Stepan Alekseyeviç Şalayev (rus. Степа́н Алексе́евич Шала́ев; 5 yanvar 1929, Mordovskaya Polyana[d], Orta Volqa diyarı – 18 yanvar 2022, Moskva) — SSRİ dövlət və partiya xadimi, həmkarlar ittifaqı rəhbəri.
| Stepan Şalayev | |
|---|---|
| 1982 – 1990 | |
| Əvvəlki | Aleksey Şibayev |
| Sonrakı | Gennadi Yanayev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 5 yanvar 1929 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 18 yanvar 2022 (93 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
| Təltifləri | |
Həyatı
Stepan Alekseyeviç Şalayev 5 yanvar 1929-cu ildə SSRİ-də, Mordoviyada anadan olmuşdur. O, 1951-ci ildə Moskva Meşə Mühəndisliyi İnstitutunu meşə mühəndisi ixtisası üzrə bitirmişdir. Şalayev 1982–1990-cı illərdə Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının sədri olmuşdur. O, 1981–1982 Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, 1982–1990-cı illərdə isə oranın üzvü olmuşdur. Həmçinin, Şalayev 1982–1989-cu illərdə SSRİ Ali Sovetinin deputatı, SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur.
Mükafatlar
- üç "Qırmızı əmək bayrağı" ordeni
- iki “Şərəf nişanı” ordeni
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Stepan Şalayev haqqında məlumat. Stepan Şalayev nədir? Stepan Şalayev nə deməkdir?