Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Stenop (fr. Sténopé) — obyektivsiz, əvəzində diafraqma şəklində kiçik dəlikdən və qarşısında işıq keçirməz qutudan ibarət fotoqrafik cihazdır. Obyektlərdən əks

Stenop

  • Ana Səhifə
  • Vikipediya
  • Stenop

Stenop (fr. Sténopé) — obyektivsiz, əvəzində diafraqma şəklində kiçik dəlikdən və qarşısında işıq keçirməz qutudan ibarət fotoqrafik cihazdır. Obyektlərdən əks olunan işıq şüaları kiçik dəlikdən keçərək fotoapparatın divarinda tərsinə çevrilmiş təsvir yaradır. Müasir fotoqrafiyada "pinhol" (ing. Pinhole — "iynə dəliyi") adı da geniş yayılmışdır.

Stenopun iş prinsipi. Obyektlərdən əks olunan işıq şüaları kiçik dəlikdən keçərək fotoapparatın divarinda tərsinə çevrilmiş təsvir yaradır.
Stenopa çevrilmiş güzgülü fotoapparat
Kamera-obskuradan çəkilmiş şəkil nümunəsi. 20 dəqiqəlik gözlətmə.

Mündəricat

Ümumi məlumat

Dəliyin diametri ilə dəliklə işığahəssas materialın arasındakı məsafənin nisbətinə əməl edildikdə daha çox sahə dərinliyi olan təsvir əldə edilir. Stenopun əsas üstünlüklərindən biri onun sonsuz sahə dərinliyinə malik olmasıdır. Dəliyin kiçik olması ilə əlaqədar olaraq ekspozisiya üçün saniələrlə, saatlarla hətta günlərlə vaxt tələb edilə bilər. Stenopdan yüxu gördüyümüz təsvirlərə bənzər landşaft şəkilləri çəkmək üçün də istifadə edilir.

Stenopun konstruksiyası

Stenoplar adətən fotoqraflar tərəfindən əldə düzəldilir. Ən sadə stenop böyük olmayan dəlikli işıqkeçirməz qutu və qarşısında yerləşən fotolent hissəsi və ya fotokağızdan ibarət ola bilər. Sürgü əvəzi karton hissəsindən və ya işığın dəliyə keçməsinin qarşısını ala biləcək materialla bağlanılır. Stenol dəlik isə tikiş iynəsi ilə və ya nazik yivlə alyüminium və ya bürünc lövhədə açılır. Dəlik açılmış lövhə (stenol obyektivi) qutunun içərisindən böyük olmayan dəliyə bərkidilir. Stenopun arxa divarının hərəkət etdirilə bilən versiyası da düzəldilir. Bu fokus məsafəsinin və görmə bucağının azaldıb-çoxaldılmasına imkan yaradır. Arxa dıvarı stenol dəliyə yaxınlaşdırmaqla böyük görmə bucağı almaq və ekspozisiya müddətini azaltmaq olar. Arxa divarı dəlikdən uzaqlaşdırmaqla "teleobyektiv" effektini almaq və ekspozisiya müddətini çoxaltmaq olar.

Güzgülü fotoapparatdan stenop

Stenopu dəyişdirilə bilən obyektivli, lentli və ya rəqəmsal güzgülü fotoapparatdan istifadə etməklə də düzəltmək olar. Bunun üçün obyektiv çıxarılarkən fotoapparatın daxilinə toz düşməsin deyə istifadə edilən apparat qapağını istifadə etmək olar. Qapağın tam mərkəzində 6–10 mm-lik dəlik açılır. Açılmış dəliyə nazik metal lövhə bərkidilərək stenol dəlik açılır.

Nisbi dəliyin ölçüsünün təyin edilməsi

Nisbi dəliyin (1/f) ölçülməsi pinhol dəliyin ölçüsünün fokus məsafəsinin ölçüsünə bölünməsi yolu ilə təyin edilir. Dəliyin diametri iynənin və ya yivin diametrinə bərabərdir. Fokus məsafəsi isə dəliklə işığahəssas material arasındakı məsafədir. Məsələn, 0,5 mm-lik dəliyin, 50 mm-lik fokus məsafəli fotoapparatın 1/f-i 0,5/50=1/100 olacaq. Bu məlumat fotoapparatınn ekspozisiya müddətinin təyin edilməsində istifadə oluna bilər. Stenopu bir-neçə dəliklə təhciz etməklə ikili təsvirlər almaq mümkündür. Eyni zamanda fotomaterialı müxtəlif istiqamətlərə əyməklə slindrik və sferik təsvirlər almaq olar.

Həmçinin bax

  • Kamera-obskura

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, stenop sözünün mənası, stenop haqqında məlumat. stenop nədir? stenop nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Phasianidae

  • Mart 06, 2026

    Mariano Raxoy

  • Mart 06, 2026

    Cubili (personaj)

  • Mart 06, 2026

    Strix occidentalis

  • Mart 06, 2026

    Mənbic

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst