Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur. Gödək Əhmədin ölümündən sonra Azərb

Sultan Əlvənd

  • Ana Səhifə
  • Vikipediya
  • Sultan Əlvənd
Bu məqalə Ağqoyunlu hökmdarı Əlvənd Mirzə haqqındadır. Qaraqoyunlu hakimi üçün Əlvənd Mirzə (Qaraqoyunlu) səhifəsinə baxın.

Əlvənd Mirzə (bilinmir – 1505, Mardin) — Ağqoyunlu hökmdarı.

Əbül Müzəffər Əlvənd Mirzə
Əlvənd Mirzənin dövrünə aid sikkə
Əlvənd Mirzənin dövrünə aid sikkə
Ağqoyunlu dövlətinin VII sultanı
(Azərbaycanda)
1498 – 1504/1505
ƏvvəlkiMəhəmməd Mirzə
Sonrakıləğv olunub
Şiraz valisi
14 mart 1478 – 1498
ƏvvəlkiZeynalabidin bəy Bayandur
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Vəfat tarixi 1505
Vəfat yeri Mardin
Atası Yusif bəy Bayandur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur. Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur.

Hakimiyyəti

Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı. O da, Şirazdan İsfahana gəlib 1499-cu ildə Məhəmmədi tutdu və Təbrizə sürgün etdi. Əlvənd Mirzə və Murad Əbhərdə sülh bağladı və bunun nəticəsində Diyarbəkir (Şərqi Anadolu) ilə Azərbaycan Əlvənd Mirzəyə, İraqi-Ərəb, İraqi-Əcəm və Fars da Sultan Murada qaldı.

Səfəvilərlə mübarizə

Əlvənd Mirzə Şah İsmayılın Şirvanşahları məğlub etməsi xəbərini alan kimi böyük bir ordu ilə Təbrizdən Naxçıvana gəldi. O, qızılbaşların Kür çayını keçməsini əngəlləmək üçün hərbi rəisi Məhəmməd Qaracanı Gəncə və Qarabağa yolladı. Qızılbaşlar Kür çayını keçib Əlvəndin göndərdiyi ordunu məhv etdilər. Əlvənd Şah İsmayıla Şirvana qayıtmaq tələbi ilə məktub göndərsə də, rədd cavabı aldəqdan sonra, döyüşmək üçün nəzərdə tutduğu Şərur düzünə yollandı. Lakin 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzə məğlubiyyətə uğradı. 1501-ci ildə İsmayıl Təbrizə daxil olub özünü şah elan edir. Bununla da paytaxtı Təbriz olan Səfəvilər dövlətinin əsası qoyuldu. Əlvənd Mirzə Ərzincana qaçmaqla xilas ola bildi.

Həmçinin bax

  • Ağqoyunlu hökmdarlarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sultan Əlvənd haqqında məlumat. Sultan Əlvənd nədir? Sultan Əlvənd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tyrone Power

  • Fevral 27, 2026

    Zod

  • Fevral 27, 2026

    Simulyasiya

  • Fevral 28, 2026

    Oğuz xaqan

  • Fevral 27, 2026

    Rif

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst