri Lazkiyə mühafazlığında, 350,000 nəfəri Həma mühafazlığında, 120,000 nəfəri Ər-Rəqqə mühafazlığında, 75,000 nəfəri Dəra mühafazlığında, 50,000 nəfəri Tərtus mühafazlığında, 50,000 nəfəri Qüneytrə mühafazlığında, 25,000 nəfəri İdlib mühafazlığında, 175,000 nəfəri isə digər bölgələrdə (Əl-Həsəkə mühafazlığında, Deyr əz-Zur mühafazlığında və Əs-Süveydə mühafazlığında) yaşamaqdadır.

Məskunlaşma

Hazırda Suriya türkmanları Hələb, Qüneytrə, Lazkiyə, Hims, Tərtus, Həma, Dəməşq, İdlib, Ər-Rəqqə, Dəra mühafazlarında və Dəməşq şəhərində yaşayırlar. Lazkiyə mühafazlığında yaşan Türkmənlərə Bayır-Bucaq türkləri də deyirlər. Suriyada 523 türkmən kəndi vardır.

Şam

  • Tarixi adı Şam olaraq məşhur olan Dəməşq şəhəri və ondan ayrı yaradılmış Dəməşq mühəfazlığı 460,000 nəfərlik türkman toplumunu barındarmaqdadır. Türkmanlar əsasən Dəməşq şəhərində yaşayırlarlar. Dəməşq mühəfazlığında Bily, Rihayba, Qaldun (ərəbləşdirilmiş adı-Marah), Hatit Türkman adlarında 4 türkman kəndi yerləşir.
  • Dəməşq mühafazlığı 9 məntəqəyə ayrılır : əl-Qütəyfə , ən-Nəbk , ət-Tall , Dərəyyə , Mərkəz , Duma , Qətənə , Yabrud və Zəbədəni.
  • Dəməşq şəhərinə bəzi şərq xalqları , o cümlədən Türk xalqları da Şam şəhəri deyirlər . Türkmənlər Şam şəhərinin əl-Həcər , əl-Əsvad , əl-Tədamün və Cöbər harralarında (kvartallarında) yaşayırlar.

Hələb

Hələb mühafazlığı 8 məntəqəyə ayrılır : İfrin, Əziz, Cəbəli Səmən, Əl-Bəb, Əs-Səfirə, Cərəbulus, Münbic və Əyn əl-Ərəb. Hələb şəhərinin Huyluq Türkmən harrasında (kvartalında) və mühafazlığın məntəqələrində yerləşən 350 türkmən kəndində təxminən 975,000 Türkmən yaşayır.

Hims

Hims mühafazlığı 6 məntəqəyə ayrılır : Təlkələ , Ər-Rəstan , Əl-Mühərrəm , Palmira , Əl-Qüseyir və Hims . Təlkələ məntəqəsinin əhalisinin az qala tamamını türkmənlər (70,000 nəfər) təşkil edir . Hims şəhəri əhalisinin təxminən 80%-ni (xüsusiylə şəhərin Baba Əmir Türkmən harrasında əhalinin tamamını)türkmənlər təşkil edir . Hims mühafazlığında yaşayan türkmənlər Qara Əfşar və Gəncəli Əfşar tirələri , Döğər , İnallı , Peçeneq və s. türk tayfalarına mənsubdurlar.

Lazkiyə

Lazkiyə mühəfazlığında yaşayan türkmanlar bölgənin tarixi adı ilə Bayır-Bucaq türkmanları adlandırılırlar. Bu bölgənin türkman əhalisi kökən olaraq 24 Oğuz boyundan ən çoxsaylısı olan Avşar boyunun Qaramanlı oymağına mənsubdurlar. Qaramanlı oymağı XIII əsrin 70-ci illərində bu bölgəyə yerləşmişdir. Bu oymaqdan olan Avşarlar 1256-1487-ci illərdə 230 il mövcud olmuş Qaramanoğulları Bəyliyini qurmuşdular.

  • Lazkiyə mühafazlığı 4 məntəqəyə ayrılır : Lazkiyə , Əl-Həffə , Qərdəhə və Cəbəl . Mühafazlığın inzibati mərkəzi Lazkiyə şəhərinin 2 kvartalında (harrasında) və 2 məntəqəsində (Lazkiyə və Cəbəl) yerləşən 54 türkmən kəndində toplam 350,000 Türkmən məskunlaşmışdır.

Həma

Həma mühafazlığı 5 məntəqəyə ayrılır : Əs-Süqəyləbiyə , Həma , Məsyəf , Müxərdə və Səlamiyə . Türkmənlər Qara Xəlili , Tulluf , Hazzur , Huvvır əl-Türkman , Bıt Natır , Xırmıl və s. türkmən kəndlərində yaşayırlar.

Qüneytrə

Qüneytrə mühafazlığı 2 məntəqəyə ayrılır: Qünyetrə və Fiq . Hafr, al-Qədiriyyə , Kafr Nafah, Zabya, al-Rəzzaniyyə, Əhmədiyyə, Huseynıyye, ayn Kura, ayn sümsüm, ayn alak, üleyka, ayn ayşa və s. kimi türkmən kəndlərində təxminən 50,000 türkmən yaşayır.

Tərtus

Ər-Rəqqə

İdlib

Dəra

Dəra mühafazlığı 3 məntəqəyə ayrılır : Dəra , İzra və əz-Sənamain .Türkmanlar mühafazlığın inzibati mərkəzi Dəra şəhərində , Busra, Mərba , Burak və s. türkmən kəndlərində məskunlaşıblar.

Həmçinin bax

  • Livan türkmanları
  • Türkmanlar
  • Qala gavuru

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Suriya türkmanları haqqında məlumat. Suriya türkmanları nədir? Suriya türkmanları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yuvelyan Sumbatov-Topuridze

  • Fevral 27, 2026

    Yeşiviş

  • Fevral 27, 2026

    Film direktoru

  • Fevral 27, 2026

    Nuxrat

  • Fevral 27, 2026

    Huk qanunu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst