Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sumaq (lat. Rhus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin anakardiumkimilər fəsiləsinə aid bitki cinsi.

Sumaq

  • Ana Səhifə
  • Vikipediya
  • Sumaq

Sumaq (lat. Rhus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin anakardiumkimilər fəsiləsinə aid bitki cinsi.

Sumaq
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Malvidlər
Dəstə:
Sabunağacıçiçəklilər
Fəsilə:
Anakardiumkimilər
Yarımfəsilə:
Anacardioideae
Cins:
Sumaq
Beynəlxalq elmi adı
  • Rhus L., 1753
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  28772
NCBI  4012
EOL  37840
FW  

Mündəricat

Botaniki xarakteristikası

Meyvəsinin tərkibində 18-20% aşı maddə, şəkər, üzvi turşular (alma, çaxır və s.), C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər.

Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki-Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir. Hər meyvə süpürgəciyinin üzərində 200-300 və daha çox meyvə olur. Meyvələri nəzəri cəlb edən tünd qırmızı və girdədir. Dadı turş və büzüşdürücüdür. Meyvələri qurudulub toz halına salındıqdan sonra ət və balıq xörəklərində tamlı qatqı kimi işlədilir. Sumaq ya isti emal zamanı xörəyə qatılır, ya da nəlbəkidə hazır xörəyin yanına qoyulur. Tikəkabab, lüləkabab, qızardılmış ət, ət qutabı yanında süfrəyə verilir. Sumağın turş dadı onun tərkibindəki şərab turşusundan irəli gəlir.

Sumaqda, həmçinin C vitamini, karotin, aşılayıcı və rəngləyici maddələr vardır. Sumağın yarpaqlarında 30-39% aşılayıcı maddə (əsasən tanin) vardır. Ondan texniki və tibbi məqsədlər üçün tanin alırlar. Sumaq bitkisinin bütün hissələrindən rəngləyici maddə kimi istifadə edilir. İpək və yun parçanı onun yarpaqları qara, qabığı sarı, kökü qəhvəyi, meyvəsi isə qırmızı rəngə boyayır.

Xalq təbabətində rolu

Həzmi asanlaşdırır. İştahanı artırır. Maddələr mübadiəsini nizamnlayır. Boğaz xəstəliklərinə qarşı faydalıdır. Qandakı şəkər miqdarını aşağı salır. İshalı aradan qaldırır. Ən yaxşı mikroböldürücüdür. Temperaturu aşağı salır. Qanaxmaların qarşısını alır. Susuzluğu aradan qaldırır. Ağrıkəsici təsirə malikdir. Hipertoniyaya qarşı təsirlidir. Ödün fəaliyyətini nizamlayır. Diş və diş xəstəliklərinə qarşı faydalıdır. İltihabları aradan qaldırır. Zəhərlənmələrə qarşı təsirlidir. Ürəkbulantılarına və qusmalara qarşı çox faydalıdır.

Sinonimləri

Homotipik sinonimləri

  • Sumacus Raf.

Heterotipik sinonimləri

  • Duckera F.A.Barkley
  • Festania Raf.
  • Lobadium Raf.
  • Melanococca Blume
  • Neostyphonia Shafer
  • Pocophorum Neck.
  • Rhoeidium Greene
  • Schmaltzia Desv. ex DC.
  • Styphonia Nutt.
  • Thezera Raf.
  • Turpinia Raf.

Növləri

  • Rhus allophyloides Standl.
  • Rhus amherstensis W.W.Sm.
  • Rhus andrieuxii Engl.
  • Ətirli sumaq (Rhus aromatica Aiton)
  • Rhus arsenei F.A.Barkley
  • Rhus × ashei (Small) Greene
  • Rhus bahamensis G.Don
  • Rhus barclayi (Hemsl.) Standl.
  • Rhus caudata Lauterb.
  • Çin sumağı (Rhus chinensis Mill.)
  • Rhus chondroloma Standl.
  • Rhus choriophylla Wooton & Standl.
  • Rhus ciliolata Turcz.
  • Rhus copallinum L.
  • Aşı sumaq (Rhus coriaria L.)
  • Rhus dhuna Buch.-Ham. ex Hook.f.
  • Rhus duckerae F.A.Barkley
  • Rhus galeottii Standl.
  • Çılpaq sumaq (Rhus glabra L.)
  • Rhus hartmanii F.A.Barkley
  • Rhus hypoleuca Champ. ex Benth.
  • Rhus integrifolia (Nutt.) Benth. & Hook.f. ex W.H.Brewer & S.Watson
  • Rhus jaliscana Standl.
  • Rhus kearneyi F.A.Barkley
  • Rhus lamprocarpa Merr. & L.M.Perry
  • Rhus lanceolata (A.Gray) Britton
  • Rhus lenticellosa Lauterb.
  • Rhus lentii Kellogg
  • Rhus linguata Slis
  • Rhus michauxii Sarg.
  • Rhus microphylla Engelm.
  • Rhus muelleri Standl. & F.A.Barkley
  • Rhus nelsonii F.A.Barkley
  • Rhus oaxacana Loes.
  • Rhus ovata S.Watson
  • Rhus pachyrrhachis Hemsl.
  • Rhus palmeri Rose
  • Rhus potaninii Maxim.
  • Rhus × pulvinata Greene
  • Rhus punjabensis J.L.Stewart ex Brandis
  • Rhus rubifolia Turcz.
  • Rhus sandwicensis A.Gray
  • Rhus schiedeana Schltdl.
  • Rhus schmidelioides Schltdl.
  • Rhus standleyi F.A.Barkley
  • Rhus taishanensis S.B.Liang
  • Rhus taitensis Guill.
  • Rhus tamaulipana B.L.Turner
  • Rhus teniana Hand.-Mazz.
  • Rhus tepetate Standl. & F.A.Barkley
  • Rhus terebinthifolia Schltdl. & Cham.
  • Rhus trilobata Nutt.
  • Maralbuynuz sumaq (Rhus typhina L.)
  • Rhus vestita Loes.
  • Rhus virens Lindh. ex A.Gray
  • Rhus wilsonii Hemsl.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sumaq haqqında məlumat. Sumaq nədir? Sumaq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Itanium

  • Fevral 23, 2026

    24 noyabr

  • Fevral 28, 2026

    Pirəhmədli (Tuzxurmatu)

  • Fevral 27, 2026

    Məlikkənd (Abaran)

  • Fevral 27, 2026

    Hornblend

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst